2018/2019 UEFA Millətlər Liqası
2018/2019 UEFA Millətlər Liqası – UEFA Millətlər Liqasının açılış mövsümüdür. UEFA-ya üzv olan federasiyaların 55 kişi milli futbol komandası arasında 2018-ci ilin sentyabr-noyabr aylarında, A diviziyasının 4 qrup qalibi arasında keçirilən final mərhələsi isə 2019-cu ilin 5-9 iyun tarixlərində Portuqaliyada oynandı.[1]
2018/2019 UEFA Millətlər Liqası | |
---|---|
Yarış məlumatları | |
Tarix |
Əsas mərhələ: 6 sentyabr – 20 noyabr 2018 Millətlər Liqası Finalları: 5–9 iyun 2019 |
Başlama tarixi | 6 sentyabr 2018 |
Bitmə tarixi | 9 iyun 2019 |
Komanda sayı | 55 |
Yekun nəticəsi | |
Çempion | Portuqaliya milli futbol komandası |
Çempion | Portuqaliya (1-ci dəfə) |
Gümüş medalçı | Niderland |
Bürünc medalçı | İngiltərə |
Dördüncü yer | İsveçrə İsveçrə |
Yarış statistikası | |
Oyun sayı | 142 |
Qol sayı | 342 (matç başına: 2.41) |
Tamaşaçı sayı | 2467041 matç başına: 17374 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Aleksandr Mitroviç (6 qol) |
2020–21 → |
Format
UEFA Millətlər Liqasının format və matç reqlamenti 4 dekabr 2014-cü il tarixində təsdiqləndi. Buna görə 55 komanda 2017-ci il UEFA milli komandalar sıralamasına görə A diviziyasında 12 komanda, B diviziyasında 12 komanda, C diviziyasında 15 komanda və D diviziyasında 16 komanda olmaqla dörd diviyaya ayrılır.[2]
Hər diviziya öz içində üç-üç və ya dörd-dörd komandalardan ibarət 4 qrupa ayrılır. Hər qrupda komandalar dairəvi sistem üsulu ilə 4 və ya 6 oyun oynayacaqdır. Oyunlar hər matç həftəsində 2 oyun olmaqla 2018-ci ilin sentyabr, noyabr tarixlərində oynanacaq. Ən yuxarı diviziya olan A diviziyasının qrup birinciləri 2019-cu il 5-9 iyul tarixlərində UEFA Millətlər Liqası çempionu olmaq üçün final mərhələsində qarşılaşacaqdır. Final mərhələsi püşkdən sonra bəlli olacaq və 2 yarı final oyunu və son final matçından ibarət olacaq. Ev sahibi ölkə 4 yarı finalist komanda arasından 2018-ci ilin dekabr ayında müəyyənləşdiriləcək.
Bu turnirin maraqlı tərəflərindən biri də komandaların alt diviziyaya düşmə və üst diviziyaya qalxa bilməsidir. B, C, D diviziyasının komandaları bir üst diviziyaya yüksələ bilər. A, B, C diviziyasının komandaları isə bir alt diviziyaya enə bilər. Qruplardakı komanda sayının fərqliliyinə görə C diviziyasının ən pis mübarizə aparan qrup üçüncüsü də D diviziyasına enəcəkdir.
Qrup mərhələsi üçün klassifikasiya qaydaları
Qruplarda iki və ya daha çox komandanın xallarının bərabər olması halında sıra ilə aşağıdakı kriteriyalardan istifadə olunur:[2]
- Komandaların öz aralarında oynadığı oyunlarda qazandıqları xal və ya xallar
- Komandaların bir-biri ilə keçirdiyi oyunlar arasında top fərqi
- Komandaların bir-biri ilə keçirdiyi oyunlarda vurulan qol sayı
- Komandaların bir-biri ilə keçirdiyi oyunlarda atılan səfər qolları
- 1-4 nömrəli kriteriyaların işlədilməsinə rəğmən hələ də bərabərlik pozulmayıbsa,1-4 nömrəli kriteriyalar bir daha işlədilir,və hələ də bərabərlik varsa 6-10 nömrəli kriteriyalar istifadə edilir.
