4-Ləkəli ekzoxomus

4-Ləkəli ekzoxomus (lat. : Exochomus guadripustulatus F.) — Ən çox meyvə ağaclarında, xüsusən də alma, gavalı, şaftalı, qovaq ağaclarında və meşəliklərdə yalançı yastıcılarla (Jecaniidae çincarı) qidalanır.

4-Ləkəli ekzoxomus
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Ranqsız:
Ranqsız:
Tactopoda
???:
4-Ləkəli ekzoxomus
Beynəlxalq elmi adı
  • Exochomus quadripustulatus L., 1758
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  115346
EOL  1174717

Biologiyası

Ən çox meyvə ağaclarında, xüsusən də alma, gavalı, şaftalı, qovaq ağaclarında və meşəliklərdə yalançı yastıcılarla (Jecaniidae çincarı) qidalanır. Böcəklə ən çox yaz aylarından başlamış iyunun sonu və iyulun əvvəllərində rast gəlinir. Bu müddət böcəklərin birinci nəsilvermə dövrü hesab olunur. İsti yay günlərində (30oC-dən artıq) bükülmüş yarpaqların içərisində yay diapauza halı keçirirlər.[1] Qışlamalarını qidalandıqları ağacların günəşə tərəf hissəsində qabığın altında keçirirlər. Böcək özü qara rəngdə olub, qanadüstünlüyünün üzərində 4 kiçik ləkəsi var, qısa tükcüklərlə örtülüb. Baş hissə haşiyəlidir, mürəkkəb-fasetli gözləri aydın görünür, geniş xalına malikdir, qara rəngli olub, 9 buğumdan ibarətdir. Qanadüstünlüyündə çiyninə yaxın hissədə qırmızı sarımtıl, uzunsov ləkələr var. Böyüklüyü 3–5 mm-dir.

Yayılması

Qərbi Avropada, Orta Asiyada və Zaqafqaziyada daha geniş yayılıbdır. Azərbaycanın bütün təbii zonalarında yayılıblar.

Ədəbiyyat

  1. Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A. Mehdiyev, M. M. Seyidli, 40
  2. Ümumi entomologiya I–II hissələr. Ağayev B. İ. Bakı 1979–1981
  3. Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A. M.

İstinadlar

  1. Ümumi entomologiya I–II hissələr. Ağayev B. İ. Bakı 1979–1981
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.