Ağ Ev

Ağ Ev (ing. the White House) – Amerika Birləşmiş Ştatları prezidentinin daimi iş və yaşayış yeri olub, Vaşinqtonun mərkəzində yerləşir.

Ağ Ev
White House
38°53′52″ şm. e. 77°02′12″ q. u.
Ölkə
Yerləşir Vaşinqton[3][4][…]
Tikilmə tarixi XVIII əsr[5]
Üslubu neoklassik memarlığı[5][6]
Hündürlüyü 21,33 m
Uzunluğu
Eni 46,3 m[7][8]
Rəsmi sayt whitehouse.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ağ ev

1791-ci ildə prezident iqamətgahının ən yaxşı layihəsi üçün müsabiqə elan olunub. Bu müsabiqədə irland əsilli Amerika arxitektoru Ceyms Hoben qalib gəlib və Ağ ev onun layihəsi əsasında tikilib. Gələcək prezident iqamətgahının bünövrəsi 1792-ci ilin oktyabrında qoyulub və kölələr tərəfindən bina 8 ilə tikilib.

1800-cü ilin noyabrında Birləşmiş Ştatların 2-ci prezidenti Con Adams və ailəsi iqamətgahın ilk sakinləri olub. 1800-cü ildən başlayaraq, bu bina əhali arasında "Ağ ev" adlandırılıb: çünki binanın üstünə çəkilən ağ üzlük materialı onu ətrafdakı qırmızı mərmər fasadlı binalardan kəskin şəkildə fərqləndirib. Bundan əvvəl bina "Prezident Sarayı" (the Presidential Palace) adlanırdı.

Mətbuatda "Ağ ev" sözü ilk dəfə 1810-cu ildə Baltimor şəhərinin "Viq" qəzetində işlədilib. "Ağ ev" adının rəsmiləşdirilməsi isə XX əsrin əvvəllərinə təsadüf edir: 1902-ci ildə prezident Teodor Ruzvelt Vaşinqtondakı prezident iqamətgahının Ağ ev adlandırılması barədə sənəd imzalayıb. 1814-cü ildə Britaniya qoşunlarının Birləşmiş Ştatlara hücumu zamanı Ağ ev tamamilə yandırılsa da, tezliklə bina təmir olunub. Sonralar da Ağ evdə vaxtaşırı təmir işləri aparılıb, amma onun arxitekturasında ciddi dəyişiklik edilməyib. Yalnız texniki nailiyyətlərlə əlaqədar binanın içərisində yeniliklər tətbiq olunub — elektrik və telefon xətləri çəkilib.

1948-ci ildə — prezident Harri Trumenin vaxtında Ağ ev yenidən tamamilə təmir olunub. Binanın içərisində təmir işləri 4 il davam etsə də, xarici görünüşünə toxunulmayıb. Hazırda Ağ ev 7 hektardan çox ərazini tutur. 6 mərtəbəli binada 132 otaq, 147 pəncərə, 142 qapı, 3 lift, 7 pilləkən var. Ağ evin bir hissəsi prezident ailəsinin yaşayış otaqlarından ibarətdir. Deyilənə görə, hər il Ağ evdə 215 mindən çox rəsmi nümayəndə heyəti, 18–20 mindən çox qonaq olur.

2001-ci ilin 11 sentyabr hadisələrinə qədər Ağ ev turistlərin üzünə açıq olub və hər gün bu binaya orta hesabla 6 minə qədər turist gəlib. 11 sentyabrdan sonra Ağ ev dəmir barmaqlıqlarla hasara alınıb. ABŞ-nin ilk prezidenti Corc Vaşinqton Ağ Evdə heç yaşamayıb. Vəzifə müddətinin sonuna qədər Filadelfiyada kirayə yaşayıb. Ağ Evdə yaşayan prezidentlər Ağ Evin bütün xərclərini ödəməlidirlər. Prezident yemək, alış-veriş və digər vəsaitlərin pulunu verməyə məcburdur. Ağ Evdə oturan prezident il ərzində 450–500 min dollar maaş alır. Demək olar ki, bu maaşın hamısı məişət xərclərinə ödənir. Ağ Evdəki şərait 5 ulduzlu oteldəki kimi olduğundan oranın məsrəfi də bir o qədər bahadır. Prezident ailəsi xaric olmaqla xarici səfərlərə apardığı hər adam üçün pul ödəməlidir. Ağ Evdəki oval masa 120 milyon dollar qiymətindədir. Ağ Evdə siqaret çəkmək olmaz. Ağ Evdə təxminən 456 işçi var və illik 37 milyon dollar xərcləmələr edir, buraya prezident və köməkçilərin pulları daxil deyil. Vətəndaşlar Ağ Evdə icazə ilə şənlik keçirdə bilərlər və bu tam azaddır. Binanın əmlak satış dəyəri 287 milyon dollardır.

Mənbə

  1. archINFORM (alm.). 1994.
  2. Geographic Names Information System (ing.). 2018.
  3. Geographic Names Information System (ing.).
  4. GeoNames (ing.). 2005.
  5. Structurae (ing.). Ratingen: 1998.
  6. Emporis (Firm) Emporis Building Directory (ing.). Darmstadt: Emporis GmbH.
  7. https://www.whitehousehistory.org/press-room/press-backgrounders/white-house-dimensions.
  8. Cultural Objects Name Authority.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.