26 Bakı komissarı abidəsi

26 Bakı komissarı abidəsi (rus. Мемориальный комплекс «26 бакинских комиссаров») — 26 Bakı komissarının şərəfinə Bakı şəhərində ucaldılmış abidə kompleksi. Hal-hazırda abidənin yerləşdiyi indiki yerdə Sahil bağı yerləşməkdədir. Abidənin 1968-ci ildə açılışının ardından komissarların cəsədləri abidənin alt hissəsinə köçürülmüşdür. Tikilinin mərkəzində əlində sonsuz alovu simvolizə edən heykəl yerləşməkdə idi. Öldürülən komissarların adları abidənin yanında yerləşən daş lövhənin üzərində qeyd olunmuşdur.

26 Bakı komissarı abidəsi
Ölkə  Azərbaycan SSR
Azərbaycan Azərbaycan
Yerləşir Bakı
Heykəltaraşlar İbrahim Zeynalov
N.Məmmədov
Memarlar Hənifə Ələsgərov
Ələsgər Hüseynov
Tikilib 1968
Vəziyyəti Dağıdılıb
Material qranit, mərmərbeton

Tarixi

Bir neçə ay davam edəcək Bakı Xalq Komissarları Soveti 1918-ci ilin martında yaradıldı. Bakı kommunasının rəhbərləri Türkiyə-Azərbaycan qoşunlarının hücumu ilə əlaqədar şəhəri tərk etməli olur. Onlara qarşı satqınçılıq, hərbi mülkiyyətin qaçırılması, pulların hesabatlarının düzgün aparılmaması kimi iddialar irəli sürülərək menşevik hökuməti tərəfindən hərbi məhkəməyə verilirlər. Lakin 14 sentyabrda onlara azad olunaraq şəhəri tərk etməyə icazə verirlər. Komissarlar "Türkmən" buxar gəmisi ilə Bakını Həştərxan istiqamətində tərk etdilər. Lakin gəminin idarə heyətində olan menşeviklər onları Krosnovodska (indiki Türkmənbaşı) gətirdi və 19 sentyabr 1918-ci il gecəsi edam olundular. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra komissarların qalıqları Krasnovodskda tapıldı və həmin ilin sentyabrında Bakının meydanında dəfn edildi.

26 Bakı komissarı
Baqdasar Avakyan Bakı şəhərinin komendantı
Məşədi Əzizbəyov Bakı quberniyasının komissarı
Tatevos Əmirov kovaler dəstəsinin komandiri
Arsen Əmiryan "Bakı fəhləsi" qəzetinin redaktoru
Meer Basin hərbi-inqilab komitəsinin üzvü
Eyjen Berq matros
Anatoli Boqdanov xidmətçi
Solomon Boqdanov hərbi-inqilab komitəsinin üzvü
Armenak Boryan jurnalist
Mir Həsən Vəzirov torpaqbölmə üzrə xalq komissarı
İvan Qabışev briqada komissarı
Prokofi Caparidze Bakı fəhlə, kəndli, əsgər və matroslar şurasının sədri
Yakov Zevin əmək üzrə xalq komissarı
Mark Korqanov hərbi-inqilab komitəsinin üzvü
Qriqori Korqanov Bakı xalq komitəsinin hərbi-dəniz işləri üzrə komissarı
Aram Kostandyan ərzaq üzrə xalq komissarının müavini
İvan Malıqin Qafqaz ordusunun hərbi-inqilab komitəsinin sədri
İrakli Metaksa Şaumyanın şəxsi cangüdəni
İsay Mişne hərbi-inqilab komitəsinin işçisi
İvan Nokolayşvili Caparidzenin şəxsi cangüdəni
Suren Osepyan "Bakı şurasının xəbərləri" qəzetinin redaktoru
Qriqori Petrov Bakı şəhərinin mərkəzi hərbi hakimiyyətinin sədri, qırmızı dəstənin komandiri
Vladimir Poluxin hərbi-dəniz işləri üzrə komissar
Fyodr Solntsev hərbi işçi
İvan Fioletov xalq təsərrüfatı şurasının sədri
Stepan Şaumyan Qafqaz üzrə fövqəladə komissar, Bakı xalq komissarları şurasının sədri

1925-ci ildə heykəltaraş E.Tripolskayanın və memar İ.Paleviçin əsəri olan "Bakıda 26 komissarın məzarı üzərində abidə"-si qoyulmuşdur. Dairəvi bir dəfn yeri düzəldən xəyali bir meydanın künclərində 4 ədəd büst var idi: Stepan Şaumyan, Məşədi Əzizbəyov, İvan FioletovProkofi Caparidze. Bağın perimetri üzərində bir lövbər zənciri ilə bağlanmış daş kublar vardı. Meydanın girişi hasarın küplərinə doğru bir yamac ilə iki daş sütundan düzəldilmişdir.

1958-ci ildə ölümün 40-cı ildönümü münasibətilə Sergey Merkurov tərəfindən Bakının mərkəzində 26 Bakı komissarı adına parkda "26 Bakı komissarının güllələnməsi" yüksək relyef açılmışdır (1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi zamanı məhv edilmişdir). Daha sonra parkın mərkəzində Stepan Erzya tərəfindən hazırlanmış bir heykəl qoyulmuşdur — "Yer üzərində çalışan" — Dünyanı dolaşan zəncirləri parçalayan bir işçinin abidəsi (2009-cu ildə Qara şəhərin Nobel prospektinə köçürüldü, 2013-cü ilin may ayında Ağ Şəhər layihəsi çərçivəsində Dövlət Neft Şirkətinin ofisi inşa edilərkən söküldü və M.Əliyev və R.Rüstəmov küçələrinin kəsişməsinə köçürüldü)

Sökülməsi

2009-cu ilin yanvar ayında Bakı Şəhər İcra Hakimiyyəti Bakının mərkəzi Sahil bağında parkın yenidən qurulması və onun altında avtomobil dayanacağının tikilməsi ilə əlaqədar, bu ərazidə yerləşən 26 Bakı komissarı abidəsinin sökülməsi barədə qərar qəbul edib. Qazıntılar zamanı 26 yox, 21 nəfərin qalıqları aşkar olunmuşdur.[1] Erməni komissar Stepan Şaumyanın və digər dörd erməni komissar, Tatevos Əmirov, Bağdasar Avakyan, Armenak Boriyan və Aram Kostandyanın cəsədi məzarda tapılmadı. Rusiyada nəşr olunan "Kommersant" qəzeti, 5 cəsədin İngilislər tərəfindən Hindistana qaçırıldığını iddia etdi.[2] Bu isə öz növbəsində sovet dövründən sirli qalmış "26 Bakı komissarının güllələnməsi" hadisəsini daha da müəmmalı edir.[3]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.