2018 İspaniya Qran-prisi
2018 İspaniya Qran Prisi—2018-ci ildə keçirilmiş növbəti İspaniya Qran Prisi.
İspaniya Qran Prisi üçün təkər seçimi
Mərhələ / Tərkiblər | SuperHard | Hard | Medium | Soft | SuperSoft | UltraSoft | HyperSoft |
---|---|---|---|---|---|---|---|
Markalanma rəngi | Narıncı | Mavi | Ağ | Sarı | Qırmızı | Bənövşəyi | Çəhrayı |
İspaniya Qran Prisi | Medium | Soft | SuperSoft | ||||
Sərbəst yürüşlər
Birinci sərbəst yürüşlər
Williams-da Sergey Sirotkini Robert Kubitsa əvəz edib. Polşalı sürücü bolidin qış testlərindəki və indiki vəziyyətini müqayisə etmək üçün sükan arxasına keçib.Robert Kubitsa həm də Barselonadakı ikigünlük testlərdə komandasına kömək edəcək. Güclü külək sürücülərin işinə mane olub. Valtteri Bottas,Markus Eriksson və Sebastyan Fettel yerində fırlansalar da, qəzasız yollarına davam ediblər.Brendon Hartli və Roman Qrojan çınqıllığa düşüblər. Sessiyanın 34-cü dəqiqəsində qəza edən Daniel Rikiardonun maşınının asılqanı qırılıb və sessiya onun üçün başa çatıb. Onun maşınının təxliyə edilməsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Daha sonra Robert Kubitsa və Lens Stroll da yerlərində fırlanıblar. Williams sürücüləri aerodinamikaya tələbkar trasdakı ilk məşqdə son iki yeri tutublar. Protokollara Valtteri Bottas başçılıq edib – 1:18.148. Bu, trasın rəsmi rekordudur və keçənilki poul nəticəsindən bir saniyə sürətlidir. Lakin qış testlərində Sebastyan Fettelin göstərdiyi nəticəyə (1:17.182) xeyli uduzur.
- Valtteri Bottas 1:18.148
- Lyuis Həmilton 1:18.997
- Sebastyan Fettel 1:19.098
- Maks Ferstappen 1:19.187
- Kimi Rəykkönen 1:19.499
- Fernando Alonso 1:19.858
- Daniel Rikiardo 1:19.871
- Roman Qrojan 1:19.906
- Stoffel Vandorn 1:20.083
- Pyer Qasli 1:20.508
- Kevin Maqnussen 1:20.637
- Şarl Lekler 1:20.665
- Serxio Perez 1:20.924
- Markus Eriksson 1:20.984
- Karlos Sayns 1:21.053
- Esteban Okon 1:21.144
- Niko Hülkenberq 1:21.159
- Brendon Hartli 1:21.373
- Robert Kubitsa 1:21.510
- Lens Stroll 1:22.756
İkinci sərbəst yürüşlər
Ikinci sessiya qəza ilə başlayıb–Roman Qrojan idarəetməni itirərək çınqıllığa düşüb. Təxliyə işlərinin aparılması üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Bir neçə dəqiqədən sonra sürücülər işlərinə davam ediblər. Sessiya əsasən sazlanmaların tapılmasına və təkərlərin effektivliyinin qiymətləndirilməsinə həsr edilib.Sergey Sirotkin ikinci məşqlərdə maşını Robert Kubitsadan təhvil alıb.Stoffel Vandorn maşının altlığı dəyişildiyindən, ilk yarım saatı boksda keçirməli olub.Kimi Rəykkönen sessiyanın 49-cu dəqiqəsində çınqıllığa çıxsa da, trasa qayıda bilib. Bundan 4 dəqiqə sonra isə onun maşını tüstülənib və mühəndisi dayanmasını xahiş edib. Finlandiyalı sürücü maşını pit-leynə gətirib və mexaniklərə təhvil verib.Serxio Perez pit-stopdan sonra sol ön təkəri yaxşı bağlanmadığı üçün doqquzuncu döngədə dayanmalı olub. Protokollara Lyuis Həmilton başçılıq edib – 1:18.259.Nəticələr sıx olub, lakin yarış simulyasiyasında Red Bull sürücüləri daha yaxşı təsir bağışlayıblar.
