2017 İslam Həmrəyliyi Oyunları
2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ilin 12–22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən çoxmillətli, multi-idman turniri idi. Bundan öncə tunir 2005-ci ildə Səudiyyə Ərəbistanında, 2013-də isə İndoneziyada keçirilmişdir. Turnirin sayca ikinci dəfə 2009-cu ilin oktyabr ayında İranda keçirilməyi nəzərdə tutulsa da, sonradan təxirə salındı, daha sonra isə ləğv olundu.
![]() | |
---|---|
![]() | |
Şəhər |
![]() |
İştirakçı dövlətlər | 54 |
İdmançıların sayı | 6000 |
Açılış mərasimi | 12 may 2017 |
Bağlanış mərasimi | 22 may 2017 |
Rəsmən açılışı edib | 12 may 2017 |
![]() |
Yer seçiminin keçirilməsi
2012-ci ilin oktyabr ayında İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən 18-ci iclası zamanı Azərbaycan Milli Olimpiya Komitəsi İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün öz namizədliyini irəli sürmüşdü.[1] 2013-cü ildə İHİF-in Ciddə şəhərində keçirilən 8-ci Hesabat-seçki Baş Assambleyasında Azərbaycanın ev sahibliyi etməsi təsdiq olundu.[2]
İştirakçı ölkələr
İslam Həmrəyliyi İdman Federasiyasının bütün 56 üzvü Oyunlarda iştirak etmişilər. Küveyt Olimpiya Komitəsinin fəaliyyətininin dayandırılması səbəbindən Küveytli idmançılar oyunlarda İslam Həmrəyliyi Federasiyasının bayrağı altında İHİF-in müstəqil idmançıları kimi iştirak etməsi nəzərdə tutulurdu, amma bu ölkə Liviya və Sudan kimi açılış mərasimindən bir gün əvvəl Oyunlarda iştirakdan imtina etdilər.[3]
Aşağıda iştirakçı ölkələrin siyahısı göstərilib, mötərizədə nümayəndə heyətinin sayı göstərilib.

Əfqanıstan
Albaniya
Əlcəzair
Azərbaycan (325)
Bəhreyn
Banqladeş
Benin
Bruney
Burkina Faso
Kamerun
Çad
Komor adaları
Cibuti
Misir
Qabon
Qambiya
Qvineya
Qvineya-Bisau
Qayana
Küveyt (İHİF müstəqil idmançıları)
İndoneziya
İran (160)
İraq
Kot-d'İvuar
İordaniya
Qazaxıstan
Qırğızıstan
Livan
Liviya
Malayziya
Maldiv adaları
Mali
Mavritaniya
Mərakeş
Mozambik
Niger
Nigeriya
Oman
Pakistan
Fələstin Dövləti
Qətər
Səudiyyə Ərəbistanı
Seneqal
Syerra-Leone
Somali
Sudan
Surinam
Suriya
Tacikistan
Toqo
Tunis
Türkiyə (345)
Türkmənistan
Uqanda
BƏƏ
Özbəkistan
Yəmən
Məkanlar
İslam Həmrəyliyi Oyunları üçün yeni heç bir idman arenası tikilmədi. Yarışlar 16 idman arenasında keçirildi.
Bakı | ||||
---|---|---|---|---|
Bakı Olimpiya Stadionu | Tofiq Bəhramov adına Respublika Stadionu | Heydər Əliyev adına İdman Arenası | Milli Gimnastika Arenası | Bakı İdman Sarayı |
Açılış və bağlanış mərasimi,
Yüngül atletika |
Futbol | Güləş,
Cüdo |
Bədii gimnastika,
İdman gimnastikası |
Karate,
Uşu |
Tutumu: 68 000 | Tutumu: 31 200 | Tutumu: 6 000 | Tutumu: 6 500 | Tutumu: 2 000 |
![]() |
||||
Baku Crystal Hall | Bakı Su İdmanı Sarayı | |||
Voleybol (1-ci zal), Boks (2-ci zal), Zorxana (2-ci zal) |
Üzgüçülük,
Suya tullanma | |||
Tutumu: 6 000 (1-ci zal), 2300 (2-ci zal) |
Tutumu: 6 000 | |||
![]() | ||||
Su Polosu Arenası | Bayıl Arena | |||
Su polosu | Futbol | |||
Tutumu: 2 000 | Tutumu: 1 100 | |||
![]() |
||||
Basketbol Arenası | Bakı Atıcılıq Mərkəzi | |||
Basketbol 3x3 | Atıcılıq | |||
Tutumu: 2 000 | Tutumu: 780 | |||
Dalğa Arena | AZAL Arena | Bakı Tennis Akademiyası | Sərhədçi İdman Olimpiya Mərkəzi | Ağır Atletika Akademiyası |
Futbol | Futbol | Tennis | Stolüstü tennis, | Ağır Atletika |
Tutumu: 6 700 | Tutumu: 1 650 | Tutumu: 2 000 | Tutumu: 3 000 | Tutumu: 500 |
![]() |
![]() |
İdman növləri


- Ağır atletika
- Atıcılıq
- 3x3 Basketbol
- Bədii Gimnastika
- Boks
- Cüdo
- Futbol
- Güləş
- Həndbol
- İdman Gimnastikası
- Karate
- Stolüstü tennis
- Su polosu
- Suya tullanma
- Taekvondo
- Tennis
- Uşu
- Üzgüçülük
- Voleybol
- Atletika / Para-Aletika
- Zorxana
İstinadlar
- "Azerbaijan bids for Islamic Solidarity Games-2017" Arxivləşdirilib 2017-05-10 at the Wayback Machine. Azerbaijan State News Agency (AZERTAC). 5 oktyabr 2012.
- "Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək Arxivləşdirilib 2020-11-27 at the Wayback Machine" Lent
- "3 ölkə İslam Həmrəyliyi Oyunlarına qatılmayacaq Arxivləşdirilib 2017-05-14 at the Wayback Machine" Amerikanin Sesi
Xarici keçidlər

Sıra | Ölkə | ![]() | ![]() | ![]() | Cəmi |
1 | ![]() | 75 | 50 | 37 | 162 |
2 | ![]() | 71 | 67 | 57 | 195 |
3 | ![]() | 39 | 26 | 33 | 98 |
4 | ![]() | 15 | 17 | 31 | 63 |
5 | ![]() | 12 | 5 | 4 | 21 |
6 | ![]() | 7 | 12 | 21 | 40 |
7 | ![]() | 7 | 5 | 15 | 27 |
8 | ![]() | 6 | 29 | 23 | 58 |
9 | ![]() | 6 | 5 | 7 | 18 |
10 | ![]() | 4 | 5 | 8 | 17 |
Tam siyahı | |||||
![]() | |
---|---|
Məkkə – 2005 • |