Açxoy-Martan
Açxoy-Martan (çeç. Iашхой-Марта, Тӏехьа-Марта) — Çeçenistan Respublikası, Açxoy-Martan rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Axçoy-Martan rayonunun və Axçoy-Martan kənd sovetliyinin mərkəzidir[3].
Açxoy-Martan | |
---|---|
ӏашхой-Марта, Тӏаьхьа-Марта | |
43°11′38″ şm. e. 45°17′00″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1846 |
Mərkəzin hündürlüyü | 250 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 366600 |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Kənd Qroznıdan 40 km cənub-qərbdə yerləşir. Kəndin mərkəzindən Sunja çayının qolu olan Fortana çayı axır (çeç. Марта), şərq hissəsindən isə Açxo çayı keçir (çeç. Iашхо, Iашху). Kəndin adı bu iki çayın adından ortaya çıxmışdır — Açxu və Martan.
Kənddən 6 km şimalda "Qafqaz" federal yolu keçir. Ən yaxın dəmiryolu stansiyası olan Samaşkiyə olan məsafə 15 km-dir (1994-cü ildən fəaliyyət göstərmir).
Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə Bamut, şimal-qərbdə Assinovskaya, şimalda Yeni Şaroy, şimal-şərqdə Şaami-Yurt, Katar-Yurt, cənub-şərqdə Yandi və Köhnə Açxoy.
Tarixi
1944-cü ildə Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra İtum-Kali kəndi Novoselskoe olaraq adlandırılır[4].
1957-ci ildə Çeçen-İnquş Mustar sovet Sosialist Respublikasının bərpa edilməsindən sonra kəndin əvvəlki adı özünə qaytarılır.
Əhali
- Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
çeçenlər | 20 113 | 99,7 % |
digərləri | 59 | 0,3 % |
ümumi | 20 172 | 100,00 % |
Təhsil
Mərkəzi rayon kitabxanasında 70 minə yaxın kitab var. Həmçinin kənddə respublikada birincisi olan "Elbrus" gənclər məlumat mərkəzi fəaliyyət göstərir.
9 orta və səkkiz illik məktəb, 3 böyük uşaq bağçası vardır. Hərbi əməliyyatların başlamazdan əvvəl kənddə ölkənin ən böyük orta ixtisas texniki məktəblərindən biri, habelə internat məktəbi faəliyyət göstərirdi.
Sənaye
Taxılçılıq, maldarlıq və bağçılıqla məşğul olan kənddə Açxoy-Martan sovxozu təşkil edilmişdir.
Respublikada ən böyük toxum emalı zavodu fəaliyyət göstərir.
Plastik fabriki respublikada ən böyük tikinti materialları istehsal edən müəsisələrdən biridir.
İdman
Axçoy-Martan idmançıları cüdo, karate, taekvondo və boks yarışlarında əla nəticələr göstərirlər.
2005-ci ildə kənddə "Ramzan"[6] idman klubunuin filialı fəaliyyətə başlamışdır.
Üstəlik kənddə "Marta" futbol klubu və "Axçoy" voleybol komandası fəaliyyət göstərir.
Mənbə
İstinadlar
- http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
- https://web.archive.org/web/20170731141731/http://www.gks.ru/free_doc/doc_2017/bul_dr/mun_obr2017.rar.
- "Код ОКАТО 96 202 802 000 — Ачхой-Мартановская сельский округ (сельсовет)* (Ачхой-Мартановский район)". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
- Указ Президиума Верховного Совета РСФСР о переименовании некоторых сельских советов и населённых пунктов Грозненской области Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine (см. документ № 100)
- "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населенным пунктам, сельским населенным пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
- "Ачхой-Мартан живёт активной спортивной жизнью". 2012-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-24.