Aérospatiale SA 330 Puma
Aérospatiale SA 330 Puma, Aérospatiale tərəfindən istehsal edilən Fransa istehsalı olan çoxməqsədli helikopterdir. Əvvəlcə Sud Aviasiya tərəfindən hazırlanmış və daha sonra Aérospatiale adı ilə istehsal olunmağa başlanmışdır.
Aérospatiale SA 330 Puma | |
---|---|
Hazırlayan | Sud Aviasiya |
İstehsalçı | Sud Aviasiya |
İlk uçuş | 15 aprel 1965 |
İstismara verilmə tarixi | 1969 |
İstismarçılar | |
Buraxılış sayı | 697 |
Vikianbarda əlaqəli mediafayllar |
Puma Körfəz müharibəsi, Cənubi Afrika sərhəd müharibəsi, Portuqaliya müstəmləkə müharibələri, Yuqoslav müharibələri, Livan vətəndaş müharibəsi, İraq müharibəsi (2003-2011) və Folklend müharibəsi də daxil olmaqla bir çox müharibə və qarşıdurmalarda istifadə edildi. Vertolyot mülki sahədə də məşhur idi və bir sıra mülki operatorlar tərəfindən istifadə olunurdu.
Texniki xüsusiyyətlər (SA 330H Puma)
- Ekipaj: 3
- Daşıma qabiliyyəti: 16 adam
- Uzunluq: 18.15 m
- Pərvanə uzunluğu: 15.00 m
- Hündürlük: 5.14 m
- Pərvanə sahəsi: 177.0 m²
- Boş çəkisi: 3,536 kq
- Maksimum uçuş çəkisi: 7,000 kq
- Motor:2 × Turbomeca Turmo IVC Qazturbin mühərriki
İstinadlar
- Frawley G. The International Directory of Military Aircraft 1996/97. Aerospace Publications, 1996. ISBN 1-875671-20-X
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.