Ağır tank

Ağır tankın ümumiyyətlə yüngül siniflərdən daha qalın bir zirehi və daha böyük bir silahı var, lakin daha az hərəkətli və çevik olmayan; daha yüksək istehsal və istifadə xərcləri olan bir tank sinifidir.

Ağır tank
Tipi Tank
İstismar tarixçəsi
İstismar illəri 1940 - 1990-cı illər
İstismara başlanması 1917
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sinifin mənşəyi Birinci Dünya Müharibəsi və ilk tanklara əsaslanır; piyada ilə yaxından işləmək və həm artilleriya, həm də ilk tank əleyhinə silahlara qarşı durmaq üçün hazırlanan ilk tanklar neytral zonada yaşamaq üçün kifayət qədər zirehə sahib idi. Yüngül tanklar təqdim edildikdə daha böyük dizaynlar ağır tanklar kimi tanınmağa başladı. Oxşar bir "hücum" rolu İkinci Dünya Müharibəsində də istifadə edilmişdir.

Tankların başqa tanklar ilə mübarizə aparması adi hala gəldikdən sonra, ağır tanklar çox güclü tank əleyhinə silahlarla, əsas etibarilə toplarla təchiz olunmağa başlanıldılar. İkinci Dünya Müharibəsinin sonunda həm ağır istehkamlara, həm də digər tanklara qarşı ağır tanklar istifadə edilmişdir. Hücumlaraa rəhbərlik etmək üçün istifadə edildiklərində "hücum tankları" kimi də tanınırdılar. Onlar ümumiyyətlə xüsusi ağır tank bölmələrində təşkil olunurdular.

Əsas döyüş tankı sinifinin ortaya çıxmasından sonra bir neçə yeni model istisna olmaqla ağır tank istehsalı başa çatdı. 1960-cı illərdə artıq ağır tankların dövrü başa çatmışdı.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.