2018 Çin Qran-prisi

2018 Çin Qran Prisi2018-ci ildə keçirilmiş növbəti Çin Qran Prisi.

Şanxay

Çin Qran Prisi üçün təkər seçimi

Mərhələ / TərkiblərSuperHardHardMediumSoftSuperSoftUltraSoftHyperSoft
Markalanma rəngiNarıncı Mavi Sarı Qırmızı Bənövşəyi Çəhrayı
Çin Qran PrisiMediumSoftUltraSoft

Sərbəst yürüşlər

Birinci sərbəst yürüşlər

Sürücülər sessiyaya Medium və Soft təkərlərlə başlayıblar. UltraSoft təkərlərə keçikdən sonra nəticələr xeyli yaxşılaşıb. Tras əvvəlcə xeyli sürüşkən olub, Lyuis Həmilton,Sebastyan FettelKimi Rəykkönen kimi təcrübəli sürücülər belə səhvlərə yol veriblər.Lyuis Həmilton sessiyanın ortasında göstərdiyi nəticə ilə rəqiblərini xeyli üstələyib – 1:33.999. Britaniyalı sürücü daha yaxşı nəticə göstərə bilərdi, lakin səhvə yol verib və boksa qayıdıb. Kimi Rəykkönen onun nəticəsinə 0.350 saniyə uduzub.Maks FerstappenStoffel Vandorn da səhvə yol verərək çınqıllığa düşüblər, lakin baryerlərlə toqquşmaqdan yayına biliblər.

  1. Böyük Britaniya Lyuis Həmilton 1:33.999
  2. Finlandiya Kimi Rəykkönen 1:34.358
  3. Finlandiya Valtteri Bottas 1:34.457
  4. Avstraliya Daniel Rikiardo 1:34.537
  5. Niderland Maks Ferstappen 1:34.668
  6. Almaniya Sebastyan Fettel 1:34.861
  7. Danimarka Kevin Maqnussen 1:35.178
  8. İspaniya Karlos Sayns 1:35.616
  9. Fransa Roman Qrojan 1:35.718
  10. Almaniya Niko Hülkenberq 1:35.800
  11. Fransa Pyer Qasli 1:36.037
  12. İspaniya Fernando Alonso 1:36.044
  13. Meksika Serxio Peres 1:36.051
  14. Fransa Esteban Okon 1:36.351
  15. Rusiya Sergey Sirotkin 1:36.691
  16. Yeni Zelandiya Brendon Hartli 1:36.715
  17. Monako Şarl Lekler 1:36.723
  18. Belçika Stoffel Vandorn 1:36.756
  19. İsveç Markus Eriksson 1:36.909
  20. Kanada Ləns Stroll 1:37.277
Birinci sərbəst yürüşlərin qalibi Lyuis Hemilton

İkinci sərbəst yürüşlər

Sürücülər diqqətlərini bu dəfə uzun məsafələr qət edərək təkərlərin səmərəliliyini yoxlamağa yönəldiblər. Sessiyanın sonunda yağış başlayıb, lakin sürücülər artıq proqramlarını başa çatdırdıqlarından, bokslarına qayıdıblar. Səhər olduğu kimi, bu dəfə də ciddi insident baş verməyib.Lens Stroll 8-ci,Roman Qrojan isə 11-ci döngələrdə trasdan çıxıb, lakin maşınlara zərər dəyməyib. Sona yaxınStoffel Vandorn arxa sağ təkər yaxşı bağlanmadığı üçün dayanmalı olub. Sarı bayraqlar dalğalanıb və onun maşını təxliyə edilib.Esteban Okon,Serxio Perez, Brendon Hartli,Pyer QasliFernando Alonso keçid təkərlərlə trasa qayıdaraq bir neçə dövrə vurublar. Protokollara çox cüzi fərqli Kimi Rəykkönen üstələyən Həmilton başçılıq edib – 1:33.482.

