2020 Avroviziya Uşaq Mahnı Müsabiqəsi

2020 Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest 2020) — sayca ənənəvi 18-ci Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 29 noyabr 2020-ci il tarixində "Move the world" devizi altında Polşanın Varşava şəhərində keçiriləcək. Bu Polşanın Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ikinci ev sahibliyi olacaq. Müsabiqəyə İda Novakovska, Malqorzata Tomasevska və Rafal Brzozovski 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsinədəki qələbədən sonra ev sahibliyi edəcək.

2020 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
"Move the world"
"Dünyanı hərəkət etdir"

Final 29 noyabr 2020
Aparıcı(lar) İda Novakovska

Malqorzata Tomasevska
Rafal Brzozovski

Direktor Martin Österdal
Kanal Polşa TVP
Keçirilən yer Varşava, Polşa
Qalib mahnı "J'imagine"
Seçki sistemi 50% peşəkar münsif səsverməsi
50% onlayn səsvermə
İştirakçıların sayı 12
İlk dəfə iştirak edən ölkələr Almaniya Almaniya
İştirakdan imtina edən ölkələr Albaniya Albaniya
Avstraliya Avstraliya
Ermənistan Ermənistan
İrlandiya İrlandiya
İtaliya İtaliya
Şimali Makedoniya Şimali Makedoniya
Portuqaliya Portuqaliya
Uels Uels
Avroviziya Uşaq Mahnı Müsabiqəsi
◄ 20192021 ►

8 sentyabr 2020-ci il tarixdə Avropa Yayım İttifaqı ümumilikdə 13 ölkənin Varşavada keçirilən müsabiqədə iştirak edəcəyini təsdiqlədi. Bu ölkələrdən Almaniya müsabiqədə ilk dəfə iştirak edəcək. 2019-cu ildə müsabiqədə iştirak etmiş Albaniya, Avstraliya, İrlandiya, İtaliya, Şimali Makedoniya, Portuqaliya, Uels isə yarışmada iştirakdan imtina etmişdir.

Fransa təmsilçisi Valentina "J'imagine" mahnısı ilə müsabiqənin qalibi oldu. Bu, Fransanın Avroviziyalarda 1989 Avroviziya Gənc Rəqqaslar Müsabiqəsindən sonrakı ilk qələbəsi idi. Qazaxıstan, İspaniya və Niderland ardıcıl iki il olaraq sırasıyla ikinci, üçüncü və dördüncü yeri tutdu, Almaniya isə debütünü sonuncu olaraq tamamladı.

Keçirildiyi yer

2020 Avroviziya Uşaq Mahnı Müsabiqəsi Viki Qaborun "Superhero" mahnısı ilə Qlivitsedə 2019-cu ilki müsabiqəni qazanmasında sonra Polşanın Varşava şəhərində yerləşən və ölkənin müsabiqədəki rəsmi yayımçısı olan TVP-in 5-ci studiyasında keçiriləcək. COVİD-19 pandemiyası səbəbindən müsabiqə ləğv olunduğu üçün iştirak edən bütün ölkələr mahnılarını ölkələrindəki studiyadan səsləndiriləcək. Bu, Varşavada keçiriləcək üçüncü Avroviziya hadisəsi olacaq (1994 Avroviziya Gənc Musiqiçilər Müsabiqəsi və 2005 Avroviziya Gənc Rəqqasələr Müsabiqəsi).

COVİD-19 pandemiyası səbəbi ilə 2020 Avroviziya Mahnı Müsabiqəsi ləğv edildikdən sonra müsabiqə üzərində iş qeyri-müəyyən müddətə dayandırıldı. 16 May 2020-ci il tarixində Avroviziya: Avropa, işıq saçın yayımı zamanı 2020 Avroviziya Uşaq Mahnı Müsabiqənin 29 noyabrda Varşavadakı studiyaların birində baş tutacağı təsdiqlədi. 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi Viki Qabor yayım zamanı yarışın loqosunu və şüarını da təqdim etdi.

7 oktyabrda Rafal Brjozovski müsabiqənin TVP-nin Varşavadakı qərargahındakı 5-ci studiyada baş tutacağını açıqladı.

