811 saylı Laçın dağ-atıcı alayı

811 saylı Laçın dağ-atıcı alayı və yaxud Laçın alayıQarabağ müharibəsində Laçın rayonunda dislokasiya olunmuş hərbi hissə.

Laçın alayı
811 saylı Laçın dağ-atıcı alayı
Növü quru qoşunları
Yaranma tarixi Y. 27 mart 1992

L. 30 aprel 1992
B. 26 oktyabr 1992

L. 1 aprel 1993
B. 18 avqust 1993

L. 15 oktyabr 1993
Ölkə Azərbaycan Azərbaycan
Vəzifəsi Laçın rayonunun müdafiəsi
Qərargah Laçın rayonu
Himayədarı Azərbaycan Müdafiə Nazirliyi
Təchizatı yüngül silahlar
PDM
BTR
BM-21 Qrad
Top
Müharibələr Qarabağ müharibəsi
Döyüşlər Laçının müdafiəsi uğrunda döyüşlər
Hoçaz əməliyyatı
Cəbrayılda döyüşlər
Horadiz əməliyyatı
Komandanlıq
Məşhur komandirləri Arif Paşa, Tahir Süleymanov (hərbçi)

27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında yaradılıb. 30 aprel 1992-ci il tarixinə kimi mövcud olmuş hərbi hissənin komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub.[1]

811 saylı Laçın alayı Laçının işğalından 18 gün əvvəl 1992-ci il aprelin 30-da müdafiə naziri Rəhim Qazıyevin 0151 saylı əmri ilə ləğv edilərək 704 saylı briqadanın komandiri, ərazi üzrə məsul komendant Elbrus Orucova tabe etdirilib. Rəhim Qazıyev alayın ləğvi barədə bunları deyir:

" Hər gün mənə imzalamağım üçün onlarla sənəd gətirilirdi. Mən də onların başlıqlarına baxıb, məzmunu ilə ümumi tanış olub imzalayırdım. 811 saylı hərbi hissə ilə bağlı əmrdə də alayın “perepodçinenie”sindən söhbət gedirdi – əmrin adı belə idi. Lakin əmrin əsas hissəsində alayın ləğvi nəzərdə tutulubmuş. O əmrlərin mətnini Baş Qərargahın müvafiq idarələri, o cümlədən Əməliyyat İdarəsindəki peşəkar zabitlər hazırlayırdılar. Yəni mənim obyektiv olaraq, bütün nüansları bilməyim mükün deyildi.[2]
"

Arif Paşanın bildirdiyinə görə alayın de-yure ləğvindən sonra da fəaliyyətlərini davam etdirmişlər.[1]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.