- Lyuis Həmilton 1:18.259
- Daniel Rikiardo 1:18.392
- Maks Ferstappen 1:18.533
- Sebastyan Fettel 1:18.585
- Valtteri Bottas 1:18:611
- Kimi Rəykkönen 1:18.829
- Roman Qrojan 1:19.579
- Kevin Maqnussen 1:19.643
- Stoffel Vandorn 1:19.722
- Serxio Perez 1:19.962
- Esteban Okon 1:20.024
- Fernando Alonso 1:20.035
- Niko Hülkenberq 1:20.183
- Pyer Qasli 1:20.373
- Markus Eriksson 1:20.501
- Şarl Lekler 1:20.514
- Karlos Sayns 1:20.672
- Brendon Hartli 1:21.265
- Lens Stroll 1:21.556
- Sergey Sirotkin 1:22.060
Üçüncü sərbəst yürüşlər
Tras rezin qatı ilə örtüldüyündən, sürücülər əvvəlki günlər qədər səhvlərə yol verməyiblər. Sessiya sakit keçib,36-cı dəqiqədə dördüncü döngədə səhvə yol verərək trasdan çıxıb, sonra isə boksa qayıtmalı olub.Roman Qrojan da trasdan çıxıb, lakin maşına zərər dəyməyib.Maks Ferstappenin maşınında elektrik sistemlərində problem yaranıb. Gənc sürücü 5 dövrə vurduqdan sonra boksa qayıdıb və bir daha trasa çıxmayıb. Sessiyanın başa çatmasına iki dəqiqə qalmış Brendon Hartli 9-cu döngədə qəza edib və sessiya qırmızı bayraqlarla dayandırılıb. Protokollara Lyuis Həmilton başçılıq edib – 1:17.281.
- Lyuis Həmilton 1:17.281
- Valtteri Bottas 1:17.294
- Sebastyan Fettel 1:17.550
- Kimi Rəykkönen 1:17.581
- Daniel Rikiardo 1:17.981
- Kevin Maqnussen 1:18.357
- Roman Qrojan 1:18.706
- Karlos Sayns 1:18.783
- Fernando Alonso 1:18.847
- Pyer Qasli 1:18.886
- Niko Hülkenberq 1:18.905
- Maks Ferstappen 1:19.013
- Esteban Okon 1:19.121
- Stoffel Vandorn 1:19.236
- Şarl Lekler 1:19.292
- Serxio Perez 1:19.376
- Brendon Hartli 1:19.428
- Markus Eriksson 1:19.744
- Lens Stroll 1:19.900
- Sergey Sirotkin 1:19.909
Sıralanma turu
Sessiya 1
Birinci sessiyada McLaren sürücüləri Medium, Force India sürücüləri Soft, digərləri isə SuperSoft təkərlərlə trasa çıxıblar.Kimi Rəykkönen ilk cəhddə hamıdan sürətli olsa da, daha sonra komanda yoldaşı Sebastyan Fettel onu üstələyərək sessiyanın ən yaxşı nəticəsini göstərib – 1:17.031.Niko Hülkenberqin maşınının yanacaq sistemində problem yaranıb. O, boksa qayıdıb. Bir qədər sonra yenidən trasa çıxsa da, növbəti sessiyaya keçmək üçün lazım olan nəticəni əldə edə bilməyib. İkinci cəhddə hamı SuperSoft təkərlərə keçib. Vaxt bitdikdən sonra sürətli dövrəsində olan Lens Stroll çınqıllığa düşüb. Onunla birlikdə,Niko Hülkenberq, Markus Eriksson və Sergey Sirotkin də mübarizəni dayandırıblar.
Sessiya 2
İkinci sessiyada Mercedes,Ferrari,Red Bull və Haas sürücüləri ilə yanaşı,Stoffel Vandorn da Soft tərkiblə boksları tərk ediblər.Sebastyan Fettel ilk cəhddə 1:16.802-lik nəticə göstərib və bu, alman sürücüyə protokollara başçılıq etməsi üçün kifayət edib.Lyuis Həmilton daha sonra SuperSoft təkərlərə keçsə də, nəticəsini yaxşılaşdıra bilməyib.Stoffel Vandorn,Pyer Qasli,Esteban Okon, Lekler və Serxio Perez ilk onluğa düşməyiblər.
Sessiya 3
Son sessiyada bütün sürücülər SuperSoft təkərləri seçiblər.Lyuis Həmilton ilk cəhddə hamıdan sürətli olub. İkinci cəhdlərdə Daniel Rikiardo,Sebastyan Fettel,Fernando Alonso və Kimi Rəykkönen Soft təkərlərə,Lyuis Həmilton isə yeni SuperSoft dəstinə keçib. Britaniyalı göstəricisini daha da yaxşılaşdırıb – 1:16.173. Son sektorda porebriklərin üstünə çıxan Valtteri Bottas ona cəmi 0.04 saniyə uduzub.Sebastyan Fettel üçüncü ən yaxşı nəticəni göstərib. Beləliklə,Lyuis Həmilton mövsümdə ikinci, Barselonada ardıcıl üçüncü, karyerasında isə 74-cü poulunu qazanıb.Mercedes sürücüləri startda ilk,Ferrari sürücüləri ikinci,Red Bull sürücüləri isə üçüncü cərgəni tutublar.