    Ev sahibi məkan

Şəhər Arena Tutum
Xarkov Tauron Arena 22 000
Varşava ATM Studiya 1 300
Transkolor studiya
TVP; 5-ci studiya

Formatı

Vizual dizayn

Yarışmasının şüarı olan #MoveTheWorld! 16 May 2020-ci il tarixində 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsi qalibi Viki Qabor tərəfindən Avroviziya: Avropa, işıq saç teleşousunun yayımı zamanı elan edildi.

“Şüarın arxa planındakı yaradıcılıq konsepsiyası ondan ibarətdir ki, uşaq olduğumuz zaman bütün vacib işlərin məşhur insanlar tərəfindən edildiyinə səhvən inanırıq: alimlər, astronavtlar, idmançılar və aktyorlar. Onlara çevrilmək istəyirik, çünki gözümüzün önündə onların belə böyük işləri gördüyünü görürük, amma bu belə deyil: dünyada hər gün milyonlarla insan gündəlik vəzifələrini bacarıq və qayğı ilə yerinə yetirir. Biz birlikdə həqiqətən də dünyanı hərəkətə gətirə bilərik. Bu ilki şüar birlikdə sahibi olduğumuz gücə həsr olunub."

Yeni icraçı direktor

2020-ci ilin yanvar ayında AYB Martin Österdalın Yon Ola Sandın yerinə 2020-ci ildən sonra Avroviziya Mahnı Müsabiqəsinin yeni icraçı direktoru olacağını açıqladı. Bundan əvvəl Österdal 2013 və 2016-cı illərdə Avroviziya Mahnı Müsabiqəsində yarışmanın icraçı prodüseri, 2012 və 2018-ci illər arasında isə Avroviziya Mahnı Müsabiqəsi referans qrupunun üzvü olmuşdu.

Çıxışlar

Hər bir ifaçının öz ölkəsindəki televiziya studiyasından çıxış edərək, yarışmanın məsafəli təşkil ediləcəyi ilk müsabiqə olacaqdır. Yarışmaya şəffaflıq vermək üçün on iki ifaçı oxşar ssenari və eyni texniki avadanlıqlardan istifadə edərək iştirakçıların hər birinə bərabər şərait yaratmağı öhdələrinə götürdülər. Açılış mərasimi, interval aktları və səsvermə Varşavadan canlı yayımlanacaq.

Performanslarını məsafəli təqdim edəcək iştirakçılar arasında Belarus, Fransa, Qazaxıstan, Niderland və İspaniya yer alır. Digər iştirakçılar isə çıxışlarını əvvəlcədən lentə almaq üçün Polşaya getdilər.

Səsvermə

Nəticələr 50% onlayn səsvermə və 50% münsif səsverməsi ilə təyin ediləcəyi 2017-ci ildən bəri tətbiq olunan eyni səsvermə sistemi vasitəsilə hesablanacaq. Onlayn səsvermə iki mərhələdən ibarətdir. Onlayn səsvermənin ilk mərhələsi 27 noyabr-29 noyabr tarixləri arasında, şou başlamazdan bir dəqiqə əvvələ qədər davam edəcək. Onlayn səsvermənin ikinci mərhələsi canlı şou zamanı baş tutacaq və son ifadan sonra başlayacaq və 15 dəqiqə müddətində açıq elan ediləcək. İzləyicilər üç ölkəyə səs verə bilər. İzləyicilər öz ölkələrinin mahnısına da səs verə bilərlər.

Xalların digər yarısı hər iştirakçı ölkədən milli münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcəkdir. Təhlükəsizlik tədbirləri səbəbiylə, 2012-ci ildən bəri ilk dəfə xalları açıqlayan şəxslər balları arenada deyil, öz ölkələrindən elan edəcəklər.

Aparıcılar

7 oktyabr 2020-ci il tarixində İda Novakovska, Rafal Brzozovski və Malqorzata Tomasevskanın yarışmaya ev sahibliyi edəcəyi açıqlandı. Nowakowska ardıcıl iki dəfə bu yarışmaya ev sahibliyi edən ilk şəxsdir. Rafal Polşalı müğənni və teleaparıcıdır, Tomaszewska isə The Voice of Poland teleşousuna aparıcılıq edib.