- Qrupdakı qol fərqi
- Qrupda vurulan qol sayı
- Qrupda vurulan səfər qollarının sayı
- Qrupdakı qələbə sayı
- Qrupdakı səfər qələbəsi sayı
- Fair-play xalı (sarı kart 1 xal, qırmızı kart 3 xal, sarı + qırmızı kart 4 xal)
- 2017-ci il UEFA Milli komandaların reytinq cədvəli
Liqa sıralaması
Hər liqa üçün sıralama kriteriyaları:[2]
- Tutduğu yer
- Xal
- Qol fərqi
- Vurulan qol sayı
- Səfərdə vurulan qol sayı
- Qazanılan qələbə sayı
- Səfərdə qazanılan qələbə sayı
- Fair-play xalları (sarı kart 1 xal, qırmızı kart 3 xal, sarı + qırmızı kart 4 xal)
- 2017 UEFA Milli Komandalar reytinqi
Turnirin təqvimi
Mərhələ | Oyunlar | Tarix |
---|---|---|
Qrup mərhələsi | 1. oyunlar | 6–8 sentyabr 2018 |
2. oyunlar | 9–11 sentabr 2018 | |
3. oyunlar | 11–13 oktyabr 2018 | |
4. oyunlar | 14–16 oktyabr 2018 | |
5. oyunlar | 15–17 noyabr 2018 | |
6. oyunlar | 18–20 noyabr 2018 | |
Final mərhələsi | Yarı finallar | 5–6 iyun 2019 |
Üçüncülük uğrunda oyun | 9 iyun 2019 | |
Final |
Komandalar
|
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
A diviziyası
1. qrup
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Təsnifat və ya aşağı liqaya düşmə | NİD | FRA | ALM | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Niderland | 4 | 2 | 1 | 1 | 8 | 4 | +4 | 7 | Final mərhələsinə | — | 2–0 | 3–0 | |
2 | Fransa | 4 | 2 | 1 | 1 | 4 | 4 | 0 | 7 | 2–1 | — | 2–1 | ||
3 | Almaniya | 4 | 0 | 2 | 2 | 3 | 7 | −4 | 2 | B divizyasına | 2–2 | 0–0 | — |
2. qrup
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Təsnifat və ya aşağı liqaya düşmə | İSV | BEL | İSL | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | İsveçrə | 4 | 3 | 0 | 1 | 14 | 5 | +9 | 9 | Final mərhələsinə | — | 5–2 | 6–0 | |
2 | Belçika | 4 | 3 | 0 | 1 | 9 | 6 | +3 | 9 | 2–1 | — | 2–0 | ||
3 | İslandiya | 4 | 0 | 0 | 4 | 1 | 13 | −12 | 0 | B diviziyasına | 1–2 | 0–3 | — |
3. qrup
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Təsnifat və ya aşağı liqaya düşmə | POR | İTA | POL | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Portuqaliya | 4 | 2 | 2 | 0 | 5 | 3 | +2 | 8 | Final mərhələsinə | — | 1–0 | 1–1 | |
2 | İtaliya | 4 | 1 | 2 | 1 | 2 | 2 | 0 | 5 | 0–0 | — | 1–1 | ||
3 | Polşa | 4 | 0 | 2 | 2 | 4 | 6 | −2 | 2 | B diviziyasına | 2–3 | 0–1 | — |
4. qrup
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Təsnifat və ya aşağı liqaya düşmə | İNG | İSP | XOR | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | İngiltərə | 4 | 2 | 1 | 1 | 6 | 5 | +1 | 7 | Final mərhələsinə | — | 1–2 | 2–1 | |
2 | İspaniya | 4 | 2 | 0 | 2 | 12 | 7 | +5 | 6 | 2–3 | — | 6–0 | ||
3 | Xorvatiya | 4 | 1 | 1 | 2 | 4 | 10 | −6 | 4 | B diviziyasına | 0–0 | 3–2 | — |
Final mərhələsi
Final mərhələsinin püşkü 3 dekabr 2018-ci ildə İrlandiyanın Dublin şəhərindəki Şelburn Otelində atıldı.[3]
Cədvəl
Yarımfinallar | Final | |||||
5 iyun 2019 – Portu | ||||||
Portuqaliya | 3 | |||||
9 iyun 2019 – Portu | ||||||
İsveçrə | 1 | |||||
Portuqaliya | 1 | |||||
6 iyun 2019 – Gimarayeş | ||||||
Niderland | 0 | |||||
Niderland (ə.v) | 3 | |||||
İngiltərə | 1 | |||||
Üçüncülük uğrunda görüş | ||||||
