7 noyabr
7 noyabr — Qriqorian təqvimində ilin 311-ci günü. (uzun ildə 312-ci) Bu tarixdə ilin sonuna 54 gün qalır.
Noyabr | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
|||||||||||||||||||||||||||||||||||||||||||
2024-cü il |
XX və XXI əsrdə Yuli təqvimi ilə 25 oktyabr tarixinə uyğun gəlir.[1]
Əhəmiyyətli hadisələr
1600-cü ildən əvvəl
- 1504 — Xristofor Kolumb dördüncü və son səyahətindən qayıdır.[2]
1901–cari
- 1917 — Adını Qriqori təqviminin 25 oktyabr tarixindən götürən Oktyabr inqilabı baş verir; bu tarixdə bolşeviklər Qış sarayına basqın edirlər.[3]
Azərbaycana aid hadisələr
- 1989 — "Yeni Müsavat" qəzeti ilk dəfə nəşr olunub.[4]
- 2010 — Azərbaycanda Parlament seçkiləri keçirilib.[5]
- 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac, Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilan rayonunun Beşdəli, Xocalı rayonunun Qarabulaq, Moşxmaat, Xocavənd rayonunun Ataqut, Tsakuri kəndlərini Ermənistanın işğalından azad etmişdir.[6]
- 2021 — Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu) istifadəyə verilib.[7]
Doğumlar
1600-cü ildən əvvəl
- 630 — II Konstant, Bizans imperatoru
- 1414 — Əbdürrəhman Cami, İran şairi
- 1598 — Fransisko de Surbaran, İspaniya boyakarı
1601–1900
- 1728 — Ceyms Kuk, İngiltərə səyyahı
- 1867 — Mariya Küri, Fransa və Polşa fiziki
- 1879 — Lev Trotski, Rusiya inqilabçısı və dövlət xadimi
- 1886 — Aron Nimtsoviç, Danimarka şahmatçısı
- 1894 — Əhməd Anatollu, Azərbaycan aktyoru
- 1898 — Məmməd Əlili, Azərbaycan aktyoru
1901–cari
- 1903 — Georgi Millyar, Rusiya aktyoru
- 1913
- Alber Kamü, Fransa filosofu və yazıçısı
- Tahirə Tahirova, Azərbaycan dövlət xadimi
- 1917
- İren Məlikova, Fransa türkoloqu
- Tofiq Quliyev, Azərbaycan bəstəkarı
- 1923 — Şamama Həsənova, Azərbaycan pambıqçısı
- 1934 — Oqtay Ağayev, Azərbaycan müğənnisi
- 1940 — Baba Mahmudoğlu, Azərbaycan müğənnisi
- 1944 — Luici Riva, İtaliya futbolçusu
- 1951 — Lalə Şövkət, Azərbaycan dövlət xadimi
- 1978 — Rio Ferdinand, İngiltərə futbolçusu
- 1990 — David de Xea, İspaniya futbolçusu
Ölümlər
1901–cari
- 1944 — Rixard Zorge, Sovet xəfiyyəsi
- 1949 — Mir Yaqub Mehdiyev, Azərbaycan deputatı
- 1979 — Yusif Yulduz, Azərbaycan aktyoru
- 2011 — Co Freyzer, ABŞ boksçusu
- 2016 — Leonard Koen, Kanada müğənnisi
- 2020
- Adil İbrahimli, Azərbaycan baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı
- Afər Orucov, Azərbaycan çavuşu
- Anar Vəlizadə, Azərbaycan baş çavuşu
- Ceyhun Rzayev, Azərbaycan çavuşu
- Fərid Hüseynov, Azərbaycan baş çavuşu
- Fuad Əlizadə, Azərbaycan baş leytenantı
- İsmayıl Qəsəbov, Azərbaycan baş çavuşu
- Qoşqar Üzeyirov, Azərbaycan əsgəri
- Mikayıl Mikayılzadə, Azərbaycan kiçik çavuşu
- Nail İbrahimli, Azərbaycan kiçik giziri, Vətən Müharibəsi Qəhrəmanı
- Orxan Dadaşov, Azərbaycan əsgəri
- Orxan Əlili, Azərbaycan əsgəri
- Zabil Ağayev, Azərbaycan kiçik çavuşu
İstinadlar
- XX və XXI əsrlərdə Qriqorian təqvimi Yuli təqvimindən 13 gün irəlidədir.
- Daniel, Clifton. Chronicle of America. Chronicle publication. 1989. səh. 20. ISBN 0-13-133745-9.
- "On this day in history - November 7". www.timeanddate.com. www.timeanddate.com. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2022.
- ""Yeni Müsavat" qəzetinin 25 yaşı tamam olub". report.az. report.az. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2022.
- Levy, Clifford. "Ruling Party Takes Majority of Seats in Elections". New York Times. 8 November 2010. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
- "İkinci Qarabağ müharibəsi - əsas hadisələrin xronologiyası". www.bbc.com. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2022.
- "Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib". 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-05.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.