14 noyabr 2020-ci il tarixində jurnalist və teleaparıcı Mateu Simkoviak 23 noyabrda Varşavada təşkil edilən Açılış Mərasiminin aparıcısı olaraq təsdiqləndi. Bununla da o, Açılış Mərasiminə ardıcıl iki dəfə ev sahibliyi edən ilk şəxsdir.

Açılış Mərasimi və interval aktlar

27 noyabr 2020-ci il tarixində müsabiqədən iki gün əvvəl TVP və AYB müsabiqədə 2019 qalibi Viki Qaborun şou əsnasında iki mahnı oxuyacağını açıqladı: "Superhero" və Avroviziya Mahnı Müsabiqəsi 2019-un qalib mahnısı "Arcade". Viki "Arcade"-i Dankan Lourens və Roksana Vegel ilə birlikdə ifa edəcək. Alisiya Szemplinska ləğv olunmuş Avroviziya Mahnı Müsabiqəsi 2020-də ifa etməli olduğu "Empires" mahnısını ifa edəcək.

Mükafat

Mükafatı İsveç şüşə şirkəti Kosta Boda-dan Kyel Enqman 2017-ci il müsabiqəsində ilk dəfə təqdim olunan dizayndan istifadə edərək hazırladı. Əsas mükafat səs axışını simvolizə edən üst hissənin içərisində rəngli xətləri olan şüşə mikrofondur.

İştirakçılar

8 sentyabr 2020-ci il tarixində AYB Almaniyanın debüt edəcəyini, Albaniya, Avstraliya, İrlandiya, Şimali Makedoniya, Portuqaliya və Uelsin isə 2019-cu ildən sonra müsabiqəyə geri dönməyəcəyini açıqladı. Bu, 2013-cü ildə bəri iştirakını təsdiqləyən ölkə sayının ən az olduğu ildir. 2013-cü ildə on iki ölkə müsabiqədə iştirak etmişdir. AYB siyahının yekun olmadığını və hələ də yarışmada iştirak etmək istəyən ölkələr üçün açıq olduğunu bildirdi.

Ermənistanın əvvəlcə iştirakçı ölkə kimi təsdiqlənməsinə baxmayaraq, 5 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağda davam edən müharibə səbəbindən Ermənistan müsabiqəsindən geri çəkildi, nəticədə iştirakçı ölkələrin sayı 12-yə endirildi.