  1. Böyük Britaniya Lyuis Həmilton 1:33.482
  2. Finlandiya Kimi Rəykkönen 1:33.489
  3. Finlandiya Valtteri Bottas 1:33.515
  4. Almaniya Sebastyan Fettel 1:33.590
  5. Niderland Maks Ferstappen 1:33.823
  6. Almaniya Niko Hülkenberq 1:34.313
  7. Danimarka Kevin Maqnussen 1:34.458
  8. İspaniya Karlos Sayns 1:34.473
  9. Avstraliya Daniel Rikkardo 1:34.557
  10. İspaniya Fernando Alonso 1:34.632
  11. Meksika Serxio Peres 1:34.792
  12. Fransa Pyer Qasli 1:34.849
  13. Fransa Esteban Okon 1:34.874
  14. Belçika Stoffel Vandorn 1:35.163
  15. Yeni Zelandiya Brendon Hartli 1:35.333
  16. Rusiya Sergey Sirotkin 1:35.340
  17. İsveç Markus Eriksson 1:35.624
  18. Monako Şarl Lekler 1:35.916
  19. Fransa Roman Qrojan 1:36.471
  20. Kanada Ləns Stroll 1:37.147
İkinci sərbəst yürüşlərin qalibi Lyuis Hemilton

Üçüncü sərbəst yürüşlər

Bu dəfə sürücülər daha çox problemlərlə qarşılaşıblar.Lyuis Həmilton bir neçə dəfə səhvlərə yol verib,Roman Qrojan yerində fırlanıb və komanda onu boksa çağırıb – fransız sürücünün əyləc nasazlığı ilə qarşılaşdığı məlum olub.Stoffel Vandornun maşınında telemetriya işləməyib və komanda ondan məlumat ala bilməyib. Red Bull komandası bu dəfə də ciddi çətinliklərlə qarşılaşıb.Maks Ferstappenin maşınında ötürmələr qutusunda problem aşkarlanıb, lakin bunu həll etmək mümkün olub. Bir neçə dövrə vurmuş Daniel Rikiardonun maşınının motoru alışıb və avstraliyalı sürücü üçün sessiya vaxtından əvvəl başa çatıb. Protokollara həftəsonunun ən sürətli dövrəsini vurmuşSebastyan Fettel başçılıq edib – 1:33.018.

  1. Almaniya Sebastyan Fettel 1:33.018
  2. Finlandiya Kimi Rəykkönen 1:33.469
  3. Finlandiya Valtteri Bottas 1:33.761
  4. Niderland Maks Ferstappen 1:33.969
  5. Böyük Britaniya Lyuis Həmilton 1:34.057
  6. Danimarka Kevin Maqnussen 1:34.329
  7. Meksika Serxio Peres 1:34.445
  8. Fransa Esteban Okon 1:34.456
  9. İspaniya Karlos Sayns 1:34.582
  10. Rusiya Sergey Sirotkin 1:34.741
  11. Almaniya Niko Hülkenberq 1:34.841
  12. İspaniya Fernando Alonso 1:34.851
  13. Belçika Stoffel Vandorn 1:34.977
  14. Yeni Zelandiya Brendon Hartli 1:34.991
  15. Avstraliya Daniel Rikkardo 1:35.061
  16. Fransa Pyer Qasli 1:35.079
  17. Kanada Ləns Stroll 1:35.375
  18. Monako Şarl Lekler 1:35.497
  19. İsveç Markus Eriksson 1:35.679
  20. Fransa Roman Qrojan 1:35.756
Üçüncü sərbəst yürüşlərin qalibi Sebastyan Fettel

Sıralanma turu

Poulun sahibi Sebastyan Fettel

Sessiya 1

Birinci sessiyada Kevin Maqnussen Soft, digər sürücülər isə UltraSoft təkərlərlə trasa çıxıblar. Lekler sonuncu döngənin çıxışında yerində fırlanıb, lakin maşının baryerlərə çırpılmasının qarşısını ala bilib. Bu insidentə görə sarı bayraqlar dalğalanıb. Red Bull mexanikləri Daniel Rikiardonun maşınını yalnız sessiyanın son dəqiqələrinə hazır edə biliblər. Avstraliyalı sürücü yeganə fürsətindən istifadə edərək növbəti sessiyaya yüksələ bilib. Protokollara Sebastyan Fettel başçılıq edib – 1:32.171. Sergey Sirotkin,Pyer Qasli, Lens Stroll, Lekler vəMarkus Eriksson mübarizəni dayandıran sürücülər olublar.

