2020 Avroviziya Mahnı Müsabiqəsi

2020 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2020; fr. Concours Eurovision de la chanson 2020) — sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsi olmalı idi. Dankan Lourensin ifa etdiyi "Arcade" mahnısı ilə 2019 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2020-ci ildə Niderland 40 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Niderlandın Rotterdam şəhərində, Rotterdam Ahoy kompleksində "Open Up" (azərb. Açılış) şüarı altında keçirilməli idi. 1958, 1970, 19761980-ci ildən sonra bu Niderlandda keçirilən beşinci Avroviziya müsabiqəsi olmalı idi. Müsabiqəyə Şantal Cansen, Edsiliya Rombli və Can Smit aparıcılıq etməli idi.

2020 Avroviziya Mahnı Müsabiqəsi
"Open Up"
"azərb. Açılış"
I yarımfinal 12 may 2020 ( ləğv edildi )
II yarımfinal 14 may 2020 ( ləğv edildi )
Final 16 may 2020 ( ləğv edildi )
Aparıcı(lar) Şantal Cansen
Edsiliya Rombli
Can Smit
Direktor Yon Ola Sand
Kanal Niderland AVROTROS
Niderland NPO
Niderland NOS
Keçirilən yer Rotterdam Ahoy, Rotterdam, Niderland
Seçki sistemi 50% telesəsvermə
50% münsif səsverməsi
İştirakçıların sayı 41
İlk dəfə iştirak edən ölkələr Olmayıb
Yenidən iştirak edən ölkələr Bolqarıstan Bolqarıstan
Ukrayna Ukrayna
İştirakdan imtina edən ölkələr Macarıstan Macarıstan
Monteneqro Monteneqro
Avroviziya Mahnı Müsabiqəsi
◄ 20192021 ►

13 noyabr 2019-cu il tarixdə Avropa Yayım İttifaqı Avroviziya 2020-də 41 ölkənin iştirak edəcəyini təsdiqləmişdir.[1] 2019-cu ildə keçirdiyi milli seçim turunda baş verən qalmaqalın ardınca müsabiqədən son anda çıxmaq məcburiyyətində qalan Ukrayna və maliyyə problemləri səbəbindən müsabiqədə iştirakdan imtina edən Bolqarıstan bir illik fasilədən sonra müsabiqəyə geri dönəcək. Ötən il Avroviziyada iştirak edən MacarıstanMonteneqro isə 2020-ci ildə müsabiqəyə qatılmayacaq. Avroviziya 2020 Yon Ola Sandın direktorluq etdiyi son müsabiqə olacaqdı. Müsabiqə COVID-19 koronavirus pandemiyası səbəbi ilə ləğv olundu.

Keçirildiyi yer

Rotterdam Ahoy

Dankan Lourensin ifa etdiyi "Arcade" mahnısı ilə 2019 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2020-ci ildə Niderland 40 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə üçün hazırlıqlar qalibiyyətin yaşandığı gecə etibarı ilə başlanmışdır. Müsabiqə 1950-ci ildə tikilmiş və 2018-ci ildəki yenidən təmiredilmə prosesindən sonra 16,500 nəfəri qəbul edə biləcək olan Rotterdam Ahoy kompleksində keçiriləcək. Niderlandınn Rotterdam şəhərində yerləşən kompleks bir çox beynəlxalq hadisələrə ev sahibliyi etmişdir.

Tender mərhələsi

Niderlandın baş naziri Mark Ruttenin söylədiyinə görə Niderlandın Avroviziya 2019-dakı qələbəsindən bir neçə saat sonra bir çox şəhər merləri müsabiqəyə ev sahibliyi etmək üçün öz namizədliklərini irəli sürmüşdürlər.[2]

AVROTROS və NPO telekanalları 29 may tarixində müsabiqəyə ev sahibliyi edəcək şəhərin seçilməsi üçün təkliflər prosesini başlatmışdır. İlkin mərhələdə qaydalar çərçivəsində doqquz şəhər (Amsterdam, Arnem, Breda, Haaqa, Hertoqenbos, Leuvarden, Maastrixt, Rotterdam və Utrext) öz namizədliyini irəli sürmüşdür.[3][4] 12 iyunda namizəd şəhərlərə müsabiqənin keçiriləcəyi məkan üçün tələb olunan meyarlar təqdim olunmuşdur.

Bu doqquz namizəd şəhərdən 10 iyuladək ev sahibliyi üçün lazım olan bacarıqlarını nümayiş etdirmiləri üçün namizədlik kitabçaları hazırlamaları tələb olunmuşdur. Lakin bunun ardınca paytaxt Amsterdam müsabiqənin keçiriləcəyi müddət ərzində nəzərdə tutulmuş arenada digər mərasimlərin baş tutacağını nəzərə alaraq, namizədlik təklifini geri çəkmişdir.[5] Eyni zamanda Bredanın maliyyə çətinlikləri ilə bağlı olaraq, Leuvarden və Haaqanın isə nəzərdə tutduqları arenaların müsabiqəyə uyğun olmadıqları üçün namizədlikləri qüvvədən düşmüşdür.[6][7][8] Haaqa meri Rotterdam şəhərinə dəstək olduğunu bildirmişdir.[8]

10 iyulda geriyə qalan beş namizəd şəhər (Arnem, Hertoqenbos, Maastrixt, Rotterdam və Utrext) Hilversum şəhərində baş tutan mərasimdə öz namizədlik kitabçalarını təqdim etmişdirlər.[9] AVROTROS və NPO təklifləri incələdikdən sonra 16 iyulda Arnem, Hertoqenbos və Utrexti namizədlər siyahısından çıxararaq, Maastrixt və Rotterdamı əsas namizədlər olaraq elan etmişdirlər.[10] 30 avqust tarixində NPO 1 və AYİ Rotterdamın 2020 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyini rəsmi olaraq təsdiqləmişdir.

Şəhər Arena Tutum Qeyd
Arnem GelreDome 34,000 UEFA Avro 2000-yə ev sahibliyi edib.
Hertoqenbos Brabanthallen 's-Hertogenbosch 11,000
Maastrixt MECC Maastricht 20,000
Rotterdam Ahoy Rotterdam 15,818 2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə, 2000, 2001 və 2003-cü illərdə isə Niderlandın Avroviziya seçim turlarına ev sahibliyi edib. . 1997 və 2016 MTV Avropa Musiqi mükafatları mərasimləri bu məkanda keçirilib.
Utrext Jaarbeurs 11,000 1974 və 1975-ci illərdə Niderlandın Avroviziya seçim turları burada keçirilib.

İştirakçı ölkələr

41 ölkənin iştirak etdiyi Avroviziya 2020 otuz beş ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (birinci yarımfinalda on yeddi, ikinci yarımfinalda on səkkiz ölkə) və iyirmi altı ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunacaqdır. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi Niderland müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanacaqlar.

1-ci yarımfinal

12 may tarixində baş tutacaq yarımfinal mərhələsində 17 ölkə iştirak edəcək. Bu yarımfinalda iştirak edəcək bütün ölkələr və eyni zamanda Almaniya, İtaliya və Niderland səsvermədə iştirak edəcək.