Digər ölkələr

  • Albaniya Albaniya: Albaniya AYB tərəfindən 8 sentyabr 2020-ci il tarixində dərc olunan iştirakçılar siyahısında göstərilmədi. RTSH daha sonra COVİD-19 pandemiyasının yaratdığı vəziyyətə görə geri çəkildiyini açıqladı.
  • Avstraliya Avstraliya: 2020-ci ilin iyul ayında Avstraliya Milli Yayım Şirkəti SBS COVİD-19 ilə əlaqədar məhdudiyyətlər və narahatlıqlar səbəbiylə 2020 müsabiqəsində iştirakdan imtina etdi.
  • Bolqarıstan Bolqarıstan: 2019-cu ilin dekabrında Bolqarıstan Milli Televiziyası Avroviziyada iştirakını gücləndirdiyindən müsabiqəyə qayıtmaq niyyətində olmadıqlarını açıqladı. 2020-ci ilin iyul ayında yayımçının 2021-ci ildə yenidən yarışmaya qayıtmağı ümid etdiyini və 2020-ci ildə yenidən yarışmaya qayıtma ehtimalını tamamilə istisna etmədiklərini bildirildi. Bolqarıstan AYB tərəfindən 8 sentyabr 2020-ci il tarixində dərc olunan iştirakçılar siyahısında göstərilmədi.
  • Ermənistan Ermənistan: Ermənistan AYB-in 8 sentyabr 2020-ci il tarixində açıqladığı iştirakçı ölkələrin siyahısına daxil edildi. Lakin 5 noyabr 2020-ci il tarixində Ermənistan Dağlıq Qarabağda davam edən müharibə səbəbindən ölkədə tətbiq olunan hərbi vəziyyətə istinad edərək yarışmadan geri çəkildiyini açıqladı. İnstaqramda Ermənistan nümayəndə heyətinin rəhbəri David Tserunyan Malena Foksun bu il Ermənistanı təmsil etmək üçün daxili yolla seçildiyini bildirdi.
  • İrlandiya İrlandiya: Müsabiqədə iştirakını 2020-ci ilin yanvarında təsdiqləməsinə baxmayaraq, 2020-ci ilin avqustunda TG4 İrlandiyanın COVİD-19 pandemiyasının yaratdığı vəziyyətə görə 2020 müsabiqəsinə qatılmayacağını açıqladı.
  • İslandiya İslandiya: 2019-cu ilin dekabrında İslandiyanın Avroviziya nümayəndə heyətinin rəhbəri Feliks Berqson müsabiqədəki mümkün debüt ilə bağlı hələ bir qərar verilmədiyini açıqladı. İslandiya 8 sentyabr 2020-ci il tarixində AYB tərəfindən açıqlanan iştirakçılar siyahısında göstərilmədi.
  • İsveç İsveç: 2020-ci ilin yanvarında SVT rəhbəri Səfa Səfiyari, İsveç Televiziyasının yarışmaya qayıtmağı planlaşdırmadığını açıqladı. Buna baxmayaraq, kanal gələcəkdə iştirakını istisna etməyib. İsveç son dəfə 2014-cü ildə iştirak edib.
  • İtaliya İtaliya: Rai Gulp 4 noyabr 2019-cu il tarixində Instagram hekayəsində 2020 yarışmasına qatılacağını bildirdi; 2020-ci ilin iyul ayında iştirak etmək üçün hələ qərar vermədiklərini elan etdi. AYB tərəfindən 8 sentyabr 2020-ci il tarixində yayımlanan iştirakçılar siyahısında İtaliya elan olunmadı.
  • Portuqaliya Portuqaliya: Portuqaliya Televiziyası 2020-ci ilin avqust ayında müsabiqəyə qatılacağını təsdiqləməsinə baxmayaraq, Portuqaliya 8 sentyabr 2020-ci ildə AYB tərəfindən yayımlanan siyahıda göstərilmədi. RTP daha sonra COVİD-19 pandemiyasının yaratdığı vəziyyətə görə iştirakdan imtina etdiyini bildirdi.
  • Şimali Makedoniya Şimali Makedoniya: 2020-ci ilin iyul ayında Makedoniya Radyo-Televiziyası Şimali Makedoniyanın COVİD-19 pandemiyasının yaratdığı vəziyyət səbəbiylə 2020 müsabiqəsinə qatılmayacağını açıqladı.
  • Şotlandiya Şotlandiya: 2019-cu ilin iyun ayında BBC Alba 2020-ci ildə iştirak etməsini təmin edəcək danışıqların aparıldığını açıqladı. 2020-ci ilin aprelində yayım şirkəti 2020 yarışmasında debüt etmək fikrində olmadığını bildirdi.
  • Uels Uels: 2020-ci ilin aprel ayında Uels Yayım Şirkəti S4C və icraçı şirkəti Rondo Media, davam edən COVİD-19 pandemiyasının yaratdığı vəziyyətə görə Uşaq Avroviziyasına qatılma qərarını dayandırdığı bildirildi. 14 iyul 2020-ci ildə Uelsin 2021-ci ildə geri dönmək ümidi ilə pandemiya səbəbiylə 2020-ci ildə iştirak etməyəcəyi təsdiqləndi.
  • Yunanıstan Yunanıstan: 2020-ci ilin iyununda Yunan Yayım Şirkəti ERT 2020-ci ildə yenidən yarışmaya qayıtmağı ciddi şəkildə düşündüyü bildirildi. Ancaq bir neçə həftə sonra yayımçının 2020-ci ildə yenidən yarışmaya qayıtmamaq qərarına gəldiyi açıqlandı. Son dəfə Yunanıstan 2008-ci ildə müsabiqədə iştirak edib.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.