9 iyun 2019 – Gimarayeş | ||||||
İsveçrə | 0 (5) | |||||
İngiltərə (pen.) | 0 (6) |
Yarı Finallar
5 iyun 2019 19:45 (Qərbi Avropa yay vaxtı ilə) |
|
Draqao stadionu, Portu Tamaşaçı: 42 415[4] Hakim: Feliks Brix |
}}
6 iyun 2019 19:45 (Qərbi Avropa yay vaxtı ilə) |
|
Eştadio Afonso Henrikez, Gimarayeş Tamaşaçı: 25 711[5] Hakim: Kleman Tyurpen |
B diviziyası
1. qrup
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Yuxarı liqaya yüksəlmə və ya aşağı liqaya düşmə | UKR | ÇEX | SVK | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Ukrayna | 4 | 3 | 0 | 1 | 5 | 5 | 0 | 9 | A diviziyasına | — | 1–0 | 1–0 | |
2 | Çexiya | 4 | 2 | 0 | 2 | 4 | 4 | 0 | 6 | 1–2 | — | 1–2 | ||
3 | Slovakiya | 4 | 1 | 0 | 3 | 5 | 5 | 0 | 3 | C diviziyasına | 4–1 | 1–2 | — |
2. qrup
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Yuxarı liqaya yüksəlmə və ya aşağı liqaya düşmə | İSVEÇ | RUS | TÜR | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | İsveç | 4 | 2 | 1 | 1 | 5 | 3 | +2 | 7 | A diviziyasına | — | 2–0 | 2–3 | |
2 | Rusiya | 4 | 2 | 1 | 1 | 4 | 3 | +1 | 7 | 0–0 | — | 2–0 | ||
3 | Türkiyə | 4 | 1 | 0 | 3 | 4 | 7 | −3 | 3 | C diviziyasına | 0–1 | 1–2 | — |
3. qrup
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Yuxarı liqaya yüksəlmə və ya aşağı liqaya düşmə | BVH | AVS | Ş.İRL | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Bosniya və Herseqovina | 4 | 3 | 1 | 0 | 5 | 1 | +4 | 10 | A diviziyasına | — | 1–0 | 2–0 | |
2 | Avstriya | 4 | 2 | 1 | 1 | 3 | 2 | +1 | 7 | 0–0 | — | 1–0 | ||
3 | Şimali İrlandiya | 4 | 0 | 0 | 4 | 2 | 7 | −5 | 0 | C diviziyasına | 1–2 | 1–2 | — |
C diviziyası
1. qrup
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Yuxarı liqaya yüksəlmə və ya aşağı liqaya düşmə | ŞOT | İSR | ALB | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Şotlandiya | 4 | 3 | 0 | 1 | 10 | 4 | +6 | 9 | B diviziyasına | — | 3–2 | 2–0 | |
2 | İsrail | 4 | 2 | 0 | 2 | 6 | 5 | +1 | 6 | 2–1 | — | 2–0 | ||
3 | Albaniya | 4 | 1 | 0 | 3 | 1 | 8 | −7 | 3 | 0–4 | 1–0 | — |
2. qrup
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Yuxarı liqaya yüksəlmə və ya aşağı liqaya düşmə | FİN | MAC | YUN | EST | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Finlandiya | 6 | 4 | 0 | 2 | 5 | 3 | +2 | 12 | B diviziyasına | — | 1–0 | 2–0 | 1–0 | |
2 | Macarıstan | 6 | 3 | 1 | 2 | 9 | 6 | +3 | 10 | 2–0 | — | 2–1 | 2–0 | ||
3 | Yunanıstan | 6 | 3 | 0 | 3 | 4 | 5 | −1 | 9 | 1–0 | 1–0 | — | 0–1 | ||
4 | Estoniya | 6 | 1 | 1 | 4 | 4 | 8 | −4 | 4 | D diviziyasına | 0–1 | 3–3 | 0–1 | — |
3. qrup
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Yuxarı liqaya yüksəlmə və ya aşağı liqaya düşmə | NOR | BOL | KPR | SVN | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Norveç | 6 | 4 | 1 | 1 | 7 | 2 | +5 | 13 | B diviziyasına | — | 1–0 | 2–0 | 1–0 | |
2 | Bolqarıstan | 6 | 3 | 2 | 1 | 7 | 5 | +2 | 11 | 1–0 | — | 2–1 | 1–1 | ||
3 | Kipr | 6 | 1 | 2 | 3 | 5 | 9 | −4 | 5 | D diviziyasına | 0–2 | 1–1 | — | 2–1 | |
4 | Sloveniya | 6 | 0 | 3 | 3 | 5 | 8 | −3 | 3 | 1–1 | 1–2 | 1–1 | — |
4. qrup
