2 №-li Qayıdış qəsəbəsi

2 №-li Qayıdış qəsəbəsiFüzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 2 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 2 №-li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 2 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[3]

2 №-li Qayıdış qəsəbəsi
39°37′41″ şm. e. 47°37′54″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1 sentyabr 2004
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 960 nəf.
Rəqəmsal identifikatorlar
Telefon kodu 994 26
Nəqliyyat kodu 19
2 №-li Qayıdış qəsəbəsi xəritədə
2 №-li Qayıdış qəsəbəsi
2 №-li Qayıdış qəsəbəsi

Əhalisi

Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.

2 saylı Qayıdış qəsəbəsində 4 şəhid ailəsi, 12 Qarabağ müharibəsi əlili var. 2019-cu ilin sentyabrına olan məlumata görə qəsəbədə 960 nəfər yaşayır.[4]

Təhsil

2 saylı Qayıdış qəsəbəsində 120 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.[5]

Qəsəbədə "Qayıdış qəsəbə 2 № li tam orta məktəb" fəaliyyət göstərir.[6]

Sosial infrastruktur

Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.