2017 Futbol üzrə Azərbaycan Kubokunun finalı
2017 Futbol üzrə Azərbaycan Kubokunun finalı — 2016-17 Azərbaycan Kubokunun final oyunu. Final 5 may 2017-ci ildə Naxçıvan Muxtar Respublika Stadionunda keçirilmişdir[1]. Final oyununda "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gəlmiş və oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdır[1].
2017 Futbol üzrə Azərbaycan Kubokunun finalı | |||||||
---|---|---|---|---|---|---|---|
|
|||||||
Tarix | 5 may 2017 | ||||||
Yer | İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu, Naxçıvan | ||||||
Hakim | Fariz Yusifov | ||||||
← 2016 2018 → |
Bədii hissə
Final görüşündən əvvəl təntənəli açılış mərasimi təşkil olunub. Azərbaycan Respublikasının Əməkdar artisti Röya Ayxanın, Şərur Xalq Yallı Ansamblının, Naxçıvan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının ifalarında rəngarəng musiqi və rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb[1].
Final oyunu
Fariz Yusifovun baş hakim olduğu oyunun birinci hissəsində "Qəbələ"nin müdafiəçisi Tellur Mütəllimov zədələnib və oyunu sona qədər davam etdirə bilməyib. Onu Roman Hüseynov əvəz edib. Birinci hissə qolsuz bərabərliklə başa çatıb[1].
Oyunun ikinci hissəsində "Qarabağ"ın futbolçusu Mahir Mədətov vurduğu qolla komandasını hesabda irəli çıxarıb. 68-ci dəqiqədə "Qəbələ"nin oyunçusu Ürfan Abbasov avtoqola imza ataraq "Qarabağ"ı 2:0 hesabı ilə irəli çıxarıb[1].
Oyun elə bu hesabla da başa çatmış və "Qarabağ" Azərbaycan Kubokunun sahibi olmuşdur.
Oyunun nəticələri
5 may 2017 |
|
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu Hakim: Fariz Yusifov |
|
|
İstinadlar
- “Qarabağ” Azərbaycan kubokunun qalibi olub Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine. serqqapisi.az, 06.05.2017 (az.)