313 (ədəd)

Üç yüz on üç — say sistemində ədədlərdən biridir. Üç yüz on ikidən sonra, üç yüz on dörddən əvvəl gəlir.

313
üç yüz on üç
 311 · 312 · 313 · 314 · 315 
Faktorizasiya 313 (sadə)
Rum rəqəmi CCCXIII
İkili 100111001
Səkkizlik 471
Onaltılıq 139
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Riyaziyyatda

c=2n-7

Dində

İslam mənbələrində 313 ədədi ilə bağlı bəzi rəvayətlər mövcuddur. Belə ki, tarixi məlumatlara görə, İslam tarixində ilk böyük savaş olan Bədr savaşında müsəlmanların sayı məhz 313 nəfər olmuşdur.

Müsəlmanlar bu döyüşdə sayca özlərindən üç dəfə artıq olan (min nəfər) müşriklərə qalib gəlmişdilər. Bəzi hədislərdə deyilir ki, Həzrət Davud Peyğəmbərin (ə) dövründə Talut adlı Bəni-İsrail hökmdarının başçılığı altında düşmənlərlə döyüşə yollanmış mömin əsgərlərin sayı da bu qədər olmuşdur. Bu hadisə barədə Bəqərə surəsinin 249-252-ci ayələrində məlumat verilir. Həmçinin, İmam Mehdinin (ə) xas (xüsusi) səhabələrinin də sayının 313 olacağı deyilir. Onların böyük əksəriyyəti əcəmlərdən (qeyri-ərəb xalqlardan) olacaq. Bu 313 nəfər İmamın (ə) ilk çağırışı ilə onun ətrafına cəmləşəcək və zühur üçün lazım olan köməyi həzrətə göstərəcəkdir.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.