Açıq kod
Bu məqalə Açıq mənbə məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.
Tarixçə
İlk dəfə olaraq açıq-kod anlayışı Riçard Stolman tərəfindən irəli sürülmüşdür. Riçard Stolman həmçinin GNU layihəsinin və GPL lisenziyasının müəllifidir. GNU/Linux layihəsi istismara buraxılandan sonra açıq-kod ənənəsi bütün dünyaya sürətlə yayılmağa başladı və bir çox proqram təminatı mühəndisləri və proqramçılar açıq-kodlar şəklində öz proqram təminatlarını yaymağa başladılar.
Mövcud açıq-kodlu sistemlər
Hal-hazırda bir çox ciddi sistemlər açıq-kodlar şəklindədirlər. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:
- Linux ƏS-in kerneli
- Java
- NetBeans – proqramlaşdırma mühiti
- Eclipse – proqramlaşdırma mühiti
- Blender – 3D modelləşdirmə üçün proqram təminatı
- OpenOffice – ofis proqramları paketi
- Mozilla Firefox – veb brauzer və s.
Açıq-kodlu sistemlərin üstün cəhətləri
Açıq kodlu proqram təminatı adından göründüyü kimi kodları açıq olur və bütün dünyadan hər bir kəs onun kodlarını əldə edə bilər və istismara verildiyi lisenziya şərtlərinə uyğun olaraq hər bir kəs həmin kodlardan öz məqsədləri üçün istifadə edə bilər.
Açıq-kodlu proqram təminatının kodlarını hər kəs gördüyü üçün o bir növ sınanmış olur və hər hansı bir problem, bug, nasazlıq müşahidə olunarsa onlar tez bir zamanda aradan qaldırılır.
Keçidlər
- Open Source
- GNU
- Orijinal mənbə: Dev.az Arxivləşdirilib 2011-11-15 at the Wayback Machine