2019 UEFA Superkuboku

2019 UEFA Super KubokuUEFA tərəfindən hər il ənənəvi olaraq keçirilən sayca 44-cü UEFA Superkuboku matçıdır. Superkubok uğrunda matçda 2018–19-cu il mövsümündə müvafiq olaraq UEFA Çempionlar LiqasıUEFA Avropa Liqası qalibi olmuş "Liverpul""Çelsi" klubları üz-üzə gəldi.[5] Matç 14 avqustda İstanbulda yerləşən Vodafone Parkda oynandı.[6] Bu matç ilk dəfə iki ingilis klubunun üz-üzə gəldiyi superkubok matçı oldu. Ümumilikdə isə səkkizinci dəfə bu turnirdə eyni ölkənin klubları üz-üzə gəldi.

2019 UEFA Superkuboku
Oyun sonrası penalti zərbələrindən sonra Liverpul 5-4 hesabı ilə qalib gəldi
Tarix 14 avqust 2019
Yer Vodafone Park, İstanbul
Matçın adamı Sadio Mane (Liverpul)[1]
Hakim Stefani Frappar (Fransa)[2]
Tamaşaçı 38434[3]
Hava Buludlu
26 °C (79 °F)
73% rütubət[4]
2018
2020

Superkuboklar tarixində ilk dəfə məhz bu il Video köməkçi hakim (VAR) sistemindən istifadə edildi.[7]

Matçın əsas və əlavə vaxtı 2–2 hesabı ilə bitdiyindən, qalibi müəyyənləşdirmək üçün penalti zərbələrindən istifadə olundu. "Liverpul" penalti zərbələrində 5–4 hesabı ilə üstün olaraq kuboka yiyələndi.[8][9]

Klublar

"Liverpul" bundan əvvəl 5 dəfə superkubok matçında iştirak etmişdi və onların üçündə uğurlu olmuşdu. Belə ki, 1977-ci ildə "Hamburq"u, 2001-ci ildə "Bayern Münhen"i, 2005-ci ildə isə "ÇSKA Moskva" klubunu məğlub edərək kuboku başı üzərinə qaldırmışdı. "Çelsi" isə buna qədər 3 dəfə stadiona superkuboku qazanmaq üçün çıxmışdı. Onlardan yalnız birində – 1998-ci ildə uğurlu ola bilmişdi.

Məkan

Bu matç Türkiyədə keçiriləcək ilk superkubok matçı oldu. Bundan əvvəl isə Türkiyədə 2 dəfə UEFA turnirinin finalı keçirilmişdi. Belə ki, Atatürk Olimpiya Stadionunda 2005 UEFA Çempionlar Liqası finalı, Şükrü Saracoğlu stadionunda isə 2009 UEFA Kuboku finalı keçirilmişdi.[10]

Stadion həm də "Beşiktaş"ın əsas stadionudur. UEFA-nın sponsorluq qaydalarına görə stadion bütün UEFA turnirlərində və sənədlərində "Beşiktaş Park" olaraq adlandırılır.[10]

Seçimlər

İlk dəfə 9 dekabr 2016-cı ildə UEFA klub turnirlərinin finallarının keçirilməsiylə bağlı açıq təklif vermə prosesini başlatdı. Bununla bağlı assosiasiyalar öz maraqlarını 2017-ci ilin yanvarın sonuna kimi bildirməli idilər və rəsmi sənədləri həmin ilin 6 iyununa kimi təsdiqləməliydilər.[11]

UEFA 2017-ci ilin fevralın üçündə 9 assosiasiyanın finalla yaxından maraqlandığını bildirdi.[12] Həmin ilin 7 iyununda yeddi federasiya UEFA-ya sənədlərini göndərmişdi.[13]

2019 UEFA Superkuboku seçimləri
ÖlkəStadionŞəhərTutumQeyd
Albaniya AlbaniyaArena KombyotareTirana22500
Fransa FransaTuluza stadionuTuluza33150
İsrail İsrailSami Ofer stadionuHayfa30870
Qazaxıstan QazaxıstanAstana ArenaAstana302442019 UEFA Qadınlararası Çempionlar Liqası finalına da namizədliyini irəli sürümşdü
Şimali İrlandiya Şimali İrlandiyaUindzor ParkBelfast18434
Polşa PolşaPGE ArenaQdansk41160[14]
Türkiyə TürkiyəVodafone Parkİstanbul41188[15]2019 UEFA Avropa Liqası finalına da namizədliyini irəli sürmüşdü

Təkliflərin dəyərləndirilməsi 14 sentyabr 2017-ci ildə UEFA tərəfindən dərc edildi. Vodafone Park sentyabrın 20-si UEFA İcraiyyə Komitəsi tərəfindən superkubok oyununun keçiriləcəyi stadion olaraq seçildi.[16]

Matç

Hakimlər

2 avqust 2019-cu il tarixində UEFA superkubok matçını idarə edəcək hakimin adını açıqladı. Belə ki, bu şəxs Fransalı Stefani Frappar idi. Bununla da tarixdə ilk dəfə olaraq UEFA-nın keçirdiyi kişilərdən ibarət matçın finalını qadın hakim idarə etdi. O, 2009-cu ildən FİFA hakimi kimi qeydə alınıb.[17] O, 2019-cu ildə daha bir mötəbər yarış olan FİFA Qadınlararası Dünya Kubokunun finalına təyinat almışdı.[18] Buna qədər isə 2016-cı ildə Rio de Janeyroda təşkil olunan Yay Olimpiya Oyunlarında qadınlararası futbol yarışlarında, 1 il sonra isə Futbol üzrə Qadınlararası Avropa Çempionatında bəzi matçları idarə etmişdir. Bundan əlavə, o, 2019-cu ilin aprelində Liqa 1-də fit çalmış ilk qadın hakim olmuşdur.[19]

Onun həmyerlisi Kleman Tyurpen isə superkuboklar tarixindəki ilk video köməkçi hakim oldu.

Xülasə

Matçın ulduzu Sadio Mane Superkuboku başı üzərinə qaldırır

Matç sürətli başlasa da komandalar bir-birilərinin cərimə meydançalarına elə də yaxınlaşa bilmirdilər. 12-ci dəqiqədə Henderson sağ tərəfdən cərimə zərbəsindəki yoldaşı Maneyə topu ötürmək istəsə də Kristensen buna mane oldu. Liverpul 16-cı dəqiqədə daha bir təhlükəli vəziyyət yaratdı. Belə ki, qapıçı ilə təkbətək çıxan Salah fərqlənə bilməyib. "Çelsi" buna qarşılıq 22-ci dəqiqədə çox böyük şans yaxalasa da bəxti gətirmədi: Pedronun zərbəsi qapı dirəyinə tuş gəlib. 36-cı dəqiqədə "Çelsi" hesabı açdı. Pulişiçin gözəl pasını Olivye Jiru qapının sağ küncünə dəqiq zərbə vuraraq yerdə qoymayıb. Bir neçə dəqiqə sonra Pulişiç qol vursa da ofsayda görə bu qol qeyd alınmayıb. İkinci hissə başlar başlamaz "Liverpul" təzyiqi artırdı və 48-ci dəqiqədə istəyinə nail oldu. Mane yaxın nöqtədən topu tora qovuşdurdu. 75-ci dəqiqədə önəmli bir şans yaxalayan "Liverpul" futbolçularının bəxti gətirməyib. Salahın zərbəsini qapıçı Arrizabalaqa qaytarıb. Təkrar zərbə vuran Van Daykın topunu da Arizzabalaqa dəf edərək 1 dəqiqə içində əsl ustalığını nümayiş etdirdi. 82-ci dəqiqədə sağ tərəfdən pası qəbul edən Pedronun zərbəsi van Daykdan qayıtdı. 4 dəqiqə sonra "Liverpul" əks hücuma çıxdı. Mane topu Arrizabalaqanın yanından yuvarlatdı, lakin top qapı xəttinə paralel getdi. Beləliklə, 90 dəqiqəlik normal vaxt 1–1 hesabı ilə yekunlaşdı və əlavə 30 dəqiqəlik vaxt oynanmağa başladı.

