Ağ dünya

Ağ dünya [1] tammetrajlı bədii televiziya filmi rejissor Şahmar Qəribli tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film "Sabah" Eksperimental Yaradıcılıq Birliyi-Sınaq Studiyasında istehsal edilmişdir. Psixoloji dramın mərkəzində dəli Səməd dayanır. Lakin adı dəli Səməd olsa da bəzi ağıllılardan daha ədalətli, daha vicdanlı və daha ağıllıdır. Film üç hekayənin birləşməsi əsasında ekranlaşdırıldığı üçün burada üç ayrı ailənin bədbəxtliklərindən söhbət açılır. Filmdə əsas rolları Şahmar Qəribli, Muxtar Maniyev, Sədaqət Nuriyeva, Məzahir Süleymanov, Bahar Abdullayeva, Almaz AmanovaKazım Abdullayev ifa edirlər.

Ağ dünya
Janr dram
Rejissor Şahmar Qəribli
Prodüser Ramiz Mirzəyev
Əsərin müəllifi Yusif Vəzir Çəmənzəminli
Ssenari müəllifi Şahmar Qəribli
Baş rollarda Şahmar Qəribli
Muxtar Maniyev
Sədaqət Nuriyeva
Məzahir Süleymanov
Bahar Abdullayeva
Almaz Amanova
Kazım Abdullayev
Operator Vahid Babayev
Bəstəkar Cavanşir Quliyev
Rəssam Oqtay Quliyev
İstehsalçı "Sabah" Eksperimental Yaradıcılıq Birliyi-Sınaq Studiyası
Filmin növü tammetrajlı bədii televiziya filmi
Müddət 72 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1995
Rəng rəngli
IMDb ID1198118

Məzmun

Psixoloji dramın mərkəzində dəli Səməd (Şahmar Qəribli) dayanır. Lakin adı dəli Səməd olsa da bəzi ağıllılardan daha ədalətli, daha vicdanlı və daha ağıllıdır. Film üç hekayənin birləşməsi əsasında ekranlaşdırıldığı üçün burada üç ayrı ailənin bədbəxtliklərindən söhbət açılır: Qardaşı (Kazım Abdullayev) tərəfindən işgəncəyə məruz qalan Səməd, simicliyindən arvadını (Bahar Abdullayeva) çərlədən Kərbəlayi Eyvaz (Məzahir Süleymanov) və dilinin sərtliyi ucbatından əri (Muxtar Maniyev) tərəfindən döyülən Züleyxa (Sədaqət Nuriyeva) filmin əsas personajlarıdır. Bu hadisələrin hamısına biz dəli Səmədin gözü ilə baxırıq. Lakin film boyu belə bir deyim yada düşür: Allahu-təala bir insana hər şey verir, bir insana heç şey.

Film haqqında

Film Yusif Vəzir Çəmənzəminlinin "Dəli", "Dürnisə və kərbəlayi Eyvaz", "Cümə axşamı" hekayələrinin motivləri əsasında çəkilmişdir.

Filmin üzərində işləyənlər

Əsərin müəllifi: Yusif Vəzir Çəmənzəminli
Ssenari müəllifi: Şahmar Qəribli
Rejissor: Şahmar Qəribli
Operator: Vahid Babayev
Rəssam: Oqtay Quliyev
Bəstəkar: Cavanşir Quliyev
Prodüser: Ramiz Mirzəyev

Rollarda

Şahmar Qəribli — Dəli Səməd
Muxtar Maniyev — Hacı Həsən
Sədaqət Nuriyeva — Züleyxa
Məzahir Süleymanov — Kərbəlayi Eyvaz
Bahar Abdullayeva — Dürnisə
Almaz Amanova — Səmədin anası[2]
Kazım Abdullayev — Hacı Qara[3]
Sidiqqə Heydərova — qarı
Vəsilə Xankişiyeva — gəlin
Elşən Şirəliyev — Qulam
Allahyar Əliyev — Fərəc
Kamal Almuradlı — Kərim

İstinadlar

  1. "Dünənin, bu günün və sabahın "Sabah"ı". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
  2. "Amanova Almaz". 2021-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
  3. "Abdullayev Kazım". 2017-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
1995-ci ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.