Sessiya 2

İkinci sessiyada FerrariMercedes sürücüləri sabahkı yarışda fərqli strategiya seçmək üçün Soft təkərlərlə boksları tərk ediblər, qalan sürücülər isə UltraSoft təkərləri seçiblər. İlk cəhdində Kimi Rəykkönen hamını üstələsə də,Lyuis Həmilton ikinci cəhddə protokollara başçılıq edib – 1.31.914. Kevin Maqnussen,Esteban Okon,Fernando Alonso,Stoffel VandornBrendon Hartli üçün sıralanma turu başa çatıb.

Sessiya 3

Son sessiyada Roman Qrojan Soft, digər sürücülər isə UltraSoft təkərlərlə poul mübarizəsinə başlayıblar. İlk cəhdlərdən sonra ən uğurlu Kimi Rəykkönen olub – 1.31.200. İkinci cəhddə finlandiyalı sürücü nəticəsini cüzi yaxşılaşdırıb. Sebastyan Fettel isə trasın rekordunu da yeniləyərək poulun sahibi olub – 1.31.095! Mercedes sürücüləri əsas rəqiblərinə yarım saniyə məğlub olublar.

Start düzümü

Markus Erikssona sıralanma turunda sarı bayraqlar altında sürətini kifayət qədər azaltmadığı üçün 5 yer itirmək cəzası verilsə də, start düzümündə dəyişiklik olmayıb. Çünki isveçli sürücü onsuz da son yeri tutub.

  1. Almaniya Sebastyan Fettel 1:31.095
  2. Finlandiya Kimi Rəykkönen 1:31.182
  3. Finlandiya Valtteri Bottas 1:31.625
  4. Böyük Britaniya Lyuis Həmilton 1:31.675
  5. Niderland Maks Ferstappen 1:31.796
  6. Avstraliya Daniel Rikkardo 1:31.948
  7. Almaniya Niko Hülkenberq 1:32.532
  8. Meksika Serxio Peres 1:32.758
  9. İspaniya Karlos Sayns 1:32.819
  10. Fransa Roman Qrojan 1:32.855
  11. Danimarka Kevin Maqnussen 1:32.986
  12. Fransa Esteban Okon 1:33.057
  13. İspaniya Fernando Alonso 1:33.232
  14. Belçika Stoffel Vandorn 1:33.505
  15. Yeni Zelandiya Brendon Hartli 1:33.795
  16. Rusiya Sergey Sirotkin 1:34.062
  17. Fransa Pyer Qasli 1:34.101
  18. Kanada Ləns Stroll 1:34.285
  19. Monako Şarl Lekler 1:34.454
  20. İsveç Markus Eriksson 1:34.914

