860-cı illər
860-cı illər — Qriqori təqvimində 860-cı il yanvarın 1-də başlayan və 869-cu il dekabrın 31-də bitən onillikdir.
IX əsr: 860–869 |
---|
840-cı illər • 850-ci illər • 860-cı illər • 870-ci illər • 880-ci illər |
İcmal
Şirvanın istiqlaliyyətinin bərpa edilməsi. Abbasilər sülaləsinin dağılması gedişində Şirvanşahlar dövləti yarandı. Bu dövlətin ərazisi Dərbənddən Kür çayına qədər Xəzər dənizi sahillərindəki torpaqları əhatə edirdi. Bu dövləti Məzyədilər sülaləsinin nümayəndələri idarə edirdilər. Sülalənin əsasını vaxtı ilə Azərbaycanda vali olmuş Yezid ibn Məzyəd qoymuşdu. 861-ci ildə Məzyədilər sülaləsindən Heysəm ibn Xalid Şirvanı müstəqil elan etdi və Şirvanşah titulunu qəbul etdi.[1]
Mədəniyyət
İstinadlar
- Fəxrəddin Məmmədov. Azərbaycan tarixi (izahlı xronologiya). Bakı: "Elm və təhsil", 2010, səh.53
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.