2015 Ermənistan etirazları

2015 Ermənistan etirazları — 17 iyun 2015-ci ildə Ermənistanda başlayan etirazlardır. Etirazların əsas səbəbi elektrik tarifinin artımıdır.

2015 Ermənistan etirazları
22 iyun 2015-ci ildə İrəvanda nümayişçilər
22 iyun 2015-ci ildə İrəvanda nümayişçilər
Yer
Tarix 2015
Əsas məqsəd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Etirazçılar hökumətdən avqustun 1-dən evlərə verilən elektrik enerjisi qiymətlərinin 17-22 faiz artırılması qərarını dəyişməyi tələb etdilər. Ermənistanın elektrik şəbəkəsinin sahibi Rusiya şirkətidir. Şirkət deyir ki, qiymətlərin qalxması zəruridir, çünki Ermənistan milli valyutası olan dramın dəyəri aşağı düşüb.[1]
Şəhər meydanlarına toplaşan yerli əhali Rusiyanın Ermənistan ərazisində olan çoxsaylı sülhməramlı bazalarını "işğal" adlandırıblar. Ermənilər həmçinin Rusiyanın atom stansiyası, dəmir yolları, bir neçə elektrik stansiyası və digər strateji mühüm obyektlərə nəzarət etməsinin də "işğal" olduğunu hesab edirlər. Küçələrə çıxan insanlar əllərində "Biz erməniyik, öz ölkəmizin sahibi!" şüarının yazıldığı plakatlar tutublar.[2]

İstinadlar

Xarici keçidlər

Armenians resume energy price protests, defying police

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.