6G
6G — 6-cı nəsil kabelsiz mobil şəbəkə texnologiyası.
Mobil telefon nəsillərinin siyahısı |
---|
Analoq |
|
Rəqəmsal |
Mobil telekommunikasiya |
6G telekommunikasiya sahəsində mobil məlumat şəbəkələrini dəstəkləyən simsiz rabitə texnologiyaları üçün inkişaf edən altıncı nəsil mobil rabitə standartıdır. Mütəxəssislər güman edirlər ki, bu standart 5G-dən əhəmiyyətli dərəcədə daha sürətli olacaq.[1] 6G şəbəkəsi özündən əvvəlkilər kimi, xidmət sahəsinin mobil hücrələr adlanan kiçik coğrafi ərazilərə bölünən genişzolaqlı mobil şəbəkə olacaq. Bir neçə şirkət (Airtel, Anritsu, Apple, Ericsson, Fly, Huawei, Jio, Keysight, LG, Nokia, NTT Docomo, Samsung, Vi, Xiaomi), tədqiqat institutları (Texnologiya İnnovasiya İnstitutu, Universitetlərarası Mikroelektronika Mərkəzi) və ölkələr (ABŞ, Avropa İttifaqı ölkələri, Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Sinqapur və Birləşmiş Ərəb Əmirlikləri) 6G şəbəkəsinə maraq göstərirlər.[2][3][4][5][6][7][1][8][9]
6G şəbəkəsi özündən əvvəlki texnologiyalara nisbətən daha fərqli olacaq. Belə ki, hər yerdə mövcud olan ani kommunikasiya, geniş yayılmış intellekt və əşyaların interneti (IoT) kimi cari mobil hücrə istifadə edən nümunələrdən daha çox tətbiqləri dəstəkləyəcəyi gözlənilir.[10] Mobil şəbəkə operatorlarının 6G üçün çevik və mərkəzləşdirilməmiş (desentralizasiya) biznes modelini qəbul edəcəyi gözlənilir. 6G ilə yerli spektrin lisenziyalaşdırılması, spektr və infrastrukturun paylaşılması, mobil periferik hesablama, süni intellekt, qısa paket rabitəsi və blokçeyn texnologiyaları ilə dəstəklənən ağıllı avtomatlaşdırılmış idarəetmə gözlənilir.[11][12][13][14]
2023-cü ildən etibarən, 6G texnologiyası üçün ümumi qəbul olunmuş hər hansı bir dövlət və ya qeyri-dövlət standartı mövcud deyil və lakin inkişaf etmə mərhələsindədir.
Terahertz və millimetr dalğalarının inkişafı
Bəzi fərziyyələrə görə, 6G texnologiyasında milimetr dalğaları (30 ilə 300 GHz) və terahertz radiasiyası (300 ila 3000 GHz) istifadə edilə bilər. Bununla belə, bu tezliklərin dalğa yayılması 1G, 2G, 3G və 4G-də istifadə edilən radio dalğalarından daha həssas olan 5G və Wi-Fi-da (təxminən 2-30 GHz) istifadə edilən mikrodalğalı tezliklərə nisbətən maneələrə qarşı daha həssasdır.
"Next G Alyansı" 2020-ci ilin oktyabrında Alliance for Telecommunications Industry Solutions (ATIS) tərəfindən yaradıldı. Bu ittifaq AT&T, Ericsson, Telus, Verizon, T-Mobile, Microsoft, Samsung və başqa böyük şirkətlərdən ibarətdir. Alyansın məqsədi növbəti 10 il ərzində 6G və Şimali Amerikanın mobil texnologiyası liderliyini irəli aparmaqdır."[15]
2022-ci ilin yanvarında Çinin Bənövşəyi Dağ Rəsədxanası (Purple Mountain Observatory of China) iddia etdi ki, tədqiqat qrupu laboratoriya şəraitində ilk dəfə terahertz tezlik diapazonunda saniyədə 206,25 giqabit (Gbit/s) məlumat sürətinə çatıb ki, bu da 6G mobil rabitənin əsasını təşkil edir.[16]
2022-ci ilin fevralında çinli tədqiqatçılar optik burulğan milimetr dalğalarını istifadə edərək rekord sürətlə məlumat ötürmək mümkün olduğunu iddia edirlər. Optik burulğanın milimetr dalğaları çox yüksək frekanslı radio dalğalarının elə bir növüdür ki, onların spinləri döngələr sürətlə dəyişir. Araşdırmaçılar 1 terabayt məlumatı 1 km (3,300 fit) məsafəyə bir saniyədə ötürmək bacarığını əldə etdiklərini deyirlər. Radio dalğalarının fırlanma potensialı ilk dəfə 1909-cu ildə ingilis fizik Con Henri Poyntinq tərəfindən açıqlandı, lakin istifadəsi çətin oldu. Zhang və həmkarları bildiriblər ki, onların nailiyyətləri son bir neçə onillikdə dünya üzrə bir çox tədqiqat qrupunun gərgin əməyi əsasında qurulub. Avropadakı tədqiqatçılar 1990-cı illərdə optik burulğan dalğalarından istifadə edərək ilk rabitə təcrübələrini həyata keçirdilər. Əsas problem ondadır ki, fırlanan dalğaların ölçüsü məsafə ilə artır və zəifləyən siqnal yüksək sürətli məlumat ötürülməsini çətinləşdirir. Çin komandası daha çox məlumat daşımaq üçün dalğaların üç fərqli rejimdə fırlanmasını təmin edən, daha fokuslanmış burulğan şüası yaratmaq üçün unikal ötürücü qurdu. Onlar bölünmə zamanı böyük miqdarda məlumatı daşıyan və deşifrə edə bilən yüksək performanslı qəbuledici cihaz hazırladı.[17]
İstinadlar
- Fisher, Tim. "6G: What It Is & When to Expect It". Lifewire. 17 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2022.
