5 sentyabr
5 sentyabr — Qriqorian təqvimində ilin 248-ci günü. (uzun ildə 249-cu) Bu tarixdə ilin sonuna 117 gün qalır.
Sentyabr | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2024-cü il |
XX və XXI əsrdə Yuli təqvimi ilə 23 avqust tarixinə uyğun gəlir.[1]
Əhəmiyyətli hadisələr
1601–1900
- 1669 — Krit Osmanlı imperiyasına ilhaq olunub.
- 1800 — Napoleon Bonapart Malta adasını İngiltərəyə qaytardı. (Halbuki özü adanı 1798-ci ildə İngilislərin əlindən özü almışdı)
- 1839 — Çin və İngiltərə arasında Birinci tiryək müharibəsi başlayıb.
1901–cari
- 1905 — Rusiya və Yaponiya imperiyası arasında Rus-yapon müharibəsi bitmişdir.[2]
- 1944 — Belçika, Niderland və Lüksemburq Benilüksü təsis edib.[3]
- 1960 — Məhəmməd Əli 1960 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
- 1977 — Voyacer proqramı: NASA Voyacer 1 kosmik gəmisini orbitə buraxıb.[3]
Doğumlar
1600-cü ildən əvvəl
- 1568 — Tomazzo Kampanella, İtaliya yazıçısı və filosofu
1601–1900
- 1638 — XIV Lüdovik, Fransa kralı
- 1735 — İohan Kristian Bax, Almaniya bəstəkarı
- 1780 — Klark Abel, Böyük Britaniya cərrahı və təbiətşünası
- 1872 — Əhməd Baytursunov, Qazaxıstan ictimai xadimi
- 1891 — Li Tsinhuy, Çin bəstəkarı
- 1892 — Əhməd Bakıxanov, Azərbaycan tarzəni
1901–cari
- 1902 — Tağı Ərani, İran siyasi fəalı
- 1905 — Artur Kostler, Böyük Britaniya və Macarıstan yazıçısı
- 1930 — Ken Naqanuma, Yaponiya futbolçusu və baş məşqçisi
- 1935 — Səyavuş Aslan, Azərbaycan aktyoru
- 1946 — Freddi Merkyuri, İngiltərə müğənnisi, mahnı bəstəkarı və Queen qrupunun solisti
- 1951 — Maykl Kiton, ABŞ aktyoru
- 1955 — Səmədağa Şıxlarov, Azərbaycan futbolçusu və məşqçisi
- 1971 — Vill Hant, Amerikalı təbilçi və Evanescence qrupunun üzvü
- 1973 — Elçin Həşimov, Azərbaycan tarzəni
- 1988 — Nuri Şahin, Türkiyə futbolçusu
Ölümlər
1601–1900
- 1786 — Conas Hanvey, Böyük Britaniya səyyahı
- 1831 — Məhəmmədhəsən, Şəki xanı
- 1848 — Məhəmməd şah Qacar, İran şahı
- 1857 — Ogüst Kont, Fransa filosofu
- 1866 — Jül Düpüi, Fransa mühəndisi
1901–cari
- 1902 — Virxov Rudolf, Almaniya həkimi
- 1919 — Vasili Çapayev, Rusiya əsgəri
- 1954 — Yevsey Gindes, Azərbaycan pediatrı və dövlət xadimi
- 1975 — Kərim Sultanov, Azərbaycan aktyoru
- 1997 — Tereza Ana, Albaniya və Hindistan rahibəsi
- 2007 — Şahin Cəbrayılov, Azərbaycan aktyoru
- 2008 — Şamama Həsənova, Azərbaycan pambıqçısı
- 2015 — Ağamusa Axundov, Azərbaycan ədəbiyyatşünası
- 2017 — Nikolas Blumberqen, ABŞ və Niderland fiziki
Bayramlar və xüsusi günlər
- Birləşmiş Millətlər Təşkilatı — Beynəlxalq Хeyriyyə Günü
- Hindistan — Müəllim Günü
İstinadlar
- XX və XXI əsrlərdə Qriqorian təqvimi Yuli təqvimindən 13 gün irəlidədir.
- Krowner, Rottem. The Impact of the Russo-Japanese War. Routledge. 2007. xvi.
- "What Happened On This Day – September 5". www.timeanddate.com. www.timeanddate.com. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.