Ölkə[1] Dil Müğənni Mahnı Tərcümə
İlk hissə
Avstraliya Avstraliya İngiliscə Monten Don't Break Me Məni qırma
Belarus Belarus Belarusca VAL Da Vidna Sübhədək
İrlandiya İrlandiya İngiliscə Lesli Roy Story Of My Life Mənim həyat hekayəm
İsveç İsveç İngiliscə The Mamas Move Hərəkət
Litva Litva İngiliscə The Roop On Fire Alov üstündə
Rusiya Rusiya İngiliscə,İspanca Little Big Uno Bir
Sloveniya Sloveniya Slovencə Ana Sokliç Voda Su
Şimali Makedoniya Şimali Makedoniya İngiliscə Vasil You Sən
İkinci hissə
Azərbaycan Azərbaycan İngiliscə, Yaponca Samira Əfəndi Cleopatra Kleopatra
Belçika Belçika İngiliscə Huverfonik Release Me Məni burax
İsrail İsrail İngiliscə, İvritcə, Ərəbcə, Amharca Eden Alene Feker Libi Mənim sevgim
Kipr Kipr İngiliscə Sandro Running Qaçış
Malta Malta İngiliscə Destini Çukunyere All Of My Love Bütün sevgim
Norveç Norveç İngiliscə Ulrikke Brandstorp Attention Diqqət
Rumıniya Rumıniya İngiliscə Roksen Alcohol You Alkoqol sən
Ukrayna Ukrayna Ukraynaca Go_A Solovey Bülbül
Xorvatiya Xorvatiya Xorvatca Damir Kedzo Divlji vjetre Vəhşi küləklər

2-ci yarımfinal

14 may tarixində baş tutacaq yarımfinal mərhələsində 17 ölkə iştirak edəcək. Bu yarımfinalda iştirak edəcək bütün ölkələr və eyni zamanda Böyük Britaniya, Fransa və İspaniya səsvermədə iştirak edəcək.

Ölkə[1] Dil Müğənni Mahnı Tərcümə
İlk hissə
Avstriya Avstriya İngiliscə Vinsent Bueno Alive Sağ
Çexiya Çexiya İngiliscə Benni Kristo Kemama Yaxşı, ana
Estoniya Estoniya İngiliscə Uku Suviste What Love Is Sevgi nədir
İslandiya İslandiya İngiliscə Dadi & Gagnamagnid Think About Things Birşeyləri düşün
Moldova Moldova İngiliscə Nataliya Qordienko Prison Həbsxana
Polşa Polşa İngiliscə Alisya Şemplinska Empires İmperiyalar
San-Marino San-Marino İngiliscə Senit Freaky! Çılğın!
Serbiya Serbiya Serbcə, İngiliscə, İspanca Hurricane Hasta la vista Görüşənədək
Yunanıstan Yunanıstan İngiliscə Stefania Superg!rl Super qız
İkinci yarı
Albaniya Albaniya İngiliscə Arilena Ara "Fall from the sky" Səmadan düşüş
Bolqarıstan Bolqarıstan İngiliscə Viktoriya Tears Getting Sober Gözyaşları ayılır
Danimarka Danimarka İngiliscə Ben & Tan Yes
Ermənistan Ermənistan İngiliscə Atena Manukyan Chains On You Üstündəki zəncirlər
Finlandiya Finlandiya İngiliscə Aksel Kankaanranta Looking Back Geriyə baxmaq
Gürcüstan Gürcüstan İngiliscə, Fransızca, İtalyanca, İspanca, Almanca Tornike Kipiani Take Me As I Am Məni olduğu kimi qəbul et
İsveçrə İsveçrə Fransızca Qyonz Tirz Répondez-moi Mənə cavab ver
Latviya Latviya İngiliscə Samanta Tina Still breathing Hələ də nəfəs alıram
Portuqaliya Portuqaliya Portuqalca Elisa Medo de sentir Hiss etməkdən qorxan

Final

Sıra Ölkə Dil Müğənni Mahnı Tərcümə
Almaniya Almaniya İngiliscə Ben Doliç Violent Thing Zorakı bir şey
Böyük Britaniya Böyük Britaniya İngiliscə Ceyms Nyumen My Last Breath Son nəfəsim
Fransa Fransa İngiliscə, Fransızca Tom Lib The Best In Me İçimdəki ən yaxşısı
İspaniya İspaniya İspanca Blez Kanto Universo Kainat
İtaliya İtaliya İtalyanca Diodato Fai Rumore Səs-küy sal
23 Niderland Niderland (ev sahibi-ölkə) İngiliscə Cinqu Makruy Grow Böyü

Digər ölkələr

Aşağıda adları göstərilən ölkələrin fərqli səbəblərə görə Avroviziya 2020-də iştirak etməyəcəkləri təsdiqlənmişdir.