Yarış

Startda Sebastyan Fettel yerini qoruya bilib, lakin komanda yoldaşına bir qədər mane olub və bunun nəticəsində Valtteri Bottas ikinciliyə yüksəlib. Təkər üstünlüyünə sahib Maks Ferstappen Lyuis HəmiltonKimi Rəykköneni üstələyib.Sebastyan Fettel fərqi bir qədər artırıb.Stoffel Vandorn Sergey Sirotkini qabaqlayıb. Komandanın xahişi ilə Roman Qrojan Kevin Maqnusseni,Brendon Hartli isə Pyer Qaslini önə buraxıb. Hər iki halda komanda yoldaşları müxtəlif strategiyalarda olublar. 11-ci dövrədə Brendon Hartli pit-stop edən ilk sürücü olub. Növbəti üç dövrədə Esteban Okon,Karlos Sayns,Serxio Perez,Niko Hülkenberq də pit yoluna üz tutublar.Roman Qrojan 17-ci dövrədə təkərlərini dəyişib, Red Bull isə 18-ci dövrədə hər iki sürücüsünü pit-stopa çağırıb. Növbəti dövrədə Lyuis Həmilton boksa yollanıb. Valtteri Bottas 20-ci,Sebastyan Fettel isə 21-ci dövrədə təkərlərini dəyişiblər. Bir dövrə tez edilən pit-stop hesabına Valtteri Bottas Sebastyan Fetteli qabaqlayıb. Ferrari Kimi Rəykköneni trasda saxlayıb. Valtteri Bottas 27- ci dövrədə onu keçib. Kimi Raykkonen dərhal komanda yoldaşına yol verib və növbəti dövrədə təkərlərini dəyişib.Lekler 29-cu dövrədə çınqıllığa düşüb, lakin trasa qayıdaraq yarışa davam edə bilib. Növbəti dövrədə Fernando AlonsoSergey Sirotkin pit-stop ediblər. 31-ci dövrədə Toro Rosso sürücüləri toqquşsalar da, yarışa davam edə biliblər. Stüardlar Pyer Qasliyə 10 saniyəlik cəza veriblər. İnsident nəticəsində asfaltda qırıntılar olduğundan, Təhlükəsizlik Maşını trasa daxil olub. Red Bull dərhal hər iki sürücüsünü pitə çağıraraq qələbənin əsasını qoyub. Niko Hülkenberq,Karlos Sayns,Esteban Okon,Pyer Qasli həmin dövrədə,Serxio PerezSergey Sirotkin isə növbəti dövrədə təkərlərini dəyişiblər.Restart 35-ci dövrədə verilib,Valtteri Bottas liderliyini davam etdirib.Fernando Alonso dərhal Roman Qrojanı keçib, komanda yoldaşı Stoffel Vandorn isə Esteban Okona keçilib. İki dövrə sonra Daniel Rikiardo yeni təkərlərdən istifadə edərək Kimi Rəykköneni qabaqlayıb. Maks Ferstappen Lyuis Həmiltonu keçməyə cəhd edib, lakin toqquşmadan yayınmaq üçün asfaltdan çıxmağa məcbur olub və yer itirib.Lyuis Həmilton bu dəfə də Daniel Rikiardonun təzyiqlərinə məruz qalıb. Avstraliyalı sürücü onu da keçərək üçüncülüyə yüksəlib.Maks Ferstappen yenidən Lyuis Həmiltona hücum edib və bu dəfə onu ötməyə nail olub.Daniel Rikiardo isə 42-ci dövrədə Sebastyan Fetteli də üstələyərək ikinci olub. 44-cü dövrədə Maks Ferstappen Sebastyan Fettelə aqressiv hücum edib və toqquşma baş verib. Hər iki sürücü yer itirərək yarışa davam edib. Stüardlar Maks Ferstappenin nəticəsinə 10 saniyə əlavə olunacağını elan ediblər. 45-ci dövrədə Daniel Rikiardo gözlənildiyi kimi, təkərləri xeyli yeyilmiş Valtteri Bottası da asanlıqla qabaqlayaraq liderliyə yüksəlib.Maks Ferstappen 48-ci dövrədə Lyuis Həmiltonu növbəti dəfə ötüb.Brendon Hartli 53-cü dövrədə mexaniki problemlərə görə mübarizəni dayandırıb. Kimi Rəykkönen Valtteri Bottasa xeyli yaxınlaşıb, lakin hücum imkanı əldə etməyib.Fernando Alonso yeddincilik uğrunda mübarizədə tempini xeyli itirən Sebastyan Fetteli keçib. Daniel Rikiardo mövsümdə ilk, karyerasında altıncı qələbəsini qazanıb. Valtteri Bottas yarışı ikinci, Kimi Rəykkönen isə üçüncü yerdə başa vurub.Lyuis Həmilton dördüncü olaraq çempionatda Sebastyan Fettellə arasındakı xal fərqini xeyli azaldıb. Mercedes ilk üç yarışı qələbəsiz başa vursa da, Mühəndislər Kubokunda liderliyə yüksəlib.

Nəticə

  1. Avstraliya Daniel Rikiardo Red Bull
  2. Finlandiya Valtteri Bottas Mercedes
  3. FinlandiyaKimi Rəykkönen Ferrari
  4. Böyük Britaniya Lyuis Həmilton Mercedes
  5. Niderland Maks Ferstappen Red Bull
  6. Almaniya Niko Hülkenberq Renault
  7. İspaniya Fernando Alonso McLaren
  8. Almaniya Sebastyan Fettel Ferrari
  9. İspaniya Karlos Sayns Renault
  10. Danimarka Kevin Maqnussen Haas
  11. Fransa Esteban Okon Force India
  12. Meksika Serxio Peres Force India
  13. Belçika Stoffel Vandorn McLaren
  14. Kanada Lens Stroll Williams
  15. Rusiya Sergey Sirotkin Williams
  16. İsveç Markus Eriksson Sauber
  17. Fransa Roman Qrojan Haas
  18. Fransa Pyer Qasli Toro Rosso
  19. Monako Şarl Lekler Sauber

Mübarizəni dayandıran

  1. Yeni Zelandiya Brendon Hartli Toro Rosso

DHL Fastest Pit Stop Award

DHL Fastest Pit Stop Award qalibi Mercedes

Pit-stopların nəticəyə birbaşa təsir etdiyi Çin Qran Prisində Mercedes mexanikləri Valtteri Bottas üçün etdikləri mükəmməl pit-stop əməliyyatı ilə birinci olublar. Finlandiyalı sürücü məhz bu pit-stopdan sonra trasa Sebastyan Fetteldən öndə qayıtmışdı. Bu, həm də mövsümün ilk üç yarışında əldə edilən ən yaxşı nəticə olub. Maraqlıdır ki, Red Bull komandası hər iki pit- stopa sürücülərini eyni anda çağırsa da, mexaniklər səhvə yol verməyiblər, hətta Maks Ferstappendən arxada gələn Daniel Rikiardonun maşınına cəmi 2.33 saniyə ərzində xidmət göstəriblər. Force India mexanikləri bu il yaxşı mənada fərqlənirlər –Serxio Perez üçün etdikləri pit- stopla bu dəfə də ilk üçlüyə düşə biliblər. McLaren komandasının pit-stoplarındakı vəziyyət isə trasda olandan fərqlənmir.

  1. Avstriya Red Bull 68
  2. İtaliya Ferrari 57
  3. AlmaniyaMercedes 49
  4. Hindistan Force India 37
  5. Böyük Britaniya UilyamsWilliams 31
  6. İtaliya Toro Rosso 20
  7. İsveçrə Sauber 16
  8. Fransa Renault 12
  9. ABŞ Haas 11
  10. Böyük Britaniya McLaren 2

Günün sürücüsü

Günün sürücüsü – Daniel Rikiardo

Yarışa altıncı yerdən başlayan, komandanın düzgün və möhtəşəm strategiyasından məharətlə istifadə edərək qələbə qazanan Red Bull-un sürücüsü Daniel Rikiardo “Günün Sürücüsü” seçilib. Avstraliyalı sürücü cari mövsümdə ilk dəfə bu ada layiq görülür. O, 2016-cı ildə Almaniya, keçən il isə Britaniya və İtaliya yarışlarında tamaşaçıların rəğbətini qazanmışdı.

Sürücülərin cərimə balları

Çində stüardlar Markus Erikssona 3, Maks FerstappenPyer Qasliyə isə 2 cərimə balı verilib. Növbəti yarış ərəfəsində keçən il Bəhreyndə verilən cərimə balları silinəcək –Karlos Saynsın balları iki dəfə azalacaq,Lyuis Həmiltonun adı isə bu siyahıdan çıxacaq.Bu dəyişikliklər statistikada nəzərə alinib.

  1. Rusiya Daniil Kvyat 7
  2. Danimarka Kevin Maqnussen 6
  3. Belçika Stoffel Vandorn 5
  4. İsveç Markus Eriksson 5
  5. Niderland Maks Ferstappen 5
  6. Yeni Zelandiya Brendon Hartli 4
  7. Fransa Roman Qrojan 3
  8. Braziliya Felipe Massa 3
  9. Meksika Serxio Perez 3
  10. Almaniya Sebastyan Fettel 3
  11. Finlandiya Kimi Rəykkönen 3
  12. İspaniya Fernando Alonso 2
  13. İspaniya Karlos Sayns 2
  14. Böyük Britaniya Censon Batton 2
  15. Almaniya Paskal Verlyayn 2
  16. Fransa Pyer Qasli 2
  17. Avstraliya Daniel Rikiardo 2
  18. Kanada Lens Stroll 1
  19. Almaniya Niko Hülkenberq 1
  20. Böyük Britaniya Colion Palmer 1

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.