2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsi

2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest 2016) — 14-cü ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 20 noyabr 2016-ci il tarixində "Embrace" (azərb. Qucaqla) devizi altında Maltanın paytaxtı Valletta şəhərində keçiriləcəkdir. Bu Maltanın müsabiqəyə ikinci (2014) ev sahibliyidir.

2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
"Embrace"
"Qucaqla"

Müsabiqə afişası
Müsabiqə afişası
Final 20 noyabr 2016
Aparıcı(lar) Ben Kamil
Valeri Vella
Direktor Yon Ola Sand
Kanal PBS
Keçirilən yer Malta Malta, Valletta, Mediterranean Conference Centre
Qalib mahnı Gürcüstan Gürcüstan
"Mzeo"
İştirakçıların sayı 17[1]
İlk dəfə iştirak edən ölkələr Yoxdur
Yenidən iştirak edən ölkələr İsrail İsrail
Kipr Kipr
Polşa Polşa
İştirakdan imtina edən ölkələr Monteneqro Monteneqro
San-Marino San-Marino
Sloveniya Sloveniya
Avroviziya Uşaq Mahnı Müsabiqəsi
◄ 20152017 ►

28 sentyabr 2016-cı il tarixdə Avropa Yayım İttifaqı 17 ölkənin müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir. Bu ölkələrdən İsrail 3 illik, Kipr 1 illik, Polşa isə 11 illik fasilədən sonra müsabiqəyə qayıdır. 2015-ci ildə müsabiqədə iştirak etmiş Monteneqro, San-MarinoSloveniya isə 2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.

Vallettada keçirilən 2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Mzeo" mahnısı ilə Gürcüstan təmsilçisi Mariam Mamadaşvili qalib gəlib. Bu Gürcüstanın müsabiqədə üçüncü (2008, 2011) qalibiyyəti oldu.

Format

2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün keçirilən mətbuat konfransında Təşkilatçı Qurum 2016-cı ildə müsabiqənin səsvermə formatında böyük dəyişikliklər ediləcəyini bildirmişdir. Səsvermə proseduru artıq ötən illərdəki kimi 50% münsif səsverməsi və 50% SMS səsverməsi deyil, yalnız peşəkar münsif və gənc münsiflər heyətinin qərarı ilə nəticələr müəyyənləşdiriləcək. Bu müsabiqədə ilk dəfədir ki, SMS səsverməsi istifadə olunmayacaq[2].

İştirakçılar

İştirakçı ölkələrin xəritəsi
Ölkə[1] Dil Müğənni(lər) Mahnı Azərbaycanca Yer Xal
01 İrlandiya İrlandiya İrlandca Zena Donnelli "Bríce ar Bhríce" Kərpic üstünə Kərpic 10 122
02 Ermənistan Ermənistan Ermənicə, İngiliscə Anahit və Meri "Tarber" (Տարբեր) Fərqli 2 232
03 Albaniya Albaniya Albanca, İngiliscə Klesta Kehaya "Besoj" İnanıram 13 38
04 Rusiya Rusiya Rusca, İngiliscə Water of Life Project "Water of Life" Həyat suyu 4 202
05 Malta Malta (ev sahibi) İngiliscə Kristina Maqrin "Parachute" Paraşüt 6 191
06 Bolqarıstan Bolqarıstan Bolqarca, İngiliscə Lidiya Qaneva "Magical Day (Valsheben den)" (Вълшебен ден) Sehirli gün 9 161
07 Şimali Makedoniya Makedoniya Makedonca, İngiliscə Martiya Stanoykoviç "Love will Lead Our Way (Ljubovta ne vodi)" (Љубовта не води) Sevgi bizim yolumuzda irəlidə olacaq 12 41
08 Polşa Polşa Polyakca, İngiliscə Olivia Veçorek "Nie Zapomnij" Unutma 11 60
09 Belarus Belarus Rusca, İngiliscə Aleksandr Minyonok "Muzyka moikh pobed (Music is my only way)" (Музыка моих побед) Qələbələrimin musiqisi (Musiqi mənim tək yolumdur) 7 177
10 Ukrayna Ukrayna Ukraynca, İngiliscə Sofiya Rol "Planet Craves For Love" Planet sevgi üçün yalvarır 14 30
11 İtaliya İtaliya İtalyanca, İngiliscə Fiamma Boçça "Cara Mamma - Dear Mom" Əziz Ana 3 209
12 Serbiya Serbiya Serbcə Dunya Yeliçiç "U La La La" (У Ла Ла Ла) U La La La 17 14
13 İsrail İsrail İvritcə, İngiliscə Şir və Tim "Follow My Heart" Qəlbimi izlə 15 27
14 Avstraliya Avstraliya İngiliscə Aleksa Kyortis "We Are" Biz 5 202
15 Niderland Niderland Niderlandca, İngiliscə Kisses "Kisses and Dancin'" Öpüşlər və Rəqs 8 174
16 Kipr Kipr Yunanca, İngiliscə Yorğos Mixailidis "Dance Floor" Rəqs döşəməsi 16 27
17 Gürcüstan Gürcüstan Gürcücə Mariam Mamadaşvili "Mzeo" (მზეო) Günəş 1 239

Həmçinin bax

Xarici keçidlər

  1. "Junior Eurovision Song Contest 2016". junioreurovision.tv. AYİ. 2016-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 Sentyabr 2016.
  2. "EBU fires Executive Supervisor Yakovlev". escdaily.com. ESC Daily. 2 dekabr 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.