2018 Avstraliya Qran-prisi
Avstraliya Qran Prisi 2018— 2018-ci ildə keçirilmiş növbəti Avstraliya Qran Prisi.
Avstraliya Qran Prisi üçün təkər seçimi
Mərhələ / Tərkiblər | SuperHard | Hard | Medium | Soft | SuperSoft | UltraSoft | HyperSoft |
---|---|---|---|---|---|---|---|
Markalanma rəngi | Narıncı | Mavi | Ağ | Sarı | Qırmızı | Bənövşəyi | Çəhrayı |
Avstraliya Qran Prisi | Soft | SuperSoft | UltraSoft | ||||
Sərbəst yürüşlər
Birinci sərbəst yürüşlər
Komandaların iş proqramı da müxtəlif olub – Mercedes UltraSoft-larla işləyərkən, Ferrari Soft təkərlərə üstünlük verib.Kimi Rəykkönen bu proqrama sadiq qalsa da,Sebastyan Fettel sona az qamış SuperSoft təkərlərə keçib.
# | Pilot | Zaman |
---|---|---|
1 | Lyuis Həmilton | 1:24.026 |
2 | Valtteri Bottas | 1:24.577 |
3 | Maks Ferstappen | 1:24.771 |
4 | Kimi Rəykkönen | 1:24.875 |
5 | Sebastyan Fettel | 1:24.995 |
6 | Daniel Rikiardo | 1:25.063 |
7 | Roman Qrojan | 1:25.730 |
8 | Fernando Alonso | 1:25.896 |
9 | Karlos Sayns | 1:25.922 |
10 | Stoffel Vandorn | 1:26.482 |
11 | Pyer Qasli | 1:26.494 |
12 | Sergey Sirotkin | 1:26.536 |
13 | Niko Hülkenberq | 1:26.583 |
14 | Esteban Okon | 1:26.605 |
15 | Ləns Stroll | 1:26.636 |
16 | Serxio Peres | 1:26.767 |
17 | Kevin Maqnussen | 1:27.035 |
18 | Brendon Hartli | 1:27.745 |
19 | Markus Eriksson | 1:27.964 |
20 | Şarl Lekler | 1:28.853 |
İkinci sərbəst yürüşlər
Sessiyanın əvvəlində Esteban Okon vəValtteri Bottas trasdan çıxıblar.Valtteri Bottasa Kimi Rəykkönen mane olub, onunla toqquşmaqdan yayınmaq üçün Mercedes-in sürücüsü trasdan çıxmalı olub. Məşqlər başa çatdıqdan sonra hər iki sürücü stüardların yanına çağırılıb. 43-cü dəqiqədə sessiya qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb start düzlüyündə asfaltdan kabelin çıxması olub. Sürücülər bokslara qayıdıblar. Texniki xidmət əməkdaşları problemi aradan qaldırıblar, 3 dəqiqə sonra yaşıl işıqlar yanıb. Ən böyük məsafəni Brendon Hartli qət edib.Protokollara isə yenə Lyuis Həmilton başçılıq edib – 1:23.931. Sessiya başa çatdıqdan sonra sürücülər start zamanı əsas və əlavə işıqfordan istifadə prosedurunu öyrəniblər. Lens Strollun maşınının mühərriyi çox qızıb və kanadalı ona zərər verməmək üçün dayanmalı olub.
- Lyuis Həmilton 1:23.931
- Maks Ferstappen 1:24.058
- Valtteri Bottas 1:24.159
- Kimi Rəykkönen 1:24.214
- Sebastyan Fettel 1:24.451
- Roman Qrojan 1:24.648
- Daniel Rikkardo 1:24.721
- Fernando Alonso 1:25.200
- Kevin Maqnussen 1:25.246
- Stoffel Vandorn 1:25.285
- Karlos Sayns 1:25.390
- Serxio Peres 1:25.413
- Niko Hülkenberq 1:25.463
- Ləns Stroll 1:25.543
- Esteban Okon 1:25.888
- Brendon Hartli 1:25.925
- Pyer Qasli 1:25.945
- Sergey Sirotkin 1:25.974
- Markus Eriksson 1:26.814
- Şarl Lekler 1:26.815
Üçüncü sərbəst yürüşlər
Sürücülər ilk 20 dəqiqədə yağış təkərləri ilə dövrələr vurublar, lakin çox aktiv olmayıblar. Trasın vəziyyəti düzəldikcə, onlar da yağış təkərlərini keçid təkərlərinə dəyişiblər.Lyuis Həmilton trasa olduqca gec çıxıb.Sükanda problem yaranıb və yenisi ilə əvəzlənib. Ciddi problemlə üzləşən daha bir sürücüLens Stroll olub. Mexaniklər onun maşınının ötürmələr qutusu üzərində sessiyanın startından etibarən işləyiblər, kanadalı sürücü yalnız sona 17 dəqiqə qalmış boksu tərk edə bilib. Son dövrələrdə trayektoriya o qədər quruyub ki, bəzi sürücülər sliklərə keçiblər.Sebastyan Fettel Maks Ferstappenin nəticəsini üstələyərək liderliyə yüksəlib.Kimi Rəykkönen ikinci,Markus Eriksson isə üçüncü nəticəni göstərib.
- Sebastyan Fettel 1:26.067
- Kimi Rəykkönen 1:28.499
- Markus Eriksson 1:28.890
- Maks Ferstappen 1:31.680
- Karlos Sayns 1:33.172
- Daniel Rikkardo 1:34.043
- Valtteri Bottas 1:34.174
- Lyuis Həmilton 1:34.225
- Stoffel Vandorn 1:34.233
- Fernando Alonso 1:34.298
- Pyer Qasli 1:34.990
- Brendon Hartli 1:35.438
- Sergey Sirotkin 1:35.589
- Ləns Stroll 1:35.828
- Roman Qrojan 1:36.171
- Şarl Lekler 1:36.448
- Kevin Maqnussen 1:36.807
- Niko Hülkenberq 1:38.482
- Esteban Okon -:-:-
- Serxio Peres -:-:-
Sıralanma turu
Sessiya 1
"Birinci sessiyada" bütün sürücülər UltraSoft təkərlərlə trasa çıxıblar. Bu təkərlərin səmərəliliyini itirmədən bir neçə dövrəlik məsafə qət etmək mümkün olub, sürücülər ardıcıl, növbəli şəkildə sürətli və yavaş dövrələr vurublar. Bu sıralanma turu debütantlar Sergey Sirotkin və Şarl Lekler üçün karyeralarında ilk olub. Hər iki sürücü komanda yoldaşına uduzub və mübarizəni elə ilk sessiyada dayandırıb. Onlarla yanaşı Brendon Hartli,Markus Eriksson və Pyer Qasli də növbəti sessiyaya keçə bilməyiblər. Protokollara Lyuis Həmilton başçılıq edib – 1:22.824.
Sessiya 2
İkinci sessiyada Red Bull-un hər iki sürücüsü sabahkı yarışa fərqli strategiya ilə başlamaq üçün SuperSoft, digər sürücülər isə UltraSoft təkərlərlə boksları tərk ediblər.Niko Hülkenberq çınqıllığa çıxsa da, maşın zədələnməyib.Sebastyan Fettel trasın rekordunu yeniləyərək protokollara başçılıq edib – 1:21.944.Fernando Alonso, Stoffel Vandorn,Serxio Peres,Lens Stroll və Esteban Okon mübarizəni dayandırıblar.
Sessiya 3
Son sessiyada gözlənildiyi kimi, hamı UltraSoft təkərlərdən istifadə edib. İlk sürətli dövrəsində olanValtteri Bottas ikinci döngədə idarəetməni itirib, maşının əvvəlcə arxa, sonra isə ön hissəsini divara vurub. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Valtteri Bottasmaşını özü tərk edib və müayinə üçün tibb mərkəzinə aparılıb. Qırıntıların yığışdırılması və qoruyucu səddin bərpası 9 dəqiqə çəkib və sessiya bundan sonra davam etdirilib. İlk cəhdlərdə Lyuis Həmilton,Sebastyan Fettel və Maks Ferstappen arasındakı fərq çox cüzi olub. Hər kəs ikinci cəhdlərdə poul uğrunda gərgin mübarizə gözləsə də,Lyuis Həmilton buna imkan verməyib – britaniyalı sürücü 1:21.164-lük nəticə ilə trasın yeni rekordunu müəyyən edib.Lyuis Həmilton karyerasında 73-cü, Albert Parkda isə yeddinci poulunu qazanıb. Bu, həm də Lyuis Hemiltonun burada ardıcıl beşinci pouludur. Kimi Rəykkönen komanda yoldaşını qabaqlayaraq ikinci olub. Dördüncü və beşinci yerləri isə Red Bull sürücüləri tutublar. Top komandaların sürücülərindən sonra ən yaxşı nəticəni göstərən Kevin Maqnussen olub.
Start düzümü
Daniel Rikiardo ikinci məşqlərdə qırmızı bayraqlar altında sürətini kifayət qədər azaltmadığı üçün 3 yer, sıralanma turunda qəza edən Valtteri Bottas isə ötürmələr qutusu dəyişdirildiyinə görə 5 yer itirmək cəzası alıb.
- | Lyuis Həmilton 1:21.164
- | Kimi Rəykkönen1:21.828
- | Sebastyan Fettel 1:21.838
- | Maks Ferstappen1:21.879
- | Kevin Maqnussen1:23.187
- | Roman Qrojan1:23.339
- | Niko Hülkenberq1:23.532
- | Daniel Rikkardo 1:22.152*
- | Karlos Sayns 1:23.577
- | Fernando Alonso1:23.692
- | Stoffel Vandorn 1:23.853
- | Serxio Peres 1:24.005
- | Ləns Stroll1:24.230
- | Esteban Okon1:24.786
- | Valtteri Bottas -:-:- *
- | Brendon Hartli1:24.532
- | Markus Eriksson] 1:24.556
- | Şarl Lekler1:24.636
- | Sergey Sirotkin 1:24.922
- | Pyer Qasli1:25.295
Yarış
Lyuis Həmilton startda yerini qoruyub, Kevin Maqnussen isə Maks Ferstappeni üstələyib. İlk döngədə sərt şəkildə əyləcə basaraq təkərləri pis vəziyyətə salan Brendon Hartli 2-ci dövrədə pit-stop etməli olub. Liderlər eyni tempdə gediblər, lakin üçüncü dövrədən sonra Lyuis Həmilton fərqi 1.2 saniyəyə çatdıra bilib. Dördüncü dövrədəValtteri Bottas Lens Strollu, 5-ci dövrədə isə Daniel Rikiardo Niko Hülkenberqi ötüb.Markus Eriksson maşında yaranmış nasazlığa görə mübarizəni dayandırmalı olub. Növbəti dövrədə isəSergey Sirotkin yarışı yarımçıq saxlayıb. Buna səbəb əyləclərdəki problem olub. Problemi isə soyutma sisteminin hava kanalına paketin düşməsi yaradıb.Valtteri Bottas bir qədər sonra Esteban Okonu qabaqlayıb.Maks Ferstappen ikinci dövrənin çıxışında yerində fırlanıb və 3 yer itirib. İlk üçlük eyni templə yarışa davam edib,Kevin Maqnussen isə onlardan xeyli geri qalıb. 15-ci dövrədə Pyer Qasli yarışı tərk etməli olub. Sürücü Honda motorundakı problemə görə tempini itirib və dərhal boksa çağrılıb.Kimi Rəykkönen 19-cu dövrədə pit-stopa yollanıb. Bir dövrə sonra təkərlərini dəyişən Lyuis Həmilton trasa onun önündə qayıdıb. 21-ci dövrədəSarl Lekler, 22-ci dövrədəMaks Ferstappen, 23-cü dövrədə isəKevin Maqnussen pit yoluna üz tutublar. Səhvə yol verənKarlos Sayns da pit-stopa çağrılıb. Sol arxa təkəri yaxşı bağlanmayan Kevin Maqnussen dördüncü döngədə dayanmalı olub.Esteban Okon,Roman Qrojan,Niko Hülkenberq vəSerxio Peres də təkərləri dəyişən növbəti sürücülər olublar.Roman Qrojan da pit-stopdan dərhal sonra təkər yaxşı bağlanmadığı üçün dayanmalı olub. Yaxşı xallar əldə edə biləcəyi yarışda Haas komandasının bir anda hər iki sürücüsü yarışı başa vurub. Virtual Təhlükəsizlik Maşını (VTM) rejimi elan edilib,Valtteri Bottas,Lens Stroll vəStoffel Vandorn pit-stopa yollanıblar.Sebastyan Fettel 26-cı dövrədə təkərlərini dəyişib və trasa VTM rejiminə görə sürətini aşağı salan Lyuis Həmiltondan irəlidə qayıdıb.Fernando Alonso vəDaniel Rikiardo da pit-stop edərək bu fürsətdən yararlana biliblər. Daha bir dövrə sonra isə Təhlükəsizlik Maşını trasa daxil olub.Maks Ferstappen Fernando Alonsnu sarı bayraqlar altında keçib və komandanın xahişi ilə yerini geri qaytarıb. Restart 31-ci dövrədə verilib –Sebastyan Fettel Lyuis Həmiltona ötmə imkanı yaratmayıb.Valtteri Bottas Sebastyan Vandornu keçərək səkkizinci yerə yüksəlib.Lyuis Həmilton tempi artırıb,Sebastyan Fettellə ardıcıl sürətli dövrələr vurublar, lakin aradakı fərq dəyişməz olaraq qalıb.Daniel Rikiardo Kimi Rəykkönenlə aradakı fərqi minimuma endirib, lakin hücum edə bilməyib. İlk dördlükdə gərgin mübarizə finişə qədər davam edib. Lakin Albert Parkda hətta DRS-lə də ötmə çətin olduğundan, hər hansı bir yerdəyişmə baş verməyib. Son dövrələrdə yenidən hücuma keçənLyuis Həmilton səhvə yol verərək bir qədər vaxt itirib.Karlos Sayns son 10 dövrədə mədə ağrısından şikayət edib, lakin finişə qədər yarışa bilib.Sebastyan Fettel karyerasında 48-ci, Albert Parkda üçüncü, ardıcıl isə ikinci qələbəsini qazanıb. Bu, həm də alman sürücünün 100-cü podiumu olub.Lyuis Həmilton qələbəyə yaxın olduğu yarışda ikinci yerlə kifayətlənib,Kimi Rəykkönen isə podiumun son pilləsinə yüksəlib. İlk onluqda 5 komandanın – Ferrari, Mercedes, Red Bull,McLaren və Renault-nun sürücüləri qərarlaşıblar.
Nəticələr
Maraqlı statistika
SIRALANMA TURU
Lyuis Həmilton Albert Parkda 7-ci (ardıcıl 5- ci), karyerasında isə 73-cü poulunu qazanıb. Britaniyalı sürücü poul sayına görə Formula 1 tarixində ən uğurlu sürücüdür. O, həm də iştirak etdiyi yarışların 35%-inə pouldan başlayıb.
Albert Park Lyuis Həmiltonun 7 poul qazandığı ilk trasdır. Bir trasda ən çox poul qazanmaq rekordu Ayrton Senna (İmola – 8) və Mixael Şumaxerə (Suzuka – 8) aiddir.
Sıralanma turunda ikinci olan Kimi Rəykkönen karyerasında 40-cı dəfə yarışa ilk cərgədən başlayıb.
Kevin Maqnussenin yarışa 5-ci yerdən başlaması Haas komandasının tarixində hələ ki, ən yaxşı nəticə olub.
Niko Hülkenberq tarixdə ardıcıl dörd yarışa 7-ci yerdən başlayan ilk sürücü olub.
YARIŞ
Sebastyan Fettelin qələbəsi karyerasında 48- ci, Ferrari üçün isə 950-ci yarışda 230-cu qələbə olub.
Sebastyan Fettel karyerasında 100-cü podiumunu əldə edib. Alman sürücü demək olar ki, keçirdiyi hər iki yarışdan birində podiuma yüksəlib.
Sebastyan Fettel karyerasında 199-cu dəfə start alıb və bu göstəriciyə görə Alen Prosta çatıb. Lakin qələbə sayında fransıza çatmaq üçün daha 3 dəfə finiş xəttini birinci keçməlidir.
2004-cü ildən bəri ilk dəfə Ferrari hər iki sürücüsü ilə Albert Parkda podiuma yüksəlib.
Sebastyan Fettel Avstraliya Qran Prisinin 28- ci dövrəsində Formula 1 tarixində 3000 dövrədən çox liderlik edən üçüncü sürücü olub. Ondan öndə Mixael Şumaxer (5111) və Lyuis Həmilton (3535) var.
2015-ci ildə baş tutmuş Sinqapur Qran Prisindən bəri ilk dəfə Renault mühərriklərindən istifadə edən bütün maşınlar xal qazanıb. O vaxt sadəcə iki komanda fransızlardan motor alırdısa, indi onların sayı üçdür.
DHL Fastest Pit Stop Award
Mövsümün ilk yarışında ən sürətli pit-stopu Red Bull-un mexanikləri ediblər – onlar Maks Ferstappenin maşınının dörd təkərini 2.15 saniyəyə dəyişiblər.Rikkardonun maşını üçün etdikləri pit-stop əməliyyatı isə üçüncü olub – 2.45 saniyə. Ferrari mexaniklərini Rəykkönenin maşınına 2.39 saniyəyə göstərdikləri xidmətlə ikinci olublar. Bu sahədə ən yaxşılardan sayılan Williams mexaniklərinə Sergey Sirotkin yarışı erkən başa vurduğu üçün yalnız bir dəfə iş düşüb və onlar dördüncü nəticəni göstəriblər.
Günün sürücüsü
Yarışa 10-cu sıradan başlayan, öndəki bir neçə sürücünün yarışı tamamlaya bilməməsinə görə Virtual Təhlükəsizlik Maşını rejimində pit-stop edərək beşinci yerə yüksələn, yarışın sonlarına qədər Maks Ferstappenə ötmə imkanı verməyən McLaren- in sürücüsü Fernando Alonso “Günün Sürücüsü” seçilib. İspan sürücü bu ada ilk dəfədir ki, layiq görülür.