250 manatlıq əsginas

250 manatlıq əsginasAzərbaycanda 1992-2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Cəmi 1 dəfə (1992-ci ildə) dövriyyəyə buraxılmışdır.

250 manat
Ölkə Azərbaycan Azərbaycan
Dəyər 250 manat
Eni 125 mm
Uzunluğu 63 mm
Nəşr illəri 1992
Ön tərəf
Ön tərəf
Arxa tərəf
Arxa tərəf

Tarixi

250 manatlıq əsginaslar yalnız bir dəfə – 1992-ci ilin avqust ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Belə ki, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun prezidentliyi dövründə başlanılmış, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır ki, həmin əsginaslardan biri də 250 manatlıq əsginas idi. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir[1][2]. 250 manatlıq əsginasın eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir[3][4]. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir[4].

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır[5].

Təsviri

Əsginasın üzərində təsvir olunmuş Qız qalasının real vəziyyəti

Əsginas sadə dizayna malik olmuş[6], ön tərəfində Qız qalası təsvir olunmuşdur. Əsginasların arxa tərəfi isə milli ornamentlərlə haşiyələnmiş və üzərində "Azərbaycan Milli Bankı" sözləri çap olunmuşdur[6].

Ölçüləri

250 manatlıq əsginasın ölçüləri 125×63 mm idi[7].

Mühafizə elementləri

Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. Bu əsginasda su nişanı - üç alov təsvir olunmuşdu[8].

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

  • cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı
  • Pul. preslib.az  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.