2004 Avroviziya Mahnı Müsabiqəsi

2004 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2004; fr. Concours Eurovision de la chanson 2004) — sayca 49-cu Avroviziya Mahnı Müsabiqəsidir. Sərtab Ərənərin ifa etdiyi "Everyway That I Can" adlı mahnı ilə 2003 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2004-cü ildə Türkiyə ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Türkiyənin İstanbul şəhərində Abdi İpekçi Arenasında keçirilmişdir. İştirak etmək istəyən ölkələrin çoxluğu səbəbindən bu ildən etibarən Avroviziyada yarımfinal mərhələsi təşkil olunmuşdur. Müsabiqənin yarımfinalı 2004-cü ilin 12 may, final isə 15 may tarixində baş tutmuşdur.

2004 Avroviziya Mahnı Müsabiqəsi
"Under the Same Sky"
"Eyni səma altında"
I yarımfinal 12 may 2004
Final 15 may 2004
