Açar söz
Açar söz — (ing. keyword) mətnin əsas məğzini özündə əks etdirən söz. İnternetdə axtarış üçün əsas vasitədir.
- Proqramlaşdırma dillərində: qabaqcadan müəyyən olunmuş hərəkəti, yerləşik funksiyanı (BUILT-IN FUNCTION), yaxud əməli tanıdan söz. Məsələn, Basic dilində “print” və ya Pascal dilində “begin” belə sözlərdəndir. Bu sözlər dilin öz ehtiyacları üçün ayrılır və proqramçılar onlardan dəyişənlərin, funksiyaların, prosedurların və metodların adları kimi istifadə edə bilməzlər. Buna görə də, bu sözləri çox zaman “ehtiyat sözlər” adlandırırlar.
- Verilənlər bazasının idarəolunması sistemlərində: hər hansı yazıların, yaxud sənədlərin axtarışını aparmaq üçün istifadə olunan söz.
- Sənədin başlığında, yaxud mətnində olan və onun məzmunu haqqında daha çox informasiya daşıyan söz. Əsasən, sənədlərin indekslənməsi üçün istifadə olunur.
Açar sözlər göstəricisi
Açar sözlər göstəricisi - sənədlərin sərlövhələrində və mətnlərdə verilən əsas anlayış və terminlərin mikrokontekstdə (səhifənin mərkəzi hissəsində) əlifba sırasında verilməsi əsasında qurulan axtarış sistemi.
Həmçinin bax
Ədəbiyyat
- Svenonius, Elaine (2000). The Intellectual Foundation of Information Organization (1 ed.). The MIT Press. ISBN 0-262-19433-3.
- Корытная М. Л. Роль заголовка и ключевых слов в понимании художественного текста: Автореф. дис. … канд. филол. наук. Тверь, 1996.
- Роднянский В. Л. О роли ключевых слов в понимании текста // Психолингвистические проблемы семантики и понимания текста. Калинин, 1986. С.106-113.
- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
- Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
- Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 145
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.