Ağ it (film, 1982)
Ağ it (ing. White dog, 1982) — ABŞ istehsalı psixoloji film. Filmin göstərilməsinə bir çox ölkədə qadağan olunmuşdur.
Ağ it | |
---|---|
White dog | |
Janr | Psixoloji |
Rejissor | Samuel Fuller |
Əsərin müəllifi | Romayn Qray |
Ssenari müəllifləri |
Samuel Fuller Kurtis Hanson |
Baş rollarda | |
Operator | Brüs Surtens |
Bəstəkar | |
İstehsalçı | Paramount Pictures |
Distribütor | Paramount Pictures, Netflix |
İlk baxış tarixi | 7 iyul 1982, Fransa |
Müddət | 1 saat 24 dəqiqə |
Büdcə | 8 milyon ABŞ dolları |
Gəlir | 46.509 $[1] |
Ölkələr | ABŞ |
Dil | İngilis dili |
İl | 1982 |
Rəng | Rəngli |
IMDb | ID0084899 |
Haqqında
Samuel Fullerin rejissoru olduğu filmin senarisini o və Kurtis Hanson filmin rollarında Kristi MakNikol, Paul Vinfild, Burl İves və Ceymson Parker oynayıb. Filmin musiqisi Ennio Morrikone aiddir. Samuel Fullerin filmdə kiçik rolu vardır. (Həmçinin tibb bacısı rolunda Fullerin həyat yoldaşı Krista Lanq çəkilmişdir)
Film məşhur fransız yazıçı Romayn Qarinin 1970-ci ildə yarı-avtobioqrafik şəkildə yazdığı "Chien Blanc"'ın (Ağ it) romanı əsasında çəkilmişdi. Romayn Qari ABŞ-də ağlarla zəncilər arasında irqçiliyi tənqid etdiyi bu romanında Los-Ancelesdə Fransa səfiri olrkən yazmışdı. Bu zaman ABŞ aktrisası Jan Seberq ilə evli idi və filmdə baş verən hadisənin bənzəri ailəsinin başına gəlmişdi.[2] Samuel Fuller filmin çəkilişləri başmamışdan qabaq 1980-ci ildə vəfat edən Romayn Qraya həsr etdi.
Maşını ilə vurub yaraladığı bir iti evinə aparan bir qadın itin ancaq zəncilərə hücum etdiyi başa düşdü. İtin əvvəlki sahibləri tərəfindən belə təlim edildiyini anladı.
Bu mübahisəli film ABŞ-nin heç bir kinotaetrında nümayiş olunmadı. Daha sonra HBO TV-də efirə verildi və 2008-ci ildə DVD-i çıxdı. Film Avropada efirə verildiyində böyük maraq topladı. İrqçiliyin insan təbiətində olmadığı, ancaq öyrənmə və görmə üsulu ilə əldə olunduğu mövzusunu əks etdirən bu alleqorik film çox az ölkədə nümayiş olundu, nümayiş olunan ölkələrdə də az göstərildi. Filmin ilk nümayişi Fransada olmuşdur.[3]
Filmin mövzusu
Aktrisa olan Culia Sauer (Kristi MakNikol) gecə maşını ilə gedərkən bir iti vurur. Dərhal özündən getmiş tit maşına mindirib baytara aparır. Burada itə qayğı göstərir. İtin ciddi problemi yoxdur və Culiayaya iyi heyvan sığınacağına aparmasına məsləhət verirlər. Amma bu ağappak Alman çoban iti yaşlı itdir və əgər ora aparılsa öldürüləcək. Riskə getməyən Culia iti evində baxmağa qərar verir. Bir tərəfdən itə baxır, bir tərəfdən elanlar asaraq itin sahibini axtarır.
Los-Ancelesdəki evində bekar və tək yaşayan Culia bir təcavüzkarın hücumuna məruz qalır, ancaq ağ itin köməyi ilə xilas olur. Bu hadisə onu itə yaxınlaşdırır və Culia onu özünə saxlamağı qərar verir. Bir gecə it yoxa çıxır və küçə təmizlik maşının sürücüsü parçalayıb gəlir. İkinci hücumunu isə Culianın film partnerinə qarşı törədir. Bu iki qurbanın ortaq nöqtəsi isə zənci olmalarıdır.
İtdə ilk dəfə qeyri-adilik hiss edən Roland Qray (Ceymson Parker) olur. O, itin təlim görmüş it olduğunu bildirərək onu öldürərək qurtulmasını məsləhət bilir. Culia bunu rədd edib Karruters (Burl İves) adında bir heyvan təlimçisinə müraciət edir. Hollivudu hər cür heyvanla təmin edən Karruters hücum etmək üçün təlim görmüş itə öyrəndiklərini unutdurmağı mümkünsüz olduğunu bildirərək öldürülməsini təklif edir. Karruters bu zaman üçüncü hücumunu bir işçisinə edən itin ancaq zəncilərə hücum etmək üçün təlim edildiyini başa düşür və bunu Culiyaya danışır
Bu zaman orda olan Karrutersin işçisi qaradərili Keys (Paul Vinfild) isə heyvanı təlim edəcəyini deyir və o saat işə başlayır. Bu zaman Culiyaya itin "irqçi" olması üçün hələ bala ikən pul ilə tutulmuş sərxoş zəncilər tərəfindən döyüldüyünü, bir zamanlar qaçan qulların tutulması üçün belə itlərin yetişdirildiyi danışır. Uzun müddət sonra it artıq qaradərililərə hücum etmir. Ancaq onun sağaldığını düçündükləri vaxtda Karrutersə, yəni bir "ağ"a hücum edincə Keys onu öldürməyə məcbur olur.
Həmçinin bax
İstinadlar
- Box Office Mojo (ing.). 1999.
- "Arxivlənmiş surət". 2008-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-31.
- "Arxivlənmiş surət". 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-31.