2018 Azərbaycan Qran-prisi
2018 Formula 1 Azərbaycan Qran Prisi — Formula 1 üzrə 3-cü Azərbaycan Qran Prisi.
Azərbaycan Qran Prisi üçün təkər seçimi
Mərhələ / Tərkiblər | SuperHard | Hard | Medium | Soft | SuperSoft | UltraSoft | HyperSoft |
---|---|---|---|---|---|---|---|
Markalanma rəngi | Narıncı | Mavi | Ağ | Sarı | Qırmızı | Bənövşəyi | Çəhrayı |
Azərbaycan Qran Prisi | Soft | SuperSoft | UltraSoft | ||||
Sərbəst yürüşlər
Birinci sərbəst yürüşlər
Sessiyanın əvvəlində asfalta plastik parçası düşüb və marşallardan biri onu dərhal götürüb. Startdan 16 dəqiqə sonra Brendon Hartli 8-ci döngənin girişində səhvə yol verib və təhlükəsizlik zonasına girib. Lakin yenidən trasa qayıdaraq məşqə davam edib.Maks Ferstappen 34-cü dəqiqədə bariyerlə toqquşub və dayanıb. Zərbənin təsirindən sürət qutusu birinci ötürmədə ilişib qalıb və bu, marşalların da işini çətinləşdirib.Maks Ferstappen da təxliyə prossesinə kömək edib. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib və 4 dəqiqə sonra sessiya normal axarı ilə davam edib. Sürücülərin əksəriyyəti səhvlərə yol verib. Kimi Rəykkönen güc qurğusundakı problemə görə sessiyanın böyük hissəsini itirib. Protokollara Valtteri Bottas başçılıq edib – 1:44.242.
- Valtteri Bottas 1:44.242
- Daniel Rikiardo 1:44.277
- Lyuis Həmilton 1:45.200
- Esteban Okon 1:45.237
- Serxio Perez 1:45.422
- Maks Ferstappen 1:45.559
- Fernando Alonso 1:46.465
- Sergey Sirotkin 1:46.480
- Sebastyan Fettel 1:46.513
- Lens Stroll 1:46.590
- Brendon Hartli 1:46.747
- Niko Hülkenberq 1:46.749
- Kimi Rəykkönen 1:46.861
- Şarl Lekler 1:46.875
- Roman Qrojan 1:46.963
- Markus Eriksson 1:47.073
- Pyer Qasli 1:47.368
- Kevin Maqnussen 1:47.434
- Stoffel Vandorn 1:47.967
- Karlos Sayns 1:48.741
İkinci sərbəst yürüşlər
Mexaniklər ilk sessiyada qəza edən Maks Ferstappenin maşınını yalnız startdan 20 dəqiqə sonra hazır edə biliblər. Hollandiyalı sürücü bu dəfə də səhvlər edib, üçüncü döngədə təhlükəsizlik zonasına çıxmalı olub.Renault mexanikləri də Niko Hülkenberqin maşını üzərində uzun müddət işləyiblər.Niko bir neçə dövrə vurduqdan sonra maşını yenidən onların ixtiyarına verib, daha sonra isə yenidən trasa qayıdıb və məşqlərə davam edib. Komandalar ənənəyə uyğun olaraq sazlanmaların tapılması və təkərlərin səmərəliliyinin yoxlanılması üzərində işləyiblər. Sürücülər əvvəlcə Soft və SuperSoft təkərlərlə trasa çıxıblar, sonra isə UltraSoft təkərlərə keçiblər. Sessiyanın sonlarında Maks Ferstappen güc qurğusu problemi ilə qarşılaşıb və ona yavaş-yavaş boksa qayıtması tapşırılıb.
- Daniel Rikiardo 1:42.795
- Kimi Rəykkönen 1:42.864
- Maks Ferstappen 1:42.911
- Valtteri Bottas 1:43.570
- Lyuis Həmilton 1:43.603
- Fernando Alonso 1:43.700
- Esteban Okon 1:43.814
- Karlos Sayns 1:43.834
- Kevin Maqnussen 1:43.977
- Niko Hülkenberq 1:44.091
- Sebastyan Fettel 1:44.127
- Serxio Perez 1:44.142
- Roman Qrojan 1:44.425
- Lens Stroll 1:44.459
- Pyer Qasli 1:44.712
- Şarl Lekler 1:44.940
- Sergey Sirotkin 1:45.007
- Brendon Hartli 1:45.051
- Stoffel Vandorn 1:45.288
- Markus Eriksson 1:46.042
Üçüncü sərbəst yürüşlər
Asfaltla ilişmə dünənlə müqayisədə daha yaxşı olsa da, bir neçə dəfə sürücülər idarəetməni itirərək trasdan çıxdıqları üçün sarı bayraqlar dalğalandırılıb. Sessiya boyunca UltraSoft təkərlərə üstünlük verilib. Sona 8 dəqiqə qalmış Sergey Sirotkin üçüncü döngədə qəza edib. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Rus sürücünün maşını təxliyə edilərək boksa gətirilib.Fasilə 5 dəqiqə davam edib və sürücülər yenidən boksları tərk ediblər. Onların sadəcə bir sürətli dövrə vurmağa vaxtları çatıb. Protokollara bu dəfə Sebastyan Fettel başçılıq edib – 1:43.091. Geridə qalan üç sessiyada qüvvələr nisbətini bilmək demək olar ki, mümkün olmayıb.
- Sebastyan Fettel 1:43.091
- Lyuis Həmilton 1:43.452
- Kimi Rəykkönen 1:43.493
- Maks Ferstappen 1:43.519
- Valtteri Bottas 1:43.569
- Serxio Perez 1:43.936
- Kevin Maqnussen 1:43.958
- Lens Stroll 1:44.123
- Esteban Okon 1:44.220
- Sergey Sirotkin 1:44.534
- Fernando Alonso 1:44.763
- Daniel Rikiardo 1:44.861
- Pyer Qasli 1:44.905
- Şarl Lekler 1:45.218
- Roman Qrojan 1:45.261
- Karlos Sayns 1:45.432
- Niko Hülkenberq 1:45.456
- Stoffel Vandorn 1:45.505
- Markus Eriksson 1:45.910
- Brendon Hartli 1:46.186
Sıralanma turu
Sessiya 1
Birinci sessiyada bütün sürücülər UltraSoft təkərlərlə trasa çıxıblar.Roman Qrojan ötürmələr qutusunun probleminə görə mübarizəni erkən dayandırıb.Pyer Qasli təkəri deşilmiş komanda yoldaşı Brendon Hartli ilə toqquşmaqdan son anda yayına bilib. Sürücülərin əksəriyyəti trafikə düşüb.Kimi Rəykkönen protokollara başçılıq edib – 1:42.538.Stoffel Vandorn,Markus Eriksson,Toro Rosso və Roman Qrojan növbəti sessiyaya keçə bilməyiblər.
Sessiya 2
İkinci sessiyada top komandaların sürücüləri SuperSoft təkərlərlə trasa çıxaraq sabahkı yarışa nisbətən sərt tərkiblə başlamağa qərar veriblər.Lyuis Həmilton SuperSoft-la hamıdan sürətli olub, ikinci cəhdində UltraSoft təkərə keçən Kimi Rəykkönen onu üstələyib – 1:42.510.Lens Stroll, Sergey Sirotkin,Fernando Alonso,Lekler və Kevin Maqnussen mübarizəni dayandırıblar.
Sessiya 3
Son sessiyada Renault sürücüləri işlənmiş, digərləri isə yeni UltraSoft təkərlərlə trasa çıxıblar.Sebastyan Fettelin ilk cəhdi mükəmməl alınıb – 1.41.498.Lyuis Həmilton ikinci cəhdində nəticəsini yaxşılaşdırıb, lakin çempionatdakı əsas rəqibinə cüzi uduzub. İlk iki sektorun rekordu ilə gedən Kimi Rəykkönen 16-cı döngədə ciddi səhvə yol verərək poul qazanmaq şansını əldən verib.Sebastyan Fettel bu mövsüm üçüncü, karyerasında 53-cü poulunu əldə edib.Lyuis Həmilton ikinci,Valtteri Bottas isə üçüncü yerləri tutublar.
Start düzümü
Start düzümünü sıralanma turunun protokolundan fərqləndirən yeganə amil Niko Hülkenberqin ötürmələr qutusunu vaxtından əvvəl dəyişdiyi üçün beş yer itirməsi olub. Sıralanma turunda ən yaxın rəqibinə 12 saniyə uduzan Brendon Hartli və nəticə göstərməyən Roman Qrojan stüardların qərarı ilə starta buraxılıblar.
- Sebastyan Fettel 1:41.498
- Lyuis Həmilton 1:41.677
- Valtteri Bottas 1:41.837
- Daniel Rikiardo 1:41.911
- Maks Ferstappen 1:41.994
- Kimi Rəykkönen 1:42.490
- Esteban Okon 1:42.523
- Serxio Perez 1:42.547
- Karlos Sayns 1:43.351
- Lens Stroll 1:43.585
- Sergey Sirotkin 1:43.886
- Fernando Alonso 1:44.019
- Şarl Lekler 1:44.074
- Niko Hülkenberq 1:43.066
- Kevin Maqnussen 1:44.759
- Stoffel Vandorn 1:44.489
- Pyer Qasli 1:44.496
- Markus Eriksson 1:34.914
- Brendon Hartli 1:57.354
- Roman Qrojan -:-:-
Yarış
Sebastyan Fettel əla start alaraq rəqiblərinə hücum şansı verməyib.Esteban Okon Kimi Rəykkönenlə toqquşmadan sonra mübarizəni dayandırıb.Sergey Sirotkin Serxio Perezlə təmas yaşasa da, maşınlara zərər dəyməyib, lakin stüardlar onu cəzalandırıblar. Rus sürücü daha sonra Niko Hülkenberq və Fernando Alonsonun arasında qalıb, təmasda asılqanı qırılıb və yarış onun üçün başa çatıb.Markus Eriksson da Kevin Maqnussenlə insidentə görə 10 saniyə cəzalandırılıb. Təhlükəsizlik Maşını trasa daxil olub. Sağ tərəfdəki hər iki təkəri deşilən Fernando Alonso məcburi pit-stop edib və Soft təkərlərə keçib.Brendon Hartli də təkərlərini dəyişib.Kimi Rəykkönenin maşının ön qanadı yenisi ilə əvəzlənib.5-ci dövrədə restart verilib.Sebastyan Fettel yenə liderliyini qoruyub,Maks Ferstappen və Karlos Sayns Daniel Rikiardonu keçiblər.Sebastyan Fettel 2 dövrə ərzində Lyuis Həmiltonla fərqi 3 saniyəyə çatdırıb. Kimi Rəykkönen bariyerlərlə sürtünüb, lakin maşın zədələnməyib. Hər iki Red Bull sürücüsü ERS sisteminin problemi ilə qarşılaşıblar. Nəticədə 9-cu dövrədə Karlos Sayns Maks Ferstappeni, növbəti dövrədə isə Niko Hülkenberq Daniel Rikiardonu keçib. Alman sürücü dərhal Maks Ferstappenə hücumlar etməyə başlayıb və onu da keçib.Niko Hülkenberq bu dəfə də Bakıdakı yarışı başa vura bilməyib. 11-ci dövrədə bariyerlərlə təmasda araxa sol təkəri zədələyib və mübarizəni dayandırıb.Daniel Rikiardo bir neçə dəfə Maks Ferstappenə hücumlar edib, təkər-təkərə mübarizələr insidentsiz ötüşüb.Pyer Qasli 13-cü dövrədə pit-stop edib,Kimi Rəykkönen Lens Strollu üstələyərək 8-ci yerə yüksəlib. Növbəti dövrələrdə Karlos Sayns və Stoffel Vandorn təkərlərini dəyişiblər.Lens Strollu bu dəfə Serxio Perez keçib.Lyuis Həmilton 23-cü,Lens Stroll 24-cü, Lekler 25-ci dövrədə pit yoluna üz tutublar. İki dövrə sonra Daniel Rikiardo birinci döngədə Maks Ferstappeni keçib, lakin hollandiyalı sürücü ikinci döngədə mövqeyini geri alıb. 31-ci dövrədə Sebastyan Fettel də təkərlərini dəyişib.Daniel Rikiardo nəhayət, Maks Ferstappeni keçib.Daniel Rikiardo 38-ci,Maks Ferstappen isə 39-cu dövrədə UltraSoft təkərlərə keçiblər.Maks Ferstappen trasa komanda yoldaşının önündə qayıdıb. Yarışın 40-cı dövrəsində start düzlüyündə Daniel Rikiardo Maks Ferstappenə hücum edib. Bu zaman toqquşma baş verib və hər iki sürücü mübarizəni dayandırmalı olub. Təhlükəsizlik Maşını bir daha trasa daxil olub.Ferrari və Mercedes sürücüləri dərhal UltraSoft təkərlərə keçiblərSerxio Perez isə SuperSoft-a üstünlük verib.Roman Qrojan 43-cü dövrədə TM arxasında maşını bariyerə vuraraq mübarizəni dayandırıb. Tibbi Maşın və Təxliyə Maşını trasa daxil olub.Roman Qrojan xəsarət almayıb. 47-ci dövrədə restart verilib. Sebastyan Fettel Valtteri Bottasa hücum edərkən əyləcləri çox gec basıb və trasdan bir qədər çıxıb.Lyuis Həmilton və Kimi Rəykkönen dərhal fürsətdən yararlanaraq onu ötüblər.Fernando Alonso isə Lens Strollu qabaqlayaraq daha bir mövqe qazanıb. Təkərləri yeyilən Sebastyan Fettel Serxio Perez tərəfindən də keçilib. 49-cü dövrədə daha bir gözlənilməz hadisə baş verib – qələbəyə doğru gedən Valtteri Bottasın arxa sağ təkəri start düzlüyündə deşilib və finlandiyalı sürücü üçün yarış başa çatıb.Lyuis Həmilton mövsümdə və Azərbaycanda ilk, karyerasında 63-cü qələbəsini əldə edib. Xatırladaq ki,Lyuis Hemilton son qələbəsini keçən il ABŞ- da qazanmışdı. O, həm də sürücülər çempionatında liderliyə yüksəlib.Kimi Rəykkönen ikinci yeri tutub,Serxio Perez isə yenə də Bakıda podiuma yüksələ bilib – hər üç sürücü mövsümün ilk dörd yarışındakı ən yaxşı nəticələrini əldə ediblər. Lekler və Brendon Hartli karyeralarında ilk xallarını qazanıblar.Lens Stroll da komandasının bu mövsümdəki xal hesabını açıb.
Nəticə
- Lyuis Həmilton Mercedes
- Kimi Rəykkönen Ferrari
- Serxio Perez Force India
- Sebastyan Fettel Ferrari
- Karlos Sayns Renault
- Şarl Lekler Sauber
- Fernando Alonso McLaren
- Lens Stroll Williams
- Stoffel Vandorn McLaren
- Brendon Hartli Toro Rosso
- Markus Eriksson Sauber
- Pyer Qasli Toro Rosso
- Kevin Maqnussen Haas
- Valtteri Bottas Mercedes
Mübarizəni dayandıranlar
- Roman Qrojan Haas
- Daniel Rikiardo Red Bull
- Maks Ferstappen Red Bull
- Niko Hülkenberq Renault
- Sergey Sirotkin Williams
- Esteban Okon Force India
Günün sürücüsü
Sıralanma turunda 14-cü olan, Niko Hülkenberqin yer itirməsinə görə yarışa 13-cü yerdən başlayan, finiş xəttini altıncı keçərək karyerasında ilk xallarını qazanan Sauber-in debütant sürücüsü [[Şarl Lekler]] “Günün Sürücüsü” seçilib. Monakolu sürücü ilk dəfədir ki, bu ada layiq görülür.
DHL Fastest Pit Stop Award
Bakıda ən sürətli pit- stopu Williams mexanikləri ediblər – onlar Lens Strollun maşınına 2.18 saniyə ərzində xidmət göstəriblər ki, bu da mövsümün rekordundan cəmi 0.03 saniyə yavaşdır.Red Bull komandası yarışda xal qazana bilməsə də, ən yaxşı pit-stoplar siyahısında ikinci və üçüncü yerləri tutub. Avstriyalılar bu reytinqdə liderliklərini davam etdirə biliblər. Növbəti yerləri Ferrari və Mercedes komandaları tuturlar.
- Red Bull 101
- Ferrari 71
- Mercedes 63
- Williams 56
- Force India 37
- Sauber 24
- Toro Rosso 20
- Renault 13
- Haas 11
- McLaren 8
Sürücülərin cərimə balları
Serxio Perez, Kevin Maqnussen,Markus Eriksson və Sergey Sirotkin 2 balla cərimələniblər.Kevin Maqnussen hazırda aktivində ən çox bal olan sürücüdür, lakin növbəti yarış ərəfəsində və bu müddətdə danimarkalı sürücünün 1 balı silinəcək. Stoffel Vandorn da keçən il Rusiyada hesabına yazılan 1 baldan azad olacaq.Bu dəyişiklikləri cədvəldə nəzərə alinib.
- Daniil Kvyat 7
- Kevin Maqnussen 7
- Markus Eriksson 7
- Serxio Perez 5
- Maks Ferstappen 5
- Brendon Hartli 4
- Stoffel Vandorn 4
- Felipe Massa 3
- Roman Qrojan 3
- Sebastyan Fettel 3
- Kimi Rəykkönen 3
- Fernando Alonso 2
- Karlos Sayns 2
- Censon Batton 2
- Paskal Verlyayn 2
- Pyer Qasli 2
- Daniel Rikiardo 2
- Sergey Sirotkin 2
- Niko Hülkenberq 1
- Colion Palmer 1
- Lens Stroll 1
Maraqlı statistika
SIRALANMA TURU
- Sebastyan Fettel mövsümdə ardıcıl üçüncü, karyerasında 53-cü poulunu qazanıb. O, həm
də ilk cərgədən start almaq sayına görə (87) Ayrton Sennaya çatıb.
- Bakı Şəhər Halqası Sebastyan Fettelin poul qazandığı 23-cü, ilk cərgədən yarışa başladığı
26-cı tras olub.
- Bakı Şəhər Halqası Ferrari komandasının azı bir poul qazandığı 49-cu tras olub.
- Sıralanma turunda ikinci olan Lyuis Həmilton 120-ci dəfə yarışa ilk cərgədən başlayıb.
Britaniyalı sürücü bu göstəriciyə görə mütləq liderdir.
- Valtteri Bottas ardıcıl üçüncü yarışda üçüncü yerdən start alıb.
- Sıralanma turunda altıncı olan Kimi Rəykkönen
2016-cı ildə Meksika Qran Prisindən bəri ən pis nəticəsini əldə edib. O, keçən il Yaponiyadakı yarışa 10-cu yerdən start vermişdi, lakin buna səbəb ötürmələr qutusu dəyişdirildiyi üçün 5 yer itirməsi olmuşdu.
YARIŞ
- Son altı ayda (keçənilki ABŞ Qran Prisindən
bəri) ilk dəfə qalib gələn Lyuis Həmilton karyerasında 63-cü qələbəsini qazanıb.
- Lyuis Həmilton Formula 1-də yarışdığı 12-ci mövsümündə də qalib gəlib və çempionat
tarixində buna nail olan yeganə sürücüdür.
- Bakı Şəhər Halqası Lyuis Həmiltonun qələbə qazandığı 25-ci tras olub – britaniyalı sürücü
bu göstəriciyə görə də vahid liderdir.
- Lyuis Həmilton karyerasında 120-ci dəfə podiuma yüksəlib.
- Yarışda ikinci olan Kimi Rəykkönen 29 müxtəlif trasda podiuma yüksəlmiş olub və
Alen Prostun nəticəsini təkrarlayıb. Finlandiyalının aktivində artıq 94 podium var.
- Yarışı üçüncü yerdə başa vuran Serxio Perez 8 dəfə podiuma yüksələn ilk meksikalı sürücü
olub. O,Pedro Rodrigesi üstələyib.
- Finiş xəttini altıncı keçən Şarl Lekler Formula 1 tarixində xal qazanmış ikinci Monakolu sürücü
olub. Digəri isə təbii ki,Lui Şirondur.
- Brendon Hartli çempionatda Kris Amondan sonra xal qazanan ilk yeni zelandiyalı sürücü
olub.
- Yarışın sön dövrələrində lider gedərkən təkəri
partladığı üçün mübarizəni dayandıran Valtteri Bottasın 18 yarışlıq məhsuldar seriyası sona çatıb.