Ağ ciyərin ödemi
Ağ ciyərin ödemi – arterial kapillyarlardan süzülən mayenin miqdarı venoz kapillyarlarla və limfa sistemi ilə çəkilən mayedən artıq olduqda baş verən xəstəlik. [1] Ağ ciyərin ödemi qan dövranının sol mədəcik tipli pozulması, böyrəklərin bəzi zədələnmələri və s. səbəblərdən inkişaf edir.[2]
Ağ ciyərin ödemi | |
---|---|
XBT-10-KM | J81.1, J81 |
XBT-9 | 514, 518.4 |
DiseasesDB | 11017 |
MedlinePlus | 000140 |
MeSH | D011654 |
Vikianbarda əlaqəli mediafayllar |
Əlamətləri
Təngnəfəslik, xırıltılı tənəffüs.
Müalicəsi
Ağ ciyərin ödemini törədən səbəblərin aradan qaldırılması, ağır hallarda sidikqovucu dərmanların, ürək preparatlarının (strofantin, korqlikon və s.) tətbiqi.
İstinadlar
- "Edema pulmonar". 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-07.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.