Açinsk

AçinskRusiya Federasiyasının Krasnoyarsk diyarında şəhər. Rayon mərkəzi

Açinsk
Ачинск
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
56°16′54″ şm. e. 90°30′14″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1683
Sahəsi
  • 103 km²
Mərkəzin hündürlüyü 220 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 105.259 nəf. (1 yanvar 2018)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 39151
Poçt indeksi 662150–662165
Digər
adm-achinsk.ru
Açinsk xəritədə
Açinsk
Açinsk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Açıq Tura əvvəllər Yus çayının üzərində tatar kəndi kimi tanınırdı. Şəhərin adı "Açıq" türk etnonimi ilə bağlıdır. Belə ki, müasir xakasların köhnəlmiş adı Açıq tatarları olmuşdur.Yerli tatarlar isə hələ də öz şəhərlərinə Aşıq Tura deyirlər.

Geniş Sibir torpaqlarının istilasından sonra hərbi rəis Tuquçevski tərəfindən 1641-ci ildə Açinskiy adı altında hərbi qalanın əsası qoyulur. 1641-ci ildə indiki yerinə — Aqra dağları ətəyində Çulım çayının sol sahilinə köçürülür. Bu günkü Açıq şəhəri (Açinsk deyilir) Çulım və Tekmet (indi Tekmetka) çayları üzərində yerləşir. Bu zamandan bura Rusiyadan əhali köçürülməyə başlayır. 1782-ci ildə Açinsk qəza şəhərinə çevrilir[3] . Elə həmin ildə də adı Açinsk şəklində rəsmiləşdirilir. Şəhər ətratı çöllər Acı çölləri adlanır. Burada duzlu göllər vardır.

Etimoloq M.N.Melxeev elə bunu əldə əsas tutaraq Açinsk şəhərinin adını acı "şor" sözü ilə (duzlu göllərilə) əlaqələndirməyə çalışır.[4] Açıq Tura ərazilərindən üstü türk-runik yazılı heykəllər, digər maddi mədəniyyət nümunələri tapılmışdır.

Dəyişdirilərək ruscaya uyğunlaşdırılan belə türk yer adları öz əslindən uzaqlaşmış və get-gedə şəkil və məzmun cəhətdən də adaptasiyaya məruz qaldığından yer adlarıyla bağlı aparılan araşdırma işlərini də daim çətinləşdirməkdədir. Türk elminə böyük xidmətləri göstərmiş və böyük qəlb sahibi olan P.Melioranski 22 aprel 1906-cı ildə "Coğrafi adları öyrənən komissiya"ya məruzə edərək yerli türk adlarının xəritədə rus dilinə məxsus şəkilçilərlə yazılmasının məqsədəuyğun olmadığını göstərir.[5] Rus imperiyasına ilhaq olunmuş ucsuz-bucaqsız türk ölkələrinin adlarının ucdantutma dəyişdirilməsi və ya saxlanıldığı halda belə ruslaşdırılması onun diqqətini cəlb etmiş, bu cəfakeş alim ölüm yatağında olduğuna baxmayaraq Kazan, Ufa, Orenburq qəzalarının yer adlarının katoloqunu fəaliyyətdə olan həmin komissiyaya təqdim etmişdir. Qırğızıstanın dağlıq hissəsində Açıq Taş kəndi (indi Aleksandrovski) ərazisində türk-runik əlifbalı yazılı daş var. Bu daşlar indi Ermitaj dövlət muzeyində saxlanılır. Çox şübhəsiz, Açıq Taş dedikdə yazılı daş, "kitabə" nəzərdə tutulur.

Mənbə

Minaxanım Təkləli, Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009

Xarici keçidlər

İstinadlar

  1. OKTMO 179/2016. 2016.
  2. 26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года. Rusiya Dövlət Federal Statistika Xidməti.
  3. БСЭ т.2.с.470; СЭС с.95.
  4. Мельхеев М.Н. Географические имена, М., 1961, с.13.
  5. Благова Г.Ф. П.М.Мелиоранский и изучение тюркской топонимии. В кн.:Тюркологический сборник, 1972, с. 61.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.