20 noyabr
20 noyabr — Qriqorian təqvimində ilin 324-cü günü. (uzun ildə 325-ci) Bu tarixdə ilin sonuna 41 gün qalır.
Noyabr | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
|||||||||||||||||||||||||||||||||||||||||||
2024-cü il |
XX və XXI əsrdə Yuli təqvimi ilə 7 noyabr tarixinə uyğun gəlir.[1]
Əhəmiyyətli hadisələr
1600-cü ildən əvvəl
- 284 — Diokletian Roma imperatoru seçilib.[2]
1901–cari
- 1985 — Microsoft tərəfindən hazırlanmış ilk qrafik fərdi kompüter əməliyyat sistemi olan Microsoft Windows 1.0 buraxılıb.[3]
Azərbaycana aid hadisələr
- 1975 — Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyi açılıb.[4]
- 1991 — Qarabağ müharibəsi: Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycana məxsus hərbi helikopter Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulub.[5]
- 1995 — Azərbaycan və Litva arasında diplomatik əlaqələr qurulmuşdur.[6]
- 1998 — Azərbaycan Fotoqraflar Birliyi təsis edilib.[7]
- 2020 — Ağdam rayonu Azərbaycana rəsmi olaraq geri qaytarılmışdır.[8]
Doğumlar
1601–1900
- 1752 — Tomas Çatterton, İngiltərə şairi
- 1761 — VIII Piy, Roma papası
- 1858 — Selma Lagerlöf, İsveç yazıçısı
1901–cari
- 1911 — İzzət Seyidova, Azərbaycan teatr rəssamı
- 1917 — Robert Berd, ABŞ senatoru
- 1925 — Robert Kennedi, ABŞ senatoru
- 1930 — Gündüz Abbasov, Azərbaycan aktyoru
- 1935 — Qədir Rüstəmov, Azərbaycan xanəndəsi
- 1942 — Co Bayden, ABŞ prezidenti
- 1949 — Əli Mirəliyev, Azərbaycan müğənnisi
- 1960 — Gültəkin Əsgərova, Azərbaycan həkimi, Azərbaycanın Milli Qəhrəmanı
- 1967 — Teoman, Türkiyə müğənnisi
- 1973 — Murad Adıgözəlzadə, Azərbaycan pianoçusu
- 1991 — Elvin Rəhimov, Azərbaycan baş leytenantı
- 1992 — Amit Quluzadə, Azərbaycan futbolçusu
- 1999 — Səid Bayramov, Azərbaycan əsgəri
Ölümlər
1901–cari
- 1910 — Lev Tolstoy, Rusiya yazıçısı
- 1975 — Fransisko Franko, İspaniya baş naziri və generalı
- 1991
- Alı Mustafayev, Azərbaycan jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı
- Arif Hüseynzadə, Azərbaycan işıqçısı, Azərbaycanın Milli Qəhrəmanı
- Fəxrəddin Şahbazov, Azərbaycan jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı
- İsmət Qayıbov, Azərbaycan prokuroru
- Qurban Namazəliyev, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı nazirinin 1-ci müavini
- Məhəmməd Əsədov, Azərbaycan dövlət xadimi və polis general-mayoru
- Osman Mirzəyev, Azərbaycan jurnalisti
- Saylau Serikov, Qazaxıstan dövlət xadimi və polis polkovniki
- Tofiq İsmayılov, Azərbaycan dövlət xadimi
- Vaqif Cəfərov, Azərbaycan deputatı
- Vəli Məmmədov, Azərbaycan deputatı
- Zülfü Hacıyev, Azərbaycan deputatı
- 2020 — Hikmət Hacızadə, Azərbaycan diplomatı
Bayramlar və xüsusi günlər
- Ümumdünya Uşaqlar Günü
- Argentina — Milli Suverenlik Günü
- Meksika — İnqilab Günü
- Vyetnam — Müəllim Günü
- Azərbaycan — Ağdam şəhəri günü
İstinadlar
- XX və XXI əsrlərdə Qriqorian təqvimi Yuli təqvimindən 13 gün irəlidədir.
- David Potter. Constantine the Emperor. Oxford University Press. 2015. 307. ISBN 978-0-19-023162-0. 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-30.
- Adda247 Publications. Computer Aptitude For Banking and Insurance eBook (English Printed). Adda247 Publications. 44. 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-30.
- "Uzeyir Hajibeyov's musical world". 2017-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-03.
- de Vaal, Tomas. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. İlay MMC. 2008. 331. ISBN 978-9952-25-086-2. (#accessdate_missing_url)
- "Azərbaycan Respublikası və Litva Respublikası arasında münasibətlər". mfa.gov.az. 2022-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2022.
- "Azərbaycan Fotoqraflar Birliyinin 20 illiyinə həsr olunan fotosərginin açılışı keçirildi". mct.gov.az. 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2022.
- "İkinci Qarabağ müharibəsi - əsas hadisələrin xronologiyası". www.bbc.com. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.