26 avqust
26 avqust — Qriqorian təqvimində ilin 238-ci günü. (uzun ildə 239-cu) Bu tarixdə ilin sonuna 127 gün qalır.
Avqust | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
|||||||||||||||||||||||||||||||||||||||||||
2024-cü il |
XX və XXI əsrdə Yuli təqvimi ilə 13 avqust tarixinə uyğun gəlir.[1]
Əhəmiyyətli hadisələr
1600-cü ildən əvvəl
- 55 — Yuli Sezarın Britaniyaya ilk hücumu baş tutub.
- 1071 — Bizans imperiyası ilə Səlcuqlu imperiyası arasında Malazgird döyüşü baş vermişdir.
- 1382 — Toxtamış Moskvanı tutub.
- 1498 — 23 yaşlı Mikelanceloya Romadakı Müqəddəs Pyotr Bazilikasının heykəltəraşlıq qrupu yaratmaq tapşırılıb. ("Pieta" və ya "Məsihin mərsiyəsi")
1601–1900
- 1767 — İspaniya imperiyası Yezuitlər ordenini sıxışdırdığı üçün Çilinin hər yerində yezuitlər həbs olunub.[2]
- 1768 — İngilis səyyahı Ceyms Kukun ilk dünya səyahəti başlayıb.
- 1789 — Fransa Milli Assambleyası Versalda "İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi"ni qəbul edərək, Kontinental Avropada liberal hüquq dövlətinin əsaslarını qoydu.
1901–cari
- 1920 — ABŞ-də ilk dəfə qadınlar səsvermə hüququnu qazanıb.
- 1922 — Türkiyə İstiqlaliyyət Müharibəsi: Mustafa Kamalın komandanlığında Türk Ordusu Qərb Cəbhəsində Yunan Ordusuna qarşı Böyük Hücuma başladı.
- 1936 — Böyük Britaniya Süveyş kanalı istisna olmaqla, Misirə müstəqillik verdi.
- 1936 — BBC kanalında ilk audio televiziya şousu yayımlandı.
- 1957 — Transistor radiosu təqdim edildi.
- 1972 — XX Yay Olimpiya Oyunları Münhendə keçirilib.[3]
Azərbaycana aid hadisələr
- 1918 — Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu və Bolşevik-Daşnak-Bakı Soveti qüvvələri arasında Bakı döyüşü baş vermişdir.[4]
- 2022 — Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Doğumlar
1600-cü ildən əvvəl
- 1596 — V Frederik, Bohemiya kralı
1601–1900
- 1676 — Robert Uolpol, Böyük Britaniyanın 1-ci baş naziri
- 1728 — İohann Lambert, Almaniya riyaziyyatçısı, astronumu və fiziki
- 1743 — Antuan Loran Lavuazye, Fransa kimyaçısı
- 1819 — Albert Saksen-Koburq Saalfeld, Böyük Britaniya prinsi
- 1892 — Seyid Cəfər Pişəvəri, Azərbaycan-sovet siyasətçisi, publisisti və jurnalisti
1901–cari
- 1910 — Tereza Ana, Alban və Hind rahibə
- 1914
- Xulio Kortasar, Argentinalı və Fransız yazıçı
- Fazil Hüsnü Dağlarca, Türkiyə şairi
- 1920 — Prem Tinsulanon, Tayland siyasətçisi
- 1936 — Benedikt Anderson, İngiltərə tədqiqatçısı
- 1941 — Ayşe Kulin, Türkiyə romançısı
- 1949 — Allahşükür Paşazadə, Azərbaycanlı din xadimi
- 1952 — Maykl Ceter, Amerikalı aktyor
- 1953 — Devid Hörli, Avstraliya general-qubernatoru
- 1964 — Mehriban Əliyeva, Azərbaycanlı dövlət xadimi
- 1968 — Nazim Pişyari, Azərbaycanlı müğənni
- 1970 — Melisa Makkarti, Amerikalı aktrisa
- 1971 — Talia, Meksikalı latın pop müğənnisi, bəstəkar və aktrisa
- 1976 — Zemfira, Rus müğənni
- 1980
- Makaley Kalkin, Amerikalı aktyor
- Kris Payn, Amerikalı aktyor
- 1982 — Qamze Özçelik, Türk kino aktrisası və filantrop
- 1987 — Zaur Hüseynov, Azərbaycanlı mayor, Vətən Müharibəsi Qəhrəmanı
- 1990 — Aysultan Nazarbayev, Qazaxıstanlı futbolçu
- 1991
- Dilan O'Brayen, Amerikalı aktyor və rejissor
- Rəvan Lətifov, Azərbaycanlı əsgər
- 1998 — Lətif Məmmədov, Azərbaycanlı əsgər
- 2000 — Pənah Məmmədov, Azərbaycanlı əsgər
Ölümlər
1601–1900
- 1723 — Antoni van Levenhuk, Niderland iş adamı və alimi
- 1850 — I Lui-Filipp, Fransa kralı və general-leytenantı
1901–cari
- 1910 — Vilyam Ceyms, ABŞ filosofu
- 1938 — Cəmşid Naxçıvanski, Azərbaycan hərbi xadimi
- 1971 — Səbihə Sultan, Osmanlı şahzadəsi
- 1974 — Çarlz Lindberq, ABŞ aviatoru
- 1975 — Abbas Əli Çətin, Türkiyə deputatı
- 1978 — Aşıq Pənah, Azərbaycan aşığı
- 1981 — Əşrəf Hüseynov, Azərbaycan riyaziyyatçısı
- 1981 — Arif Babayev, Azərbaycan kinorejissoru
- 1989 — İrvinq Stoun, Azərbaycan yazıçısı
- 2003 — Həsən Məmmədov, Azərbaycan aktyoru
- 2004 — Lora Breniqan, ABŞ müğənnisi
Bayramlar və xüsusi günlər
- Namibiya — Qəhrəmanlar Günü
- Papua-Yeni Qvineya — Tövbə Günü
- Azərbaycan — Laçın şəhəri günü
İstinadlar
- XX və XXI əsrlərdə Qriqorian təqvimi Yuli təqvimindən 13 gün irəlidədir.
- Barros Arana, Diego. Capítulo XI // Historia General de Chile (ispan). VI (2). Santiago, Chile: Editorial Universitaria. 2000 [1886]. səh. 275. 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
- "The Olympics: A Guide to Reference Sources". www.loc.gov. www.loc.gov. 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2022.
- Dadyan, Khatchatur(2006) Armenians and Baku, p. 118
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.