Ağ qvardiya (Finlandiya)
Ağ Qvardiya (fin Suojeluskunta, isv. Skyddskår, tərc. müdafiə korpusu) - Ağlara bağlı olaraq 1918-ci ildə qurulmuş yarımhərbi mühafizə qüvvəsi. Finlandiya vətəndaş müharibəsində Sovetlər Birliyinin dəstəklədiyi Qırmızılara qarşı əldə edilən qələbədə böyük rolu vardır. Finlandiyada Souyeluskunta olaraq bilinir, ingilis dilində isə bir çox tərcüməsi var: Müdafiə Korpusu, Təhlükəsiz Keşikçiləri, Sivil Qvardiya, Milli Mühafizəçilər, Ağ Milislər və s.[1] Ancaq Qərbdə daha çox qırmızıların tam əksi olan Ağ Qvardiya olaraq bilinirlər. Finlandiya Ağ Ordusu çox sayda təcrübəsiz əskər, təzə əskərə yazılanlar və yarımhərbi qruplardan təşkil olunmuşdu.
Ağ qvardiya | |
---|---|
Skyddskåren Suojeluskunta | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yurisdiksiya | Finlandiya |
Yaradılma tarixi | 1918 |
Ləğv edilib | 7 noyabr 1944 |
Vikianbarda əlaqəli mediafayllar |
1905 rus inqilabı sosiaa və siyasi narahatlığa və Finlandiyadakı təhlükəsizliyin sarsılmasına səbəb oldu. Sivil milislər buna reaksiya olaraq qurulmuş, ancaq bu siyasi (sol-sağ) bir struktura çevrilmişdi. 1917 rus inqilabı və sonra da Finlandiyanın müstəqilliyini elan etməsi ölkədə toqquşmaları özüylə gətirmişdir. 27 yanvar 1918-ci ildə Finlandiya hökuməti qalan rus dəstələrindən Ağ Qvardiyaya təslim olmaqlarını istəmiş, ancaq eyni gündə Qırmızılar çevrilişi elan etmişdilər. Bu da ölkədə qanlı bir müharibəyə səbəb oldu. Ağlar qələbəsiylə nəticələnən Finlandiya vətəndaş müharibəsi (1918) ərzində Ağ Qvardiyaya general Mannerheym komandanlıq etmişdir.[2] Müharibədən sonra Finlandiya Müdafiə Qüvvələri və nizamlı polis qüvvəsi qurulmuşdur. 1919-1934 arasında Ağ Qvardiya orduya bağlı könüllü dəstələr olaraq görülürdü və ayrı olaraq ehtiyat qaravul qrupları da var idi, ancaq 1934-cü ildə bütün birliklər bir ordu altında birləşdirilmiş və Qvardiya Könüllü Müdafiə Təlim Təşkilatına çerilmişdir. Siyasi olaraq tərəfsiz idilər, ancaq qeyri-rəsmi olaraq anti-solçu idilər. Açıq bir şəkildə antikommunizm, mühafizəkar olan ordu böyük ölçüdə işçi hərəkatları və sol siyasətə də qarşı idi.
İstinadlar
- Залесский К. А. Кто был кто во второй мировой войне. Союзники СССР. — М., 2004. — цит. по Маннергейм, Карл Густав Эмиль // Исторический проект «ХРОНОС. Всемирная история в интернете» (www.hrono.ru) (Yoxlanılıb 10 mart 2015) Arxivləşdirilib 2015-02-24 at the Wayback Machine
- Zetterberg S. et al., 1992
Mənbə
- Seppo Zetterberg; Allan Tiitta; Seppo Aalto, Suomi kautta aikojen, Helsinki: Oy Valitut Palat − Reader’s Digest Ab, 1992, ISBN 951-8933-60-X