2009/2010 Azərbaycan Kuboku

Azərbaycan Kubokunun 2009/2010 mövsümündə mübarizəyə 20 klub qoşulacaq. Sentyabrın 4-də saat 15.00-da keçiriləcək yeni mövsümün püşkatma mərasimində 20 komanda iştirak edəcək.

2009/2010 Azərbaycan Kuboku
Çempionat haqqında məlumat
Mükafata layiq yerlər
Çempionatın statistikası

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, Premyer-Liqa klublarının hamısı kubok uğrunda mübarizəyə qoşulacaq. I diviziondan isə yalnız 8 komanda oynamaq istəyindədir. Dörd klub - ABN, "Energetik", "Ədliyyə" və "Göyəzən" isə mübarizədən imtina edib.

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/16 mərhələsinin ilk oyunları 16-17 sentyabrda, cavab qarşılaşmaları 23-24 sentyabrda baş tutacaq.

2009/2010 mövsümündə bu komandalar iştirak edəcək:

Premyer-Liqa: Bakı, İnter, Simurq, Xəzər Lənkəran, Qarabağ, Olimpik-Şüvəlan, Standard, Neftçi, Karvan, Qəbələ, Turan, Muğan.

I divizion: Bakılı, MOİK, Şahdağ, Anşad-Petrol, Gəncə, MKT-Araz, Neftçi İSM, Rəvan.[1]

1/16 Final

(15-17, 23-24 sentyabr 2009)

  • 1. Gəncə - Rəvan 1:1 / 2:0
  • 2. Anşad Petrol - Şahdağ 1:1 / 2:3
  • 3. MKT-Araz - Bakılı 1:3 / 1:2
  • 4. MOİK - Neftçi İSM 2:1 / 0:2

1/8 final

(4, 11-12 noyabr 2009)

  • 5. Simurq - Gəncə 2:0 / 1:0
  • 6. Olimpik-Şüvəlan - Qəbələ 2:0 / 0:1
  • 7. Qarabağ - Şahdağ 4:0 / 0:0
  • 8. Xəzər Lənkəran - Muğan 3:1 / 1:0
  • 9. Bakı - Bakılı 6:0 / 0:0
  • 10. Standard - Turan 3:1 / 0:0
  • 11. Neftçi - Neftçi İSM 5:0 / 2:0
  • 12. İnter - Karvan 4:0 / 3:2

1/4 final

(6-7, 17-18 mart 2010)

  • 13. Simurq - Olimpik-Şüvəlan 0:0 / 0:0 (P 2/4)
  • 14. Qarabağ - Xəzər Lənkəran 2:1 / 0:1
  • 15. Bakı - Standard 1:1 / 3:1
  • 16. Neftçi - İnter Bakı 0:3 / 1:2

Yarımfinal

(28-29 aprel, 5-6 may 2010)

  • 17. Olimpik-Şüvəlan - Xəzər Lənkəran 1:1 / 1:2
  • 18. Bakı - İnter Bakı 0:1 / 3:1

Final

(23 may 2010)

  • Xəzər Lənkəran - Bakı 1:2

İstinad

  1. "4 komanda Azərbaycan Kubokundan imtina etdi". 2009-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-03.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.