9x9 (film, 2013)
9x9 qısametrajlı bədii filmi rejissor Radmila Gordic tərəfindən 2013-cw ildə ekranlaşdırılmışdır. Film İtaliya ("Torre") və Azərbaycan (Nərimanfilm kinostudiyası) tərəfindən birgə istehsal edilmişdir. Film bir memarın taleyindən bəhs edir; Memar taleyi tamamilə başqa bir taledir. O, tez-tez bütün istedadını və ehtirasını özünün yaşamayacağı məkanların yaradılmasına sərf etməli olur! “9x9” bizim memarın öz evindən ofisə qədər olan səyahətindən bəhs edir. Filmdə Rüstəm Şəfiyev memarın kölgəsi rolunda çəkilmişdir. Film 2014-cü ildə XIII Mumbay beynəlxalq kinofestivalında "Ən yaxşı operator işinə görə” mükafata layiq görülüb.
9x9 | |
---|---|
Janr |
qısametrajlı dram |
Rejissor | Radmila Gordic |
Prodüserlər |
Nəriman Məmmədov Radmila Gordic |
Ssenari müəllifləri |
Radmila Gordic Sonia Cugini |
Baş rolda | Rüstəm Şəfiyev |
Operatorlar |
Konstantin (Mindia) Esadze Luca Coassin |
İstehsalçılar |
Torre Narimanfilm kinostudiyası[1] |
İlk baxış tarixi | 2013 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 11 dəq. |
Ölkələr |
Azərbaycan İtaliya |
Dil | mətnsiz |
İl | 2013 |
Rəng | rəngli |
IMDb | ID2791034 |
Məzmun
Film bir memarın taleyindən bəhs edir; Memar taleyi tamamilə başqa bir taledir. O, tez-tez bütün istedadını və ehtirasını özünün yaşamayacağı məkanların yaradılmasına sərf etməli olur! “9x9” bizim memarın öz evindən ofisə qədər olan səyahətindən bəhs edir. Biz yalnız onun kölgəsini görürük; onun qızmar günəş altındakı velosiped gəzintisi yaradıcılıq prosesinin dərinliyinə olan səyahətə çevrilir. Divarlar, küçələr, şən uşaq səsləri, qədim xarabalıqların müqəddəs sükutu, təzə yuyulmuş camaşır və ya təzə bişmiş çörək qoxusu, xüsusi işıqlandırma bizi yol boyu müşayiət edir və canlı iş materialına dönürlər. İndi bizə elə gəlir ki, bu velosiped səyahətinda biz onun arxasınca getmirik, tamamilə başqa bir yerdə, başqa bir ölkədə, başqa küçələrdəyik-onun düşüncələrinin küçələrində. O məhkum edilib və bu onun xoşuna gəlir. Memarın düşüncələri heç vaxt onu tərk etmir: o öz xüsusi dünya görüşünü və ömür yolunda yığdığı təcrübəni birləşdirərək böyük bir ideya yaratmağa çalışır: 9x9.[1]
Festival və mükafat
Film 2014-cü ildə XIII Mumbay beynəlxalq kinofestivalında "Ən yaxşı operator işinə görə” mükafata layiq görülüb.[2]
Filmin üzərində işləyənlər
Ssenarist: Radmila Gordic, Sonia Cugini
Rejissor: Radmila Gordic
Operator: Konstantin (Mindia) Esadze, Luca Coassin
Prodüser: Nəriman Məmməodov, Radmila Gordic
Bəstəkar: Marcello Gori
Rolda
Rüstəm Şəfiyev — memarın kölgəsi
İstinadlar
- "Azərbaycan filmi Kann festivalında nümayiş ediləcək". 2013-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-29.
- "Azərbaycan filmi beynəlxalq kinofestivalda mükafata layiq görülüb". 2017-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-29.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
2013-cü ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı