2015 Bilderberq konfransı
2015 Bilderberq konfransı (ing. 2015 Bilderberg Conference) — Bilderberq klubun 2015-ci ildə təşkil olunan toplantısı.
Toplantı məkanı
Toplantı 2015-ci il 11-14 iyun tarixləri arasında Avstriyanın Tirol əyalətinin Telfs-Buhen qəsəbəsindəki "İnteralpen" otelində keçirilir.[1][2] Bu toplantıya 22 ölkədən 140-a yaxın şəxs dəvət alıb.[1] Eyni məkanda Bilderberq klubun 1988-ci ildə təşkil olunan toplantısı da keçirilmişdir.[3]
Konfransın gündəliyi
Konfransda müzakirə olunan əsas mövzuların siyahısı toplantıdan əvvəl klubun saytında dərc olunub. Konfransın gündəliyinə bu mövzular daxildir:[2]
- Süni İntellekt;
- Kibertəhlükəsizlik;
- Kimyəvi silahlarla bağlı təhlükələr;
- Cari iqtisadi məsələlər;
- Avropa strategiyası;
- Qloballaşma;
- Yunanıstan;
- İran;
- Yaxın Şərq;
- NATO;
- Rusiya;
- Terrorizm;
- Birləşmiş Krallıq;
- ABŞ;
- ABŞ-dəki seçkilər.
İstinadlar
- Bilderberq klubu: dünya hakimiyyətinin sirləri Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. sputnik.az, 12.06.2015 (az.)
- "The Bilderberg Group - Press Release". Bilderberg Group. 13 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2013.
- Großaufgebot für Konferenz und G7-Gipfel. Arxivləşdirilib 2019-04-12 at the Wayback Machine ORF, 16.01.2015 (alm.)
Xarici keçidlər
- bilderbergmeetings.org — 2015 Bilderberq konfransının rəsmi saytı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.