95-ci dəqiqədə Mane topu qapının üst çərçivəsinə göndərərək hesabı artırıb.[20] Bir neçə dəqiqə sonra "Liverpul"un qapıçısı Adrianın Temmi Abrahama qarşı kobudluq etməsi nəticəsində "Çelsi" penalti vurmaq hüququ qazandı. Bu şansı Jorjinyo qola çevirərək hesabı bərabərləşdirdi. Bu qoldan sonra "Çelsi" oyunda tam üstünlüyə yiyələndi və ard-arda kəsərli hücumlar yaratdı. 104-cü dəqiqədə Abrahamın topa yumşaq toxunuşu qapının yanından keçdi. 113-cü dəqiqədə Jirunun cərimə zərbəsinin kənarından vurduğu top qapının azca yanından keçdi. Əlavə vaxt da bərabərə bitdiyindən penalti zərbələri qalibi müəyyənləşdirməli idi. 5-ci penalti zərbəsini vuran Abrahamın topunu qapıçı Adrian dəf etdi və beləcə Liverpul matçın və kubokun qalibi oldu.[21]

Oyunun detalları

14 avqust 2019
23:00 (Bakı vaxtı ilə)
Liverpul İngiltərə 2 : 2
11 m. 5 : 4
İngiltərə Çelsi
Mane Qol 48', 95' Qollar Jiru Qol 36'
Jorjinyo Qol 101' (pen.)
Firmino Vurulub
Fabinyo Vurulub
Origi Vurulub
Aleksandr-Arnold Vurulub
Salah Vurulub
11 metrlik cərimə zərbələri Vurulub Jorjinyo
Vurulub Barkli
Vurulub Maunt
Vurulub Palmiyeri
Qaçan penalti Abraham
Vodafone Park, İstanbul
Tamaşaçı: 38 434[3]
Hakim: Fransa Stefani Frappar
Hesabat
Liverpul[4]
Çelsi[4]
GK13İspaniya Adrian
RB12İngiltərə Co Qomez
CB32Kamerun Joel Matip
CB4Niderland Vircil van Dayk
LB26Şotlandiya Endrü Robertson91-ci dəqiqədə əvəz olunub 91'
CM7İngiltərə Ceyms Milner64-cü dəqiqədə əvəz olunub 64'
CM3Braziliya Fabinyo
CM14İngiltərə Cordan Henderson (K)Booked in the 85-ci minute 85'
RF15İngiltərə Aleks Oksleyd-Çemberleyn46-cı dəqiqədə əvəz olunub 46'
CF11Misir Məhəmməd Salah
LF10Seneqal Sadio Mane103-cü dəqiqədə əvəz olunub 103'
Əvəzetmələr:
GK22İngiltərə Endi Lonerqan
GK62İrlandiya Kaoimhin Kelleher
DF51Niderland Ki-Yana Huver
DF66İngiltərə Trent Aleksandr-ArnoldBooked in the 107-ci minute 107'91-ci dəqiqədə əvəzetmədən daxil olub 91'
MF5Niderland Jorjinyo Viynaldum64-cü dəqiqədə əvəzetmədən daxil olub 64'
MF20İngiltərə Adam Lallana
MF23İsveçrə Cerdan Şakiri
MF67İngiltərə Harvey Elliot
FW9Braziliya Roberto Firmino46-cı dəqiqədə əvəzetmədən daxil olub 46'
FW24İngiltərə Rian Brüster
FW27Belçika Divok Origi103-cü dəqiqədə əvəzetmədən daxil olub 103'
Baş məşqçi:
Almaniya Yürgen Klopp
GK1İspaniya Kepa Arrizabalaqa
RB28İspaniya Sezar Azpilikueta (K)Booked in the 79-cu minute 79'
CB15Fransa Kurt Zuma
CB4Danimarka Andreas Kristensen85-ci dəqiqədə əvəz olunub 85'
LB33İtaliya Emerson Palmiyeri
CM5İtaliya Jorjinyo
CM7Fransa N'Qolo Kante
CM17Xorvatiya Mateo Kovaçiç101-ci dəqiqədə əvəz olunub 101'
RF22ABŞ Kristian Pulişiç74-cü dəqiqədə əvəz olunub 74'
CF18Fransa Olivye Jiru74-cü dəqiqədə əvəz olunub 74'
LF11İspaniya Pedro
Əvəzetmələr:
GK13Argentina Villi Kabalyero
DF2Almaniya Antonio Rüdiger
DF3İspaniya Markos Alonso
DF21İtaliya Davide Zappakosta
DF29İngiltərə Fikayo Tomori85-ci dəqiqədə əvəzetmədən daxil olub 85'
MF8İngiltərə Ross Barkli101-ci dəqiqədə əvəzetmədən daxil olub 101'
MF19İngiltərə Meyson Maunt74-cü dəqiqədə əvəzetmədən daxil olub 74'
MF47Şotlandiya Billi Gilmour
FW9İngiltərə Temmi Abraham74-cü dəqiqədə əvəzetmədən daxil olub 74'
FW10Braziliya Vilyan
FW16Braziliya Kenedi
FW23Belçika Miçi Batşuayi
Baş məşqçi:
İngiltərə Frenk Lempard