Avropa Yayım İttifaqına üzv ölkələr

  • Andorra Andorra – 2019-cu ilin mart ayında Andorranın RTVA telekanalı gələcək illərdə Avroviziyada iştirak edə bilmək üçün Kataloniyanın TV3 kanalı ilə əməkdaşlıq etməyə hazır olduqlarını bəyan etmişdir. Daha öncə iki telekanalın əməkdaşlığı nəticəsində Andorra 2004-cü ildə Avroviziyada debüt etmişdir.[11] 22 may tarixində RTVA Andorranın Avroviziya 2020-də iştirak etməyəcəyini təsdiqləmişdir.[12] Andorra Avroviziyada son dəfə Moskvada keçirilən müsabiqədə 2009-cu ildə iştirak etmiş və yarımfinal mərhələsində 15-ci yeri tutmuşdur.
  • Bosniya və Herseqovina Bosniya və Herseqovina – 28 dekabr 2018-ci il tarixində Bosniya və Herseqovinanın BHRT telekanalının nümayəndə heyətinin rəhbəri Leyla Baboviç müsabiqəyə geri qayıtmaq telekanalın hal-hazırkı əsas hədəfi olduğunu söyləmişdir. Lakin ciddi maliyyə problemləri və Avropa Yayım İttifaqına olan böyük miqdarda borc bunu çox çətinləşdirir. 2019-cu ilin iyul ayında AYİ-nin sanksiyalarının nəticəsi olaraq Bosniya və Herseqovinanın Avroviziya 2020-də iştirak edə bilməyəcəyi təsdiqlənmişdir.[13] Bosniya və Herseqovina Avroviziyada son dəfə 2016-cı ildə Stokholmda keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində 11-ci yeri tutaraq, finala adlaya bilməmişdi.
  • Lüksemburq Lüksemburq1993-cü ildən bəri müsabiqədə iştirak etməməsinə baxmayaraq, ölkədə ildən ilə artan fanat kütləsi Lüksemburqun Avroviziyaya geri dönməsi üçün petitisiya hazırlayaraq RTL telekanalına və Lüksemburqun deputatlar palatasına göndərmişdirlər. Eyni zamanda 1973-cü ildə Lüksemburqa Avroviziya qələbəsini yaşadan Ann-Mari David də ölkəni müsabiqəyə geri dönməyə səsləmişdir.[14] Lakin RTL telekanalı 23 iyul tarixindəki açıqlamasında Lüksemburqun Avroviziya 2020-də iştirakı telekanalın büdcəsinə zərər vura biləcəyini açıqlamış və eyni zamanda telekanalda hal-hazırda əyləncə proqramlarına geniş yer ayrılmadığı vurğulanmışdır.[15] Lüksemburq Avroviziyada son dəfə 1993-cü ildə İrlandiyada keçirilən müsabiqədə iştirak etmiş və nəticədə 20-ci yeri tutmuşdur.
  • Macarıstan Macarıstan – 2019-cu ilin oktyabr ayında Macarıstanın MTVA telekanalı adəti üzrə Avroviziya üçün seçim turu kimi keçirilən A Dal mahnı yarışmasının 2020-ci ildə Avroviziya üçün deyil, sırf Macarıstan estradasına töhfə vermək üçün istifadə olunacağını bəyan etmişdir.[16] 13 noyabrda AYİ Macarıstanın Avroviziya 2020-də iştirak etməyəcəyini təsdiqləmişdir. Bir müddət sonra Avropanın müxtəlif xəbər saytlarında ölkənin 2020-ci ildə müsabiqədən ayrılmasına əsas səbəb kimi LGBT nümayəndələrinin müsabiqədə təmsil olunması göstərilsə də, Macarıstanın MTVA telekanalı və eyni zamanda bir neçə dövlət siyasətçisi yayılan xəbəri cəfəngiyyat adlandırmışdır.[17]
  • Monako Monako – 6 avqust 2019-cu il tarixdə Monakonun TMC kanalı ölkənin 2020-ci ildə də müsabiqəyə qayıtmayacağını rəsmi olaraq açıqlamışdır.[18] Monako Avroviziyada son dəfə 2006-cı ildə Afinada keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində 21-ci yeri tutmuşdur.
  • Monteneqro Monteneqro - Monteneqronun RTCG telekanalı Avroviziya 2020-də ilkin iştirakını təsdiqləmiş olsa da, 8 noyabr 2019-cu il tarixdə telekanalın maliyyə problemləri səbəbindən Avroviziya 2020-də iştirak edə bilməyəcəyi xəbəri yayılmışdır.[19] Bunun ardınca RTCG telekanalının direktoru Bojidar Şundiç iştirak ilə bağlı son qərarın verilmədiyini bəyan etmişdir.[20] 13 noyabrda AYİ Monteneqronun Avroviziya 2020-də iştirak etməyəcəyini təsdiqləmişdir.
  • Slovakiya Slovakiya – 5 iyun 2019-cu il tarixdə Slovakiyanın RTVS telekanalı maliyyə problemləri və ölkədə yarışmaya olan marağın az olması səbəbindən Slovakiyanın Avroviziya 2020-də iştirak etməyəcəyini açıqlamışdır.[21] Slovakiya Avroviziyada son dəfə 2012-ci ildə Bakıda keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində sonuncu yeri tutmuşdur.
  • Türkiyə Türkiyə – 2018-ci ilin avqust ayında TRT telekanalının baş direktoru İbrahim Eren Avroviziya ilə bağlı açıqlamasında telekanalın onların milli dəyərlərinə uyğun olmayan bir proqramı yayımlaya bilməcəyini açıqlamışdır.[22] 2019-cu ilin sentyabr ayında AYİ Türkiyənin Avroviziyada iştirak üçün namizədliyini irəli sürmədiyini təsdiqləmişdir.[23] Türkiyə Avroviziyada son dəfə 2012-ci ildə Bakıda keçirilən müsabiqədə iştirak etmiş və final mərhələsində 7-ci yeri tutmuşdur.

