2018 Bəhreyn Qran-prisi

2018 Bəhreyn Qran Prisi2018-ci ildə keçirilmiş növbəti Bəhreyn Qran Prisi.

Bəhreyn beynəlxalq avtodromu

Bəhreyn Qran Prisi üçün təkər seçimi

Mərhələ / TərkiblərSuperHardHardMediumSoftSuperSoftUltraSoftHyperSoft
Markalanma rəngiNarıncı Mavi Sarı Qırmızı Bənövşəyi Çəhrayı
Bəhreyn Qran PrisiMediumSoftSuperSoft

Sərbəst yürüşlər

Birinci sərbəst yürüşlər

Birinci sərbəst yürüşlərin qalibi Daniel Rikiardo

Bəhreyn və Çin Qran Prilərini cəmi bir həftə ayırdığı üçün komandalar çoxlu yenilik gətiriblər. Sessiyanın əvvəli aerodinamik elementlərin səmərəliliyinin yoxlanılmasına sərf edilib, daha sonra isə təkərlər üzərində işləməyə başlayıblar.Maks Ferstappenin maşınında ikinci dövrədə elektrik sistemində problem yaranıb. Holland sürücü RB14-ü pit-leynə çatdırmaq istəyib, lakin sonra maşını tərk edib və onu əlləriylə itələməyə başlayıb. Marşalların və mexaniklərin köməkliyi ilə maşını boksa gətirən Maks Ferstappen üçün sessiya başa çatıb. Sessiyanın sonunda Roman Qrojan və Lekler pit-leynin girişində bir-birini görmədikləri üçün toqquşmadan son anda qurtulublar. Sessiya ərzində başqa insident olmayıb. Protokollara Daniel Rikiardo başçılıq edib – 1:31.060.

  1. Avstraliya Daniel Rikiardo 1:31.060
  2. Finlandiya Valtteri Bottas 1:31.364
  3. Finlandiya Kimi Rəykkönen 1:31.458
  4. Almaniya Sebastyan Fettel 1:31.470
  5. Böyük Britaniya Lyuis Həmilton 1:32.272
  6. Fransa Roman Qrojan 1:32.516
  7. Fransa Pyer Qasli 1:32.779
  8. İspaniya Karlos Sayns 1:32.885
  9. Danimarka Kevin Maqnussen 1:32.971
  10. Almaniya Niko Hülkenberq 1:33.104
  11. İspaniya Fernando Alonso 1:33.223
  12. Monako Şarl Lekler 1:33.278
  13. Belçika Stoffel Vandorn 1:33.364
  14. Kanada Ləns Stroll 1:33.379
  15. Rusiya Sergey Sirotkin 1:33.467
  16. Yeni Zelandiya Brendon Hartli 1:33.497
  17. İsveç Markus Eriksson 1:33.508
  18. Meksika Serxio Perez 1:33.662
  19. Fransa Esteban Okon 1:33.794
  20. Niderland Maks Ferstappen -:-:-

İkinci sərbəst yürüşlər

İkinci sərbəst yürüşlərin qalibi Kimi Raikkonen

Birinci sessiya ilə müqayisədə, asfaltın vəziyyəti yaxşılaşıb.Sürücülər bokslarda çox vaxt itirməyiblər, əsas diqqəti uzun məsafələr qət edərək təkərlərin səmərəliliyini yoxlamağa sərf ediblər. Elektrik problemləri üzündən ilk məşqləri buraxan Maks Ferstappen bu dəfə trasa ən tez çıxan sürücülərdən biri olub. Startdan 13 dəqiqə sonra Eriksson idarəetməni itirərək trasdan çıxıb. Lakin çınqıllı zona ona sürəti azaltmasında kömək edib və baryerlərlə toqquşmaqdan qurtulub. Sona 15 dəqiqə qalmış Kimi Rəykkönen mühəndisin göstərişi ilə maşını üçüncü döngədəki təhlükəsizlik zonasında saxlayıb. Buna səbəb pit-stop zamanı sağ ön təkərin yaxşı bağlanmaması olub. Sessiyanın ən sürətlisi də elə Kimi Rəykkönen olub – 1.29:817.Sebastyan Fettel ona cüzi uduzub. Bugünkü məşqlər sıralanma turu simulyasiyasında Ferrari-nin öndə olduğunu, yarış simulyasiyasında isə Red Bull-un tempinin daha yaxşı olduğunu göstərib.

  1. Finlandiya Kimi Rəykkönen 1:29.817
  2. Almaniya Sebastyan Fettel 1:29.828
  3. Finlandiya Valtteri Bottas 1:30.380
  4. Böyük Britaniya Lyuis Həmilton 1:30.472
  5. Niderland Maks Ferstappen 1:30.745
  6. Avstraliya Daniel Rikiardo 1:30.751
  7. Almaniya Niko Hülkenberq 1:31.220
  8. Fransa Pyer Qasli 1:31.232
  9. İspaniya Fernando Alonso 1:31.282
  10. Belçika Stoffel Vandorn 1:31.422
  11. Fransa Roman Qrojan 1:31.591
  12. İspaniya Karlos Sayns 1:31.601
  13. Fransa Esteban Okon 1:31.809
  14. Meksika Serxio Perez 1:31.868
  15. Danimarka Kevin Maqnussen 1:31.969
  16. Monako Şarl Lekler 1:32.372
  17. Kanada Lens Stroll 1:32.382
  18. Rusiya Sergey Sirotkin 1:32.474
  19. İsveç Markus Eriksson 1:32.733
  20. Yeni Zelandiya Brendon Hartli 1:32.908

Üçüncü sərbəst yürüşlər

Üçüncü sərbəst yürüşlərin qalibi Kimi Raikkonen

Cümə günü sürücülərin çoxu təkərlərin tez yeyilməsindən gileylənmişdilər, Mercedes isə yumşaq təkərlərlə effektiv işləyə bilməmişdi – ona görə də bu sessiyada komandalar problemlərin həll edildiyinə əmin olmağa çalışıblar. Sessiyanın ilk dörddə birində trasda işləyən olmayıb, elə sonra da sürücülər böyük məsafə qət etməyiblər.Sebastyan Fettelin maşınında yan pantonun deflektorunun bir hissəsi qopub, Sebastyan Fettel boksa qayıdıb, amma sonra trasa çıxıb.Əylənmə zonasında bir çox sürücü səhvə yol verib,trasdan çıxıb, amma geniş təhlükəsizlik zonaları maşınları zədələmədən trasa qayıtmağa imkan verib. Protokollara Kimi Rəykkönen başçılıq edib –1:29.868, bu dəfə Ferrari-nin sürücüsü Maks Ferstappeni yarım saniyə üstələyib.

  1. Finlandiya Kimi Rəykkönen 1:29.868
  2. Niderland Maks Ferstappen 1:30.393
  3. Avstraliya Daniel Rikiardo 1:30.452
  4. Böyük Britaniya Lyuis Həmilton 1:30.691
  5. Almaniya Sebastyan Fettel 1:30.719
  6. Finlandiya Valtteri Bottas 1:30.781
  7. Almaniya Niko Hülkenberq 1:31.144
  8. İspaniya Karlos Sayns 1:31.200
  9. Fransa Pyer Qasli 1:31.438
  10. İspaniya Fernando Alonso 1:31.445
  11. Yeni Zelandiya Brendon Hartli 1:31.460
  12. Fransa Roman Qrojan 1:31.513
  13. Fransa Esteban Okon 1:31.554
  14. Meksika Serxio Perez 1:31.564
  15. Danimarka Kevin Maqnussen 1:31.737
  16. İsveç Markus Eriksson 1:31.859
  17. Belçika Stoffel Vandorn 1:31.860
  18. Monako Şarl Lekler 1:32.047
  19. Rusiya Sergey Sirotkin 1:32.463
  20. Kanada Lens Stroll 1:32.865

Sıralanma turu

Poulun sahibiSebastyan Fettel

Sessiya 1

Birinci sessiyada Ferrari sürücüləri və Valtteri Bottas Soft-dan istifadə ediblər, digər sürücülər isə trasa SuperSoft-la çıxıblar.Brendon Hartlinin maşını quş vurub və antiqanadını dəyişmək üçün boksa yollanıb.Roman Qrojan təkərləri bloka salıb, trasdan çıxıb və təkər dəstini korlayıb. Sessiyanın sonun 5 dəqiqə qalmış qırmızı bayraqlar dalğalanıb.2-ci döngənin çıxışında Maks Ferstappen trasdan çıxıb və baryerlərə çırpılıb. Sürücü kokpiti özü tərk edib, RB14 təxliyə olunub. Sessiyanın son dəqiqələrində 3 güclü komandanın sürücülərindən başqa hamı trasa tələsib.Fernando AlonsoRoman Qrojan eyni nəticəni göstərsələr də, ispaniyalı sürücü bunu daha əvvəl etdiyi üçün mübarizəni davam etdirib. Kimi Rəykkönen sarı təkərlərlə protokollara başçılıq edib – 1:28.951.Mübarizəni isə Roman Qrojanla bərabər Williams və Sauber sürücüləri tam heyətlə dayandırıblar.

Sessiya 2

İkinci sessiyada yalnız Lyuis Həmilton trasa Soft tərkibi ilə çıxıb – sabah britaniyalı sürücü yarışa bu təkərlərlə başlayacaq və fərqli strategiyada olacaq.Sebastyan Fettel ilk cəhdində protokollara başçılıq edib – 1:28.341. Mübarizəni isə bu sessiyada iştirak etməyən Maks Ferstappenlə birlikdə Brendon Hartli,Serxio PerezMcLaren sürücüləri dayandırıblar.Honda motoru quraşdırılmış Toro Rosso sürücüləri hər iki McLaren sürücüsündən üstün olublar.Pyer Qasli isə karyerasında ilk dəfə son sessiyaya keçə bilib.

Sessiya 3

Son sessiyada hamı SuperSoft-dan istifadə edib. Niko Hülkenberq,Kevin MaqnussenEsteban Okon yalnız bir cəhd ediblər.Sebastyan Fettel ilk cəhdində – 1:28.196 nəticə göstərsə də,Kimi Rəykkönen onu üstələyib – 1:28.101. İkinci cəhdində isə almaniyalı sürücü trafikdə ləngiyən komanda yoldaşını qabaqlayıb – 1:27.958.

Start düzümü

Avstraliyadan sonra ötürmələr qutusunu dəyişən Lyuis Həmilton Bəhreyn yarışının startında 5 yer itirəcək.

  1. Almaniya Sebastyan Fettel 1:27.958
  2. Finlandiya Kimi Rəykkönen 1:28.101
  3. Finlandiya Valtteri Bottas 1:28.124
  4. Avstraliya Daniel Rikiardo 1:28.398
  5. Fransa Pyer Qasli 1:29.329
  6. Danimarka Kevin Maqnussen 1:29.358
  7. Almaniya Niko Hülkenberq 1:29.570
  8. Fransa Esteban Okon 1:29.874
  9. Böyük Britaniya Lyuis Həmilton 1:28.220
  10. İspaniya Karlos Sayns 1:29.986
  11. Yeni Zelandiya Brendon Hartli 1:30.105
  12. Meksika Serxio Perez 1:30.156
  13. İspaniya Fernando Alonso 1:30.212
  14. Belçika Stoffel Vandorn 1:30.525
  15. Niderland Maks Ferstappen -:-:-
  16. Fransa Roman Qrojan 1:30.530
  17. İsveç Markus Eriksson 1:31.063
  18. Rusiya Sergey Sirotkin 1:31.414
  19. Monako Şarl Lekler 1:31.420
  20. Kanada Lens Stroll 1:31.503

Yarış

İsinmə dövrəsinə Brendon HartliSerxio Perez öz mövqelərindən başlamayıblar. Stüardlar yarışdan sonra bu məsələni nəzərdən keçiriblər və hər iki sürücünün nəticəsinə 30 saniyə əlavə edilib.Sebastyan Fettel startda liderliyini qoruya bilib,Valtteri Bottas Kimi Rəykköneni keçib.Niko Hülkenberqlə Kevin Maqnussen toqquşublar və nəticədə alman sürücünün maşınının ön qanadı xəsarət alıb.Serxio Perez Brendon Hartli ilə təmasdan sonra yerində fırlanıb, stüardlar bu insidentə görə Toro Rosso-nun sürücüsünə 10 saniyəlik cəza veriblər. Maks Ferstappen 9-cu yerə yüksəlmək üçün Lyuis Həmiltona hücum edib, lakin britaniyalı buna imkan verməyib. Maşınlar toqquşub, təkəri deşilən Maks Ferstappen maşını boksa çatdırıb. Elə bu anda Daniel Rikiardo motor güc itirdiyi üçün yarışı dayandırmalı olub. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib.Restart 5-ci dövrədə verilib.Lyuis Həmilton bir həmlədə Niko Hülkenberqi,Esteban OkonuFernando Alonsonu geridə qoyub.Maks Ferstappen maşını hidravlik sistemin təzyiqi sürətlə aşağı düşdüyü üçün təhlükəsizlik zonasında saxlayıb. Yarış Red Bull üçün erkən bitib.Lyuis Həmilton Kevin MaqnussenPyer Qaslini də keçərək dördüncüyə yüksəlib.Serxio Perez 10-cu dəvrədə təkərlərini dəyişib. Onu növbəti dövrədə Stoffel VandornLens Stroll izləyiblər. 17-ci dövrədə Karlos Sayns, 19-cu dövrədə Sebastyan FettelRoman Qrojan, 20-ci dövrədə Kimi Rəykkönen, 22-ci dövrədə isə Valtteri Bottas pit-stopa yollanıblar.Sebastyan Fettel 25-ci dövrədə təzə təkərlərlə hələ pit- stop etməmiş Lyuis Həmiltonu qabaqlaya bilib və liderliyi yenidən özünə qaytarıb.Lyuis Hemilton 26-cı dövrədə yeni təkərlərə keçən son sürücü olub.Növbəti dövrələrdə Serxio Perez, Kevin MaqnussenStoffel Vandorn ikinci dəfə pit-stop ediblər. Kimi Rəykkönen 36-dı dövrədə yenidən pit yoluna yönəlib. Sol arxa təkər hələ dəyişilməsə də, Kimi Raykkonenə hərəkət etməsi ilə bağlı işarə verilib. Bu da mexaniklərdən birinin ciddi xəsarət alması ilə nəticələnib.Kimi Raykkonen kokpiti tərk edib və yarış onun üçün başa çatıb. Mexanik dərhal tibbi mərkəzə aparılıb.Fernando AlonsoNiko Hülkenberq 40-cı dövrədə növbəti dəfə təkər dəyişiblər.Niko Hulkenberq 2 dövrə sonra Markus Erikssonu geridə qoyaraq altıncı olub. 46-cı dövrədə Roman Qrojan tempini itirib və boksa qayıdıb.Yarışa ilk üçlükdə davam edən sürücülər tək pit-stoplu strategiya seçiblər. SuperSoft təkərlərlə yarışan Sebastyan Fettel üçün son dövrələr çətin keçib.Valtteri Bottas fərqi sürətlə azaldıb və hücum məsafəsinə çatıb. Lakin alman sürücü yerini qoruya bilib.Sebastyan Fettel mövsümdə ikinci, karyerasında isə 49-cu qələbəsinə imza atıb. Çempionatdakı əsas rəqibi Lyuis Həmilton 9-cu yerdən başladığı yarışda zərəri minimuma endirməyə nail olub və komanda yoldaşının arxasında finişə çataraq podiumun üçüncü pilləsinə yüksəlib.Pyer Qasli yarışı dördüncü yerdə başa vuraraq karyerasında ən yaxşı nəticəni əldə edib. Bu, həm də Honda üçün idmana qayıtdıqdan sonra ən uğurlu yarış olub. Doqquzuncu olan Markus Eriksson da Sauber üçün bu mövsüm ilk xalları qazandırıb.

Nəticələr

  1. Almaniya Sebastyan Fettel Ferrari
  2. Finlandiya Valtteri Bottas Mercedes
  3. Böyük Britaniya Lyuis Həmilton Mercedes
  4. Fransa Pyer Qasli Toro Rosso
  5. Danimarka Kevin Maqnussen Haas
  6. Almaniya Niko Hülkenberq Renault
  7. İspaniya Fernando Alonso McLaren
  8. Belçika Stoffel Vandorn McLaren
  9. İsveç Markus Eriksson Sauber
  10. Fransa Esteban Okon Force India
  11. İspaniya Karlos Sayns Renault
  12. Monako Şarl Lekler Sauber
  13. Fransa Roman Qrojan Haas
  14. Kanada Lens Stroll Williams
  15. Rusiya Sergey Sirotkin Williams
  16. Meksika Serxio Perez Force India
  17. Yeni Zelandiya Brendon Hartli Toro Rosso

Yarışı dayandıranlar

  1. Finlandiya Kimi Rəykkönen Ferrari
  2. Niderland Maks Ferstappen Red Bull
  3. Avstraliya Daniel Rikiardo Red Bull

DHL Fastest Pit Stop Award

DHL Fastest Pit Stop Award qalibi Ferrari

Adətən mövsümün ilk yarışlarında pit-stopların sürəti nisbətən aşağı olur – bu tendensiya Bəhreyndə də davam edib. Avstraliyada olduğu kimi, bu dəfə də 3 saniyədən daha uzun müddətdə baş tutan pit-stop əməliyyatları ilk onluğa düşüb.Melburnda hamıdan sürətli olan Red Bull mexaniklərinin hər iki sürücü yarışın əvvəlində mübarizəni dayandırdığından bu dəfə özlərini göstərmək şansları olmayıb. Ferrari mexanikləri bu fürsətdən istifadə ediblər – onların Sebastyan Fettelin maşınına 2.24 saniyəyə xidmət göstərərək birinci olublar. Keçən il yaxşı nəticələrlə yadda qalan Williams mexanikləri bu dəfə ikinci ola biliblər – onlar [[Sergey Sirotkin]]in maşınının dörd təkərini 2.40 saniyəyə dəyişiblər. Mercedes mexanikləri isə ilk üçlüyü bağlayıblar. İki nəticə ilə ilk onluqda təmsil olunan cəmi iki komanda var – FerrariForce India.

  1. İtaliya Ferrari 51
  2. Avstriya Red Bull 40
  3. Böyük Britaniya Williams 30
  4. Hindistan Force India 20
  5. Almaniya Mercedes 16
  6. Fransa Renault 12
  7. İsveçrə Sauber 12
  8. ABŞ Haas 11
  9. İtaliya Toro Rosso 8
  10. Böyük Britaniya McLaren 2

Günün sürücüsü

Günün sürücüsü – Pyer Qasli

Sıralanma turunda gözlənilmədən üçüncü sessiyaya keçərək altıncı olan, Lyuis Həmilton yer itirdiyi üçün yarışa beşinci yerdən başlayan, yekunda isə dördüncü yeri tutaraq karyerasında ən yaxşı nəticəni göstərən Pyer Qasli “Günün Sürücüsü” seçilib. Frsansalı sürücü bu ada ilk dəfədir ki, layiq görülür.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.