2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsi

2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsi — 12-ci ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 15 noyabr 2014-cü il tarixində Maltada Malta Gəmiqurucuculuğu Sarayında "#together" devizi altında keçirilmişdir. Malta müsabiqəyə ilk dəfə ev sahibliyi etmişdir. Həm də bu il üçüncü il olmuşdur ki, müsabiqəyə ev sahibliyini son dəfə müsabiqədə qalib olan ölkə etmişdir. 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində 16 ölkə iştirak etmişdir. Bu ölkələrdən İtaliya, MonteneqroSloveniya ilk dəfə olaraq müsabiqədə iştirak etmişdir. Eyni zamanda Xorvatiya 7 illik, Kipr 4 illik, Serbiya 3 illik və Bolqarıstan isə 2 illik fasilədən sonra müsabiqəyə qayıdıb. 2013-cü ildə müsabiqədə iştirak etmiş Azərbaycan, MakedoniyaMoldova isə 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.

2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
#together (birlikdə)

Final 15 noyabr 2014
Aparıcı(lar) Moira Delia
Direktor Vladislav Yakovlev
Kanal Malta PBS
Keçirilən yer Malta Malta Gəmiqurucuculuğu, Marsa, Malta
Qalib mahnı İtaliya İtaliya
"Tu primo grande amore"
İştirakçıların sayı 16
İlk dəfə iştirak edən ölkələr İtaliya İtaliya
Monteneqro Monteneqro
Sloveniya Sloveniya
Yenidən iştirak edən ölkələr Bolqarıstan Bolqarıstan
Kipr Kipr
Serbiya Serbiya
Xorvatiya Xorvatiya
İştirakdan imtina edən ölkələr Azərbaycan Azərbaycan
Şimali Makedoniya Makedoniya
Moldova Moldova
Avroviziya Uşaq Mahnı Müsabiqəsi
◄ 20132015 ►

Maltada keçirilən 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Tu primo grande amore" mahnısı ilə İtaliya təmsilçisi Vinçentso Kantyello qalib gəlib. Müsabiqədə ilk dəfə iştirak edən İtaliyanın bu müsabiqədəki ilk qalibiyyəti oldu.

İştirakçılar

İştirakçı ölkələrin xəritəsi

Səslər açıqlandıqdan sonra ilk üçlüyü qazanan ölkələr mükafatlandırılıb.

# Ölkə Dil Müğənni(lər) Mahnı Azərbaycanca Yer Xal
01 Belarus Belarus Rusca Nadejda Misyakova "Sokal " (Сокал) 7 71
02 Bolqarıstan Bolqarıstan Bolqarca Krisia, Hasan və İbrahim "Planet of the Children" Uşaqların planeti 2 147
03 San-Marino San-Marino İtalyanca, İngiliscə The Peppermints "Breaking My Heart" Qəlbimi sındırır 15 21
04 Xorvatiya Xorvatiya Xorvatca, İngiliscə Yozi "Game Over" Oyun bitdi 16 13
05 Kipr Kipr Yunanca, İngiliscə Sofia Patsalides "I pio omorfi mera" (Η πιο όμορφη μέρα) Ən gözəl gün 9 69
06 Gürcüstan Gürcüstan Gürcücə, İngiliscə Lizi Pop "Happy Day" Xoşbəxt gün 11 54
07 İsveç İsveç İsveçcə, İngiliscə Yulia Çedhammar "Du är inte ensam" Sən tək deyilsən 13 28
08 Ukrayna Ukrayna Ukraynca, İngiliscə Sympho-Nick "Spring Will Come" Yaz gələcək 6 74
09 Sloveniya Sloveniya Slovencə, İngiliscə Ula Lojar "Nisi sam (Your Light)" Sən tək deyilsən (Sənin işığın) 12 29
10 Monteneqro Monteneqro Monteneqrcə, İngiliscə Maşa və Leyla "Budi dijete na jedan dan" Bir günlük uşaq ol 14 24
11 İtaliya İtaliya İtalyanca, İngiliscə Vinçentso Kantyello "Tu primo grande amore" Sən ilk böyük sevgimsən 1 159
12 Ermənistan Ermənistan Ermənicə, İngiliscə Betti "People of the Sun" Günəşin insanları 3 146
13 Rusiya Rusiya Rusca, İngiliscə Alisa Kojikina "Dreamer" Arzulayan 5 96
14 Serbiya Serbiya Serbcə Emiliya Conin "Svet u mojim očima" (Свет у мојим очима) Dünya mənim gözlərimdə 10 61
15 Malta Malta İngiliscə Federika Faltson "Diamonds" Brilliantlar 4 116
16 Niderland Niderland Niderlandca, İngiliscə Yulia van Berqen "Around" Ətraf 8 70

Qiymətləndirilməsi

İştirakçılar 12 x.Uşaq münsifBELABOLS-MXORKIPGÜRİSVUKRSLOMONİTAERMRUSSERMALNID
Belarus 128 132165620138067
Bolqarıstan 1247 012128108108107712812
San-Marino 12000 0000000800010
Xorvatiya 120001 000000000000
Kipr 1263880 46044503006
Gürcüstan 12142213 02000125172
İsveç 120000021 300410005
Ukrayna 1206407470 110344543
Sloveniya 12010030020 3020204
Monteneqro 120000000003 000450
İtaliya 1212210121010107101212 868108
Ermənistan 127121276612812822 1261210
Rusiya 12510755831575010 1030
Serbiya 1230668003457601 00
Malta 121085100754766126107 1
Niderland 1225344521210175232

12 xallar

Say İştirakçı ölkə 12 xal verən ölkələr
6 Ermənistan Bolqarıstan, Gürcüstan, Malta, Ukrayna, Rusiya, Belarus
4 İtaliya Uşaq münsiflər, Monteneqro, San-Marino, Sloveniya
Bolqarıstan Kipr, Xorvatiya, Niderland, Serbiya
1 Gürcüstan Ermənistan
Malta İtaliya
Niderland İsveç

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.