Avropa Yayım İttifaqına üzv olmayan ölkələr

  • Kosovo Kosovo – Müstəqilliyi bir neçə Avropa ölkəsi (Serbiya, Bosniya və Herseqovina, İspaniya, Yunanıstan, Rusiya, Ukrayna, Azərbaycan və s.) tərəfindən hələ də tam olaraq tanınmayan Kosovonun RTK telekanalının baş direktoru Mentor Şala telekanalın Avropa Yayım İttifaqına üzv qəbul olunması üçün çalışmaların davam etdiyini bildirmişdir.[24] 2019-cu ilin iyun ayında Kosovonun AYİ-nə üzv qəbul olunması üçün keçirilən səsvermədə Kosovo növbəti dəfə quruma üzv seçilə bilməmişdir.
  • Qazaxıstan Qazaxıstan – 22 noyabr 2018-ci il tarixində müsabiqənin direktoru Yon Ola Sand Qazaxıstanın Avroviziyada iştirakının rəyasət heyəti tərəfindən müzakirə olunacağını bildirmişdir.[25] Daha öncə Qazaxıstanın 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etməsinə razılıq verilmiş olsa da, lakin bunun əsas müsabiqədəki iştiraka bir təsiri olmamışdır.[26] 2019-cu ilin sentyabr ayında Avropa Yayım İttifaqı 2020-ci ildə də Qazaxıstanı Avroviziyaya dəvət etmək planının olmadığını təsdiqləmişdir.[27]

İstinadlar

  1. "41 countries will 'Open Up' at Eurovision 2020 in Rotterdam". Eurovision.tv. 13 noyabr 2019. 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2019.
  2. "Rutte over Songfestival: 'Ik kon niet slapen'". Telegraaf (niderlandca). 19 may 2019. 20 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2022.
  3. "UPDATE: Eight cities in the Netherlands offer to host Eurovision 2020". escxtra.com. ESCXtra. 19 may 2019. 26 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2019.
  4. "Eurovision'20: Brabanthallen in Den Bosch Proposes Itself as Venue For 2020". Eurovoix. 20 may 2019. 26 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2019.
  5. "Amsterdam trekt zich terug als Songfestivalstad" [Amsterdam is withdrawing as a Eurovision city]. De Telegraaf (niderlandca). 4 iyul 2019. 2019-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  6. "'Songfestival is financieel te riskant', gemeente Breda gooit de handdoek in de ring" ['Song festival is financially risky', the municipality of Breda is throwing in the towel]. Omroep Brabant (niderlandca). 1 iyul 2019. 2019-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  7. "One down! Leeuwarden withdraws bid to host Eurovision 2020 due to ceiling height of venue". Wiwibloggs. 18 iyun 2019. 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  8. "The Hague withdraws from Eurovision 2020 host city race". ESCXtra. 27 iyun 2019. 2019-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  9. "5 Dutch cities in the race to become Eurovision 2020 Host City". Eurovision.tv. 10 iyul 2019. 2019-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  10. "Rotterdam en Maastricht strijden om Songfestival, andere steden vallen af" [Rotterdam and Maastricht compete for the Songfestival, other cities are dropped]. Algemeen Dagblad (niderlandca). 16 iyul 2019. 2019-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  11. "Andorra: RTVA Open To Co-operation With Catalan Broadcaster Regarding Eurovision Participation". Eurovoix. 18 mart 2019. 18 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2019.
  12. "Andorra: RTVA Rules Out Eurovision Return in 2020". Eurovoix. 22 may 2019. 22 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2022.
  13. "Bosnia & Herzegovina: No Eurovision Return in 2020". Eurovoix. 9 iyul 2019. 9 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2019.
  14. "Luxembourg: Anne-Marie David Pushing For Nations Eurovision Return". Eurovoix. 29 may 2019. 29 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2019.
  15. "Luxembourg: RTL confirms non participation in Eurovision 2020" (ingiliscə). 23 iyul 2019. 2019-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2019.
  16. "Hungary: A Dal Dropped As Eurovision Selection Process, Withdrawal Possible?". Eurovoix. 25 oktyabr 2019. 2020-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2019.
  17. "Hungary: MTVA rejects reports it withdrew over LGBT performers Eurovision 2020" (ingiliscə). 29 noyabr 2019. 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2019.
  18. "Eurovision Monaco: TMC rules out Eurovision return in 2020 - Eurovoix.com". Eurovoix. 2019-08-06. 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-06.
  19. "🇲🇪 Montenegro withdraws from Eurovision Song Contest 2020". ESCXtra. 8 noyabr 2019. 2020-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  20. "Montenegro: In or out? RTCG Director-General says no decision has been made yet on Eurovision 2020". Wiwibloggs. 9 noyabr 2019. 2019-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  21. "Slovakia: No Return to the Eurovision Song Contest in 2020". Eurovoix. 5 iyun 2019. 2021-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2019.
  22. "Turkey: 'No more bearded divas' – TRT's general manager sets conditions for return to Eurovision". Wiwibloggs. 5 avqust 2018. 24 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2019.
  23. "Turkey: TRT Will Not Compete in Eurovision 2020". 22 sentyabr 2019. 22 sentyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2019.
  24. "Kosovo: RTK to Push for Full EBU Membership Next Week". Eurovoix. 2018-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2018.
  25. "No entry in Eurovision 2019 for Kazakhstan, clarifies Jon Ola Sand". 23 noyabr 2018. 2018-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2018.
  26. "These are the 19 (!) countries taking part in Junior Eurovision 2018". junioreurovision.tv. Avropa Yayım İttifaqı. 25 iyul 2018. 2018-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2018.
  27. "EBU: "No plans" to invite Kazakhstan to participate in Eurovision 2020". ESCXtra. 6 sentyabr 2019. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.