21-ci ilin payızı (film, 2011)
21-ci ilin payızı — qısametrajlı sənədli filmi rejissor Tahir Əliyev tərəfindən 2011-ci ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan arasında imzalanan Qars müqaviləsinin[2] 90 illiyinə həsr olunub. 2012-ci ildə Türkiyənin Qars şəhərində filmə görə rejissor Tahir Əliyevə Qars Qafqaz Universitetinin diplomu verilmişdir.
21-ci ilin payızı | |
---|---|
Janr |
sənədli qısametrajlı tarixi |
Rejissor | Tahir Əliyev[1] |
Ssenari müəllifləri |
İlham Tumas Hacalı Nəcəfoğlu |
Operator | Elxan Rüstəmov |
Bəstəkar | Azər Hacıəsgərli |
İstehsalçı | "Salnamə" sənədli filmlər studiyası[1] |
İlk baxış tarixi | 2011 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 30 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2011[1] |
Rəng | rəngli |
Məzmun
Film Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanmış olan Qars sülh müqaviləsindən[3] bəhs edir. Film Qars müqaviləsinin imzalanmasının 90 illiyinə həsr olunub.
Mükafat
2012-ci ildə Türkiyənin Qars şəhərində filmə görə rejissor Tahir Əliyevə Qars Qafqaz Universitetinin diplomu verilmişdir.
Filmin üzərində işləyənlər
Ssenarist: İlham Tumas, Hacalı Nəcəfoğlu
Rejissor: Tahir Əliyev
Operator: Elxan Rüstəmov
Bəstəkar: Azər Hacıəsgərli
İstinadlar
- "21-ci ilin payızı". 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-05.
- Qars müqaviləsi – tarixin zərurəti
- "Qars müqaviləsi". 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-19.