8 Noyabr metrostansiyası
8 Noyabr — Bakı metrosunun 29 may 2021-ci ildə istifadəyə verilən stansiyası. Stansiyaya Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Zəfər Günü münasibətilə "8 Noyabr" adı verilib.[1]
8 Noyabr metrostansiyası | |
---|---|
3-cü xətt | |
Bakı metrosu | |
Rayon | Nəsimi |
Yerləşməsi | Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə |
İnşaat tipi | Yeraltı |
Çıxdığı küçələr | Ceyhun Səlimov küçəsi, Əbdülvahab Salamzadə küçəsi |
Nəqliyyat | 7A, 7B, 52, 61, 67, 83, 199, 211 nömrəli avtobuslar |
Qonşu stansiyalar | Memar Əcəmi-2, Cəlil Məmmədquluzadə |
Vikianbarda əlaqəli mediafayllar |
|
Hal-hazırda istifadəyə verilən bu metrostansiya Nəsimi rayonu ərazisində, Ceyhun Səlimov (Papanin) küçəsində Hərbi Hospitalla üzbəüz yerləşir. "8 Noyabr" stansiyası 29.05.2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.
Stansiyaya daxil olan qatarlarda Oqtay Zülfüqarovun bəstələdiyi "Şənlən, mənim xalqım" mahnısından fraqment səslənir.
Tarixi
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarında deyilir:
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı metrosunun Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”.[2] |
Həmçinin bax
İstinadlar
- "Prezident İlham Əliyevin təşəbbüsü ilə metronun yeni stansiyası "8 noyabr" adlanacaq". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-14.
- "Bakı metrosunda yeni stansiya - "8 Noyabr"". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-14.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.