- Khan, Danish. "Airtel, Vi push for work on 6G tech". The Economic Times. January 2022. 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-20.
- "Indian Telecom Jio partners with University of Oulu over development of 6G technology". indianexpress. January 21, 2022. October 31, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 21, 2023.
- Rappaport, Theodore S. "Opinion: Think 5G is exciting? Just wait for 6G". CNN. 10 February 2020. 17 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2023.
- Kharpal, Arjun. "China starts development of 6G, having just turned on its 5G mobile network". CNBC. November 7, 2019. November 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 21, 2023.
- Andy Boxall; Tyler Lacoma. "What is 6G, how fast will it be, and when is it coming?". DigitalTrends. January 21, 2021. November 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 18, 2021.
- Li, Jane. "Forget about 5G, China has kicked off its development of 6G". Quartz. 7 November 2019. 12 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2023.
- "India to get 6G by 2023 end or 2024, India's communications minister says while the country still waits for 5G rollout". Business Insider. 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-28.
- "DoT to seek TRAI comment on use of 95GHz-3THz airwaves". TeleGeography. 2022-11-11. 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
- Dohler, M.; Mahmoodi, T.; Lema, M. A.; Condoluci, M.; Sardis, F.; Antonakoglou, K.; Aghvami, H. Internet of skills, where robotics meets AI, 5G and the Tactile Internet // 2017 European Conference on Networks and Communications (EuCNC). 2017. 1–5. doi:10.1109/EuCNC.2017.7980645. ISBN 978-1-5386-3873-6. 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
- Saad, W.; Bennis, M.; Chen, M. "A Vision of 6G Wireless Systems: Applications, Trends, Technologies, and Open Research Problems". IEEE Network. 34 (3). 2020: 134–142. doi:10.1109/MNET.001.1900287. ISSN 1558-156X. 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
- Yang, H.; Alphones, A.; Xiong, Z.; Niyato, D.; Zhao, J.; Wu, K. "Artificial-Intelligence-Enabled Intelligent 6G Networks". IEEE Network. 34 (6). 2020: 272–280. arXiv:1912.05744. doi:10.1109/MNET.011.2000195. ISSN 1558-156X. 2023-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
- Xiao, Y.; Shi, G.; Li, Y.; Saad, W.; Poor, H. V. "Toward Self-Learning Edge Intelligence in 6G". IEEE Communications Magazine. 58 (12). 2020: 34–40. arXiv:2010.00176. doi:10.1109/MCOM.001.2000388. ISSN 1558-1896. 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
- Guo, W. "Explainable Artificial Intelligence for 6G: Improving Trust between Human and Machine". IEEE Communications Magazine. 58 (6). 2020: 39–45. doi:10.1109/MCOM.001.2000050. hdl:1826/15857. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
- Wolfe, Marcella. "ATIS Launches Next G Alliance to Advance North American Leadership in 6G". Atis. October 13, 2020. February 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 18, 2021.
- Kumar, Nitesh. "6G|What Is 6G?|6G In India|Which Country Has 6G Network?|6G Application". techbyte.co.in. 21 January 2022. 23 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2022.
- Chen, Stephen. "Race to 6G: Chinese researchers declare data streaming record with whirling radio waves". South China Morning Post. 2022-02-10. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
Xarici keçidlər
- Sharma, Ankush. "6G Companies: Telecom Players Kickstart Research Activities". GreyB (ingilis). 2020-11-09. İstifadə tarixi: 2021-06-02.