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Yuxarı liqaya yüksəlmə və ya aşağı liqaya düşmə | SRB | RUM | MON | LİT | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Serbiya | 6 | 4 | 2 | 0 | 11 | 4 | +7 | 14 | B diviziyasına | — | 2–2 | 2–1 | 4–1 | |
2 | Rumıniya | 6 | 3 | 3 | 0 | 8 | 3 | +5 | 12 | 0–0 | — | 0–0 | 3–0 | ||
3 | Monteneqro | 6 | 2 | 1 | 3 | 7 | 6 | +1 | 7 | 0–2 | 0–1 | — | 2–0 | ||
4 | Litva | 6 | 0 | 0 | 6 | 3 | 16 | −13 | 0 | D diviziyasına | 0–1 | 1–2 | 1–4 | — |
Qrup üçüncüləri
№ | Qr | Komanda | O | Q | H | U | QT | QF | Xal | Aşağı liqaya düşmə | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | C2 | Yunanıstan | 4 | 2 | 0 | 2 | 3 | 4 | −1 | 6 | |
2 | C1 | Albaniya | 4 | 1 | 0 | 3 | 1 | 8 | −7 | 3 | |
3 | C4 | Monteneqro | 4 | 0 | 1 | 3 | 1 | 5 | −4 | 1 | |
4 | C3 | Kipr (R) | 4 | 0 | 1 | 3 | 2 | 7 | −5 | 1 | D diviziyasına |
Təsnifat qaydaları: Yalnız qrupdakı ilk iki komandayla oynanılan matçlar nəzərə alınır, 1) Xallar; 2) Qol fərqi; 3) Vurulan qollar; 4) Səfərdə vurulan qollar; 5) Qələbələr; 6) Səfər qələbələri; 7) Fair-play xalları; 8) UEFA milli komanda reytinq cədvəli.
(R) Aşağı liqaya düşən komanda.
D diviziyası
1. qrup
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Yuxarı liqaya yüksəlmə | GÜR | QZX | LAT | AND | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Gürcüstan | 6 | 5 | 1 | 0 | 12 | 2 | +10 | 16 | C diviziyasına | — | 2–1 | 1–0 | 3–0 | |
2 | Qazaxıstan | 6 | 1 | 3 | 2 | 8 | 7 | +1 | 6 | 0–2 | — | 1–1 | 4–0 | ||
3 | Latviya | 6 | 0 | 4 | 2 | 2 | 6 | −4 | 4 | 0–3 | 1–1 | — | 0–0 | ||
4 | Andorra | 6 | 0 | 4 | 2 | 2 | 9 | −7 | 4 | 1–1 | 1–1 | 0–0 | — |
2. qrup
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Yuxarı liqaya yüksəlmə | BLR | LÜK | MOL | SMR | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Belarus | 6 | 4 | 2 | 0 | 10 | 0 | +10 | 14 | C diviziyasına | — | 1–0 | 0–0 | 5–0 | |
2 | Lüksemburq | 6 | 3 | 1 | 2 | 11 | 4 | +7 | 10 | 0–2 | — | 4–0 | 3–0 | ||
3 | Moldova | 6 | 2 | 3 | 1 | 4 | 5 | −1 | 9 | 0–0 | 1–1 | — | 2–0 | ||
4 | San-Marino | 6 | 0 | 0 | 6 | 0 | 16 | −16 | 0 | 0–2 | 0–3 | 0–1 | — |
3. qrup
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Yuxarı liqaya yüksəlmə | KOS | AZƏ | FAR | MLT | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Kosovo | 6 | 4 | 2 | 0 | 15 | 2 | +13 | 14 | C diviziyasına | — | 4–0 | 2–0 | 3–1 | |
2 | Azərbaycan | 6 | 2 | 3 | 1 | 7 | 6 | +1 | 9 | 0–0 | — | 2–0 | 1–1 | ||
3 | Farer adaları | 6 | 1 | 2 | 3 | 5 | 10 | −5 | 5 | 1–1 | 0–3 | — | 3–1 | ||
4 | Malta | 6 | 0 | 3 | 3 | 5 | 14 | −9 | 3 | 0–5 | 1–1 | 1–1 | — |
4. qrup
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Yuxarı liqaya yüksəlmə | MKD | ERM | CƏB | LİX | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Şimali Makedoniya | 6 | 5 | 0 | 1 | 14 | 5 | +9 | 15 | C diviziyasına | — | 2–0 | 4–0 | 4–1 | |
2 | Ermənistan | 6 | 3 | 1 | 2 | 14 | 8 | +6 | 10 | 4–0 | — | 0–1 | 2–1 | ||
3 | Cəbəllüttariq | 6 | 2 | 0 | 4 | 5 | 15 | −10 | 6 | 0–2 | 2–6 | — | 2–1 | ||
4 | Lixtenşteyn | 6 | 1 | 1 | 4 | 7 | 12 | −5 | 4 | 0–2 | 2–2 | 2–0 | — |
Bombardirlər
|
|
|
|
Turnir cədvəli
