20 Yanvar metrostansiyası
20 yanvar metrostansiyası — Bakı metrosunun ikinci (Yaşıl) xəttində olan stansiyası. "İnşaatçılar" və "Memar Əcəmi" stansiyaları arasında yerləşir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda baş vermiş qanlı hadisənin şərəfinə adlandırılıb. Əvvəllər stansiya "11-ci Qızıl Ordu Meydanı" adlanırdı. Stansiyaya daxil olan qatarlarda Bayatı-Şirazdan fraqment səslənir.
20 Yanvar metrostansiyası | ||||
---|---|---|---|---|
2-ci xətt | ||||
Bakı metrosu | ||||
Rayon | Yasamal | |||
Açılış tarixi | 31 dekabr 1985 | |||
Keçmiş adları | 11-ci Qızıl Ordu Meydanı | |||
İnşaat tipi | Yeraltı | |||
Platformaların sayı | 1 | |||
Çıxdığı küçələr | Tbilisi prospekti, Moskva prospekti, Həsən bəy Zərdabi küçəsi, Müzəffər Həsənov küçəsi | |||
Nəqliyyat | 2, 7A, 7B, 9, 13, 14, 18, 29, 37, 61, 65, 67, 79, 83, 92, 102, 114A, 114B, 119, 130, 159, 165, 193, 194, 199, 205, 211 nömrəli avtobuslar | |||
İş rejimi | 06:00—00:00 | |||
Metropoliten xətti | Yaşıl xətt | |||
Qonşu stansiyalar | Memar Əcəmi, İnşaatçılar | |||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
|
Stansiya 1985-ci il dekabrın 31-də "Elmlər Akademiyası" — "Memar Əcəmi" 9 kilometrlik buraxıcı hissəsinin tərkibində açılıb. Stansiyanın tərtibatı əsasən 20 Yanvar hadisələrinə həsr olunub.
Yeraltı keçidlər şəhərin Tbilisi prospektinə çıxır.
Həmçinin bax
Xarici keçidlər
Vikianbarda 20 Yanvar metrostansiyası ilə əlaqəli mediafayllar var.
- Bakı Metropolitenin rəsmi saytı metro.gov.az
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.