500 manatlıq əsginas

500 manatlıq əsginasAzərbaycanda 1993–2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Cəmi 1 dəfə (1993-cü ildə) dövriyyəyə buraxılmışdır.

500 manat
Ölkə Azərbaycan Azərbaycan
Dəyər 500 manat
Eni 125 mm
Uzunluğu 63 mm
Nəşr illəri 1993
Arxa tərəf
Arxa tərəf

Tarixi

500 manatlıq əsginaslar yalnız bir dəfə – 1993-cü ilin fevral ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır[1]. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir[2][3]. Əsginasın eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir[4][5]. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir[5].

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1993-cü ildə dövriyyəyə buraxılmış 500 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır[6].

Təsviri

Əsginasın ön tərəfində əvvəlcə Məhəmməd Əmin Rəsulzadənin portretinin çapı nəzərdə tutulmuşdur[5]. Lakin o zaman ölkə Prezidenti olan Əbülfəz Elçibəyin təkidi ilə onun portreti 1000 manatlıq əsginasın üzərində təsvir olunur[5]. 500 manatlıq əsginasda isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin portreti təsvir olunur[7].

Əsginasın arxa tərəfi elə həmin il dövriyyəyə buraxılmış 1000 manatlıq əsginasın arxa tərəfi ilə eyni üslubda milli ornamentlərə uyğun dizaynda hazırlanmışdı[7]. Milli ornamentli çərçivə içərisində nominalın məbləği sözlə və rəqəmlə verilmişdir[7].

Ölçüləri

500 manatlıq əsginasın ölçüləri 125×63 mm idi[1].

Mühafizə elementləri

Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. Əsginasda su nişanı — üç alov təsvir olunmuşdu[7].

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

  • cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı
  • Pul. preslib.az  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.