Millətlər Liqasının sonunda bilinəcək turnir cədvəli UEFA Avro 2020-nin təsnifat mərhələsindəki qrupların püşkatmasında istifadə olundu.[8]
A diviziyası | B diviziyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Mənbə: UEFA |
Mənbə: UEFA | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
C diviziyası | D diviziyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mənbə: UEFA |
Mənbə: UEFA |
Pul mükafatı
İlkin pul mükafatı məbləği 2018-ci ilin martında açıqlansa da, oktyabrda UEFA bu məbləğin dəyərini artırmağa qərar verdi. Belə ki, turnirdə iştirak edən 55 assosiasiyaya olduğu diviziyadan asılı olaraq pul mükafatı verilir:[9]
- A diviziyası: 2,25 milyon €
- B diviziyası: 1,5 milyon €
- C diviziyası: 1,125 milyon €
- D diviziyası: 750000 €
Bundan əlavə, hər qrupun qalibi iştirak etdiyi diviziyadan asılı olaraq daha bir pul mükafatı verilir:
- A diviziyası: 2,25 milyon €
- B diviziyası: 1,5 milyon €
- C diviziyası: 1,125 milyon €
- D diviziyası: 750000 €
Belə çıxır ki, A diviziyasında qrup qalibləri toplam 4,5 milyon, B diviziyasında 3 milyon, C diviziyasında 2,25 milyon, D diviziyasındakılar isə 1,5 milyon avronun sahibi olur.
Finallarda iştirak edən klublar üçün tutduqları yerlərə görə yenə pul verilir:
- Çempion: 6 milyon €
- İkinci yer: 4,5 milyon €
- Üçüncü yer: 3,5 milyon €
- Dördüncü yer: 2,5 milyon €
Yekunda turnirin qalibi olan komanda toplam 10,5 milyon avronun sahibi olur.
İstinadlar
- "UEFA Nations League receives associations' green light". UEFA.org. 27 mart 2014. 2017-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-19.
- "2018–19 UEFA Millətlər Liqasının formatı" (PDF). UEFA.com. Union of European Football Associations. 28 sentyabr 2017. 2019-08-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 oktyabr 2017.
- "UEFA Millətlər Liqası Final mərhələsinin püşkü". UEFA.com. 2018-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-31.
- "Full Time Report – Semi-finals – Portugal v Switzerland" (PDF). UEFA.com. Union of European Football Associations. 5 iyun 2019. 2019-06-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 iyun 2019.
- "Matç hesabatı – Yarı Final – Niderland-İngiltərə" (PDF). UEFA.com. Union of European Football Associations. 6 iyun 2019. 2019-07-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 iyun 2019.
- "Matç hesabatı – Üçüncülük matçı – İsveçrə-İngiltərə" (PDF). UEFA.com. Union of European Football Associations. 9 iyun 2019. 2019-09-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 iyun 2019.
- "Full Time Report – Final – Portuqaliya v Nideland" (PDF). UEFA.com. Union of European Football Associations. 9 iyun 2019. 2019-07-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 iyun 2019.
- "2018/19 UEFA Millətlər Liqası turnir cədvəli" (PDF). UEFA.com. Union of European Football Associations. 20 noyabr 2018. 2019-03-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 noyabr 2018.
- "Increased UEFA Nations League solidarity and bonus fees". UEFA.com. Union of European Football Associations. 10 October 2018. 11 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2018.