31 mart soyqırımı (film)
31 mart soyqırımı filmi rejissor Xürrəm Sultan tərəfindən 2014-cü ildə çəkilmişdir. Film İctimai televiziyada istehsal edilmişdir. Film Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan 1918-ci ilin martında erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi qətliamı tarixi faktlarla araşdırır.
31 mart soyqırımı | |
---|---|
31 mart soyqırımı | |
Janr |
sənədli qısametrajlı tarixi |
Rejissor | Xürrəm Sultan |
Prodüser | Əliağa Əliyev |
Ssenari müəllifi | Gülnar Məmmədli |
Operatorlar |
Emin Rəhimov Fərmayıl İsmayılov Manaf Quliyev |
İstehsalçı | "Carçı film" (İctimai televiziya) |
İlk baxış tarixi | 31 mart 2014 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 45 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2014 |
Rəng | rəngli |
Məzmun
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnakstyundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törətdilər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.[1]
Film Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan bu insan qətliamını tarixi faktlarla araşdırır.
Azərbaycanda martın 31-i azərbaycanlıların Soyqırımı Günü qeyd edilir. Azərbaycanlıların soyqırımı 200 il ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən azərbaycanlılara qarşı bir qəddar siyasətdir.[2]
Filmin üzərində işləyənlər
Ssenarist: Gülnar Məmmədli
Rejissor: Xürrəm Sultan
Operator: Emin Rəhimov, Fərmayıl İsmayılov, Manaf Quliyev
Prodüser: Əliağa Əliyev
İstinadlar
- "Mart soyqırımı". 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-06.
- "Azərbaycanlıların Soyqırımı Günü". 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-06.