Oyunun adamı:
Sadio Mane (Liverpul)[1]

Hakim köməkçiləri:[2]
Manuela Nikolozi (Fransa)
Mişel O'Nil (İrlandiya)
Dördüncü hakim:[2]
Cüneyt Çakır (Türkiyə)
Video köməkçi hakim:[2]
Kleman Tyurpen (İtaliya)

Statistika

İstinadlar

  1. "Liverpul Çelsini penaltilərdə üstəliyərək kuboku qaldırdı". UEFA.com. Union of European Football Associations. 14 avqust 2019. 2019-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2019.
  2. "Stefani Frappar superkubok matçını idarə edəcək". UEFA.com. Union of European Football Associations. 2 avqust 2019. 2019-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2019.
  3. "Liverpool eist de Europese Supercup op na strafschoppen" [Liverpool claims the European Super Cup after penalty kicks]. Sporza (Almanca). Vlaamse Radio- en Televisieomroeporganisatie. 14 avqust 2019. 15 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2019.
  4. "Tactical line-ups" (PDF). UEFA.com. Union of European Football Associations. 14 avqust 2019. 2019-09-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 avqust 2019.
  5. "2019 UEFA Super Kuboku: Liverpul v Çelsi". UEFA.com. 1 iyun 2019. 2022-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-04.
  6. "Madrid to host UEFA Champions League Final 2019". UEFA.com. Union of European Football Associations. 20 sentyabr 2017. 2017-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
  7. "UEFA Bakıda keçiriləcək Avropa Liqasının finalında VAR sistemindən istifadə edəcək". Report İnformasiya Agentliyi. 27 sentyabr 2018. 2019-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2018.
  8. "Full Time Report Final – Liverpool v Chelsea" (PDF). UEFA.com. Union of European Football Associations. 14 avqust 2019. 2019-09-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 avqust 2019.
  9. “Liverpul” Avropanın ən güclüsü oldu Arxivləşdirilib 2019-08-17 at the Wayback Machine, oxu.az
  10. "Beşiktaş Park, Istanbul to stage 2019 UEFA Super Cup". UEFA.com. 20 September 2017. 15 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2019.
  11. "UEFA klub turnirlərinin final seçimləri" (PDF). UEFA. 2017-08-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-08-04.
  12. "15 assosiasiya 2019-da keçiriləcək turnirlərin finalı ilə maraqlanır". UEFA. 3 fevral 2017. 2019-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-04.
  13. "Ten associations bidding to host 2019 club finals". 7 iyun 2017. 2018-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-04.
  14. "Stadion Energa Numbers". 2017-06-06 tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val)
  15. "Stat Arama Detay TFF". www.tff.org. 2018-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-12.
  16. 2019 UEFA Süper Kupa maçı Vodafone Park'ta Arxivləşdirilib 2019-08-04 at the Wayback Machine, ntv.com.tr
  17. "Referees: France". FIFA.com. Fédération Internationale de Football Association. 7 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2019.
  18. "Frappart: Final role a huge source of pride". FIFA.com. Fédération Internationale de Football Association. 6 iyul 2019. 6 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2019.
  19. Fransa Ligue 1'de kadın hakem dönemi Arxivləşdirilib 2019-08-06 at the Wayback Machine, 24 aprel 2019, cnnturk.com
  20. "Super Cup joy for Jurgen Klopp as Adrian clinches penalty shootout glory". The Independent. 14 avqust 2019. 2019-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2019.
  21. Avrupa'nın süperi Liverpool Arxivləşdirilib 2019-08-17 at the Wayback Machine, ntvspor.net
  22. "İlk hissənin hesabatı" (PDF). UEFA.com. Union of European Football Associations. 14 avqust 2019. 2021-06-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 avqust 2019.
  23. "Matçın statistikası" (PDF). UEFA.com. Union of European Football Associations. 14 avqust 2019. 2021-06-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 avqust 2019.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.