3 bacı. Film haqqında film

3 bacı. Film haqqında film tammetrajlı sənədli filmi rejissor Səyavuş Hüseynli tərəfindən 2014-cü ildə çəkilmişdir. Film "Soy prodakşn"nda istehsal edilmişdir. Film iki il efirlərdə olan, 140 seriyası çəkilən "3 bacı" serialının bitməsi münasibətilə çəkilmişdir.

3 bacı. Film haqqında film
3 bacı. Film haqqında film
Janr sənədli
Rejissorlar Səyavuş Hüseynli[1]
Operatorlar Aydın Şirinsifət
Murad Nəzərli
İstehsalçılar Soy prodakşn
Space televiziyası
İlk baxış tarixi 29 avqust 2014
Filmin növü tammetrajlı sənədli film
Müddət 64 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2014
Rəng rəngli

Məzmun

Film iki il efirlərdə olan, 140 seriyası çəkilən "3 bacı" serialının bitməsi münasibətilə çəkilmişdir. Filmdə serialın baş rol ifaçıları Ülviyyə Əliyeva, Tünzalə Əliyeva[2], Dilarə Əliyeva[1]Əkbər Əlizadə tamaşaçıları çəkiliş yerləri ilə tanış edirlər, çəkiliş məkanlarında baş verən maraqlı məqamlar ilə bağlı öz xatirələrini bölüşürlər. Həmçinin, serialın digər aktyor heyəti, serialın üzərində iki ildir ki, çalışan heyət üzvləri öz fikir və xatirələrini dilə gətirirlər.

Dilarə Əliyeva çəkiliş üçün qurulmuş qızların evini, Maarifin evini, Ülviyyə Əliyeva restoran və kafeni, blokdakı lifti, Tünzalə Əliyeva şirniyyat dükanını, Əkbər Əlizadə isə binanın həyətini tamaşaçılara göstərirlər.

Filmin üzərində işləyənlər

Rejissor: Səyavuş Hüseynli
Operator: Aydın Şirinsifət, Murad Nəzərli

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
2014-cü ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı
3 bacı (film, 2012-2014)

İstinadlar

  1. "'Üç bacı' gəlir — TEZLİKLƏ" (az.). Azxeber.com. 23 oktyabr 2012. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-23.
  2. Nisə Rafiqqızı. "«Plastik əməliyyatdan sonra əsl хoşbəхtliyin nə olduğunu anladım» — Tünzalə Əliyeva" (az.). Olaylar. 17 avqust 2012. 2019-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-23.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.