Start düzümü
Sıralanma turunun protokolundan fəqləndirən sadəcə bir yerdəyişmə var–Bakıdakı insidentə görə bu yarışın startında üç yer itirmək cəzası alan və Barselonada 18-ci olan Sergey Sirotkin cəmi bir yer itirərək komanda yoldaşının arxasına düşüb. Onun 20-ci yerə düşməməsinin səbəbi isə Brendon Hartlinin üçüncü məşqlərdə etdiyi qəza üzündən sıralanma turunda, ümumiyyətlə, iştirak edə bilməməsidir. Lakin stüardlar yeni zelandiyalı sürücünü starta buraxıblar.
- Lyuis Həmilton 1:16.173
- Valtteri Bottas 1:16.213
- Sebastyan Fettel 1:16.305
- Kimi Rəykkönen 1:16.612
- Maks Ferstappen 1:16.816
- Daniel Rikiardo 1:16.818
- Kevin Maqnussen 1:17.676
- Fernando Alonso 1:17.721
- Karlos Sayns 1:17.790
- Roman Qrojan 1:17.835
- Stoffel Vandorn 1:18.323
- Pyer Qasli 1:18.463
- Esteban Okon 1:18.696
- Şarl Lekler 1:18.910
- Serxio Perez 1:19.098
- Niko Hülkenberq 1:18.923
- Markus Eriksson 1:19.493
- Lens Stroll 1:20.225
- Sergey Sirotkin 1:19.695
- Brendon Hartli -:-:-
Yarış
Lyuis Həmilton startda mövqeyini qoruyub,Sebastyan Fettel isə Valtteri Bottası keçib.Karlos Sayns və Fernando Alonso təmas yaşayıblar və McLaren-in təcrübəli sürücüsü bir neçə yer itirib. Üçüncü döngədə Kevin Maqnussen Roman Qrojanın önündə əyləcə basıb və onu çaşdırıb. Fransız sürücü idarəetməni itirib,Niko Hülkenberq və Pyer Qasli ilə toqquşub. Nəticədə hər üç sürücü mübarizəni dayandırıb. Təhlükəsizlik Maşını trasa çıxıb.Brendon Hartli və Sergey Sirotkin pit-stop ediblər və Medium təkərlərə keçiblər. 6-cı dövrədə restart verilib, Lyuis Həmilton yenə də keçilməyib. Kevin Maqnussen Karlos Saynsı,Fernando Alonso isə Esteban Okonu üstələyib.Lyuis Həmilton cəmi iki dövrə ərzində fərqi iki saniyəyə qaldırıb.Stoffel Vandorn ikinci döngədə trasdan çıxdıqdan sonra məhdudiyyət sütunun sağından deyil, solundan trasa qayıtdığı üçün stüardlar tərəfindən 5 saniyəlik cərimə alıb. Sebastyan Fettel 18-ci, Valtteri Bottas isə 20-ci dövrədə təkərlərini dəyişib.Valtteri Bottas bir qədər pitdə gecikib və nəticədə Sebastyan Fettellə Kevin Maqnussenin arxasında trasa qayıdıb. Növbəti iki dövrədə Lekler,Lens Stroll və Fernando Alonso da pit-stop ediblər. Yarışın 25-ci dövrəsində Kimi Rəykkönenin maşını güc itirib. Yavaş-yavaş boksa qayıdan Ferrari sürücüsü üçün mübarizə başa çatıb.Lyuis Həmilton 26-cı dövrədə pit yoluna üz tutub. Trasda daha çox qalan Red Bull sürücülərindən Daniel Rikiardo 34-cü,Maks Ferstappen isə 35-ci dövrədə pit-stopa çağrılıb.40-cı dövrədə Esteban Okonun maşını tüstülənib və yarışı yarımçıq saxlamalı olub. Onun maşınının təxliyə edilməsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib.Sebastyan Fettel və Serxio Perez pit- stop ediblər,Sebastyan Fettel trasa düz Maks Ferstappenin arxasında qayıdıb. Üç dövrə sonra Sergey Sirotkin yerində fırlanıb. O, dərhal təkərlərini dəyişməyə yollanıb.Maks Ferstappen Lens Strolla toqquşmada ön qanadını zədələyib.Serxio Perez Lens Strollu keçib.Fernando Alonso uzun müddət çalışdıqdan sonra, nəhayət, Lekleri üstələməyi bacarıb.47-ci dövrədə Stoffel Vandorn ötürmələr qutusunda yaranmış nasazlığa görə mübarizəni dayandırıb.Serxio Perez sona 7 dövrə qalmış Lekleri də keçərək daha bir pillə irəliləyib. Buludlar trasın üzərinə toplansa da, yağış yağmayıb.Lyuis Həmilton mövsümdə ardıcıl ikinci, karyerasında 64-cü qələbəsini qazanıb və çempionatda növqeyini daha da möhkəmləndirib.Valtteri Bottasın ikinci olması ilə Mercedes mövsümdə ilk dəfə yarışı dubl edərək başa vurub.Maks Ferstappen isə üçüncü olaraq builki ilk podiumunu əldə edib. Yalnız top komandaların sürücüləri yarışı liderlə eyni dövrədə bitirə biliblər.Şarl Lekler ardıcıl ikinci yarışı xalla başa vurub.
Nəticə
- Lyuis Həmilton Mercedes
- Valtteri BottasMercedes
- Maks Ferstappen Red Bull
- Sebastyan Fettel Ferrari
- Daniel Rikiardo Red Bull
- Kevin Maqnussen Haas
- Karlos Sayns Renault
- Fernando Alonso McLaren
- Serxio Perez Force India
- Şarl Lekler Sauber
- Lens Stroll Williams
- Brendon Hartli Toro Rosso
- Markus Eriksson Sauber
- Sergey Sirotkin Williams
Mübarizəni dayandıranlar
- Stoffel Vandorn McLaren
- Esteban Okon Force India
- Kimi Rəykkönen Ferrari
- Niko Hülkenberq Renault
- Pyer Qasli Toro Rosso
- Roman Qrojan Haas
Günün sürücüsü
Yarışa pouldan başlayan, finişə qədər səhvə yol verməyərək mövsümdə ardıcıl ikinci qələbəsini qazanan Lyuis Həmilton "Günün Sürücüsü" seçilib. Britaniyalı sürücü bu ada cari mövsümdə ilk dəfə, karyerasında isə beşinci dəfə (2016-cı ildə bir, 2017-ci ildə 3 dəfə) layiq görülür.
DHL Fastest Pit Stop Award
Barselonada mübarizə Mercedes və Ferrari arasında getsə də, pit-stop yarışında Red Bull və Williams komandaları daha sürətli olublar. Belə görünür ki,Williams- ın bu mövsüm uğur qazana biləcəyi yeganə mübarizə elə budur.Red Bull mexanikləri Daniel Rikiardonun yeganə pit-stopu zamanı hamıdan yaxşı işləyiblər – 2.26 saniyə.Maks Ferstappenin maşınına isə 2.38 saniyə ərzində xidmət göstəriblər ki, bu da ən yaxşı üçüncü nəticə olub. Qrouv təmsilçisinin mexanikləri Lens Strollun pit-stop əməliyyatını 2.36 saniyə ərzində başa vurublar.Sergey Sirotkin və Fernando Alonso üçün edilən pit-stoplar 2.49 saniyə vaxt alıb. Son yarışlarda uğur qazanan Sauber bu dəfə pit- stop yarışında da pis nəticə göstərməyib və iki nəticə ilə ilk onluğa düşüb.
- Red Bull 141
- Williams 86
- Ferrari 73
- Mercedes 71
- Force India 38
- Sauber 34
- Toro Rosso 20
- McLaren 18
- Renault 13
- Haas 11
Sürücülərin cərimə balları
Bu dəfə Stoffel Vandorn və Roman Qrojan stüardların diqqət mərkəzinə düşüblər – hər iki sürücü 2 balla cərimələnib. Növbəti yarış iki həftə sonra baş tutacaq və bu müddət ərzində Stoffel Vandorn və Paskal Verlyayn keçən il İspaniyada aldıqları cərimə ballarından azad olacaqlar. Beləliklə, Paskal Verlyaynın adı bu siyahıdan da silinmiş olacaq.Bu dəyişikliklər cədvəldə alinib.
- Daniil Kvyat 7
- Kevin Maqnussen 7
- Markus Eriksson 7
- Serxio Perez 5
- Maks Ferstappen 5
- Roman Qrojan 5
- Brendon Hartli 4
- Felipe Massa 3
- Stoffel Vandorn 3
- Sebastyan Fettel 3
- Kimi Rəykkönen 3
- Fernando Alonso 2
- Karlos Sayns 2
- Censon Batton 2
- Sergey Sirotkin 2
- Pyer Qasli 2
- Daniel Rikiardo 2
- Lens Stroll 1
- Niko Hülkenberq 1
- Colion Palmer 1
Mənbə
- Pirelli İspaniya QP üçün təkər seçimini elan edib
- İspaniya-2018: Birinci sərbəst yürüşlər
- İspaniya-2018: İkinci sərbəst yürüşlər
- İspaniya-2018: Üçüncü sərbəst yürüşlər
- İspaniya-2018: Sıralanma turu
- İspaniya-2018: Start düzümü
- İspaniya-2018: Yarış
- İspaniya-2018: Günün sürücüsü – Lyuis Həmilton
- İspaniya-2018: DHL Fastest Pit Stop Award
- İspaniya-2018: Sürücülərin cərimə balları və rəsmi xəbədarlıqları