80 kilometr yerin altı ilə (film, 2002)
80 kilometr yerin altı ilə | |
---|---|
Janr |
sənədli qısametrajlı tarixi |
Rejissor | Mehparə Nəcəfova |
Ssenari müəllifi | Qənirə Ataşova |
Operator | Hikmət Əsgərov |
İstehsalçı | ANS Televiziyası |
İlk baxış tarixi | 2002 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 42 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2002 |
Rəng | rəngli |
Məzmunu
Film 35 yaşlı Bakı metropoliteninin tarixi və fəaliyyətindən bəhs edir.
1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır.
1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası — Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9.2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da birisi Qara Şəhər adlanan ərazidə yerləşən "Xətai" stansiyası idi. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi. 25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.[1]
Filmdə uzunluğu 80 kilometr olan metropolitenin yaranma tarixi vərəqlənir.
Filmin üzərində işləyənlər
Ssenari müəllifi: Qənirə Ataşova
Rejissor: Mehparə Nəcəfova
Operator: Hikmət Əsgərov
İstinadlar
- "Bakı metropoliteni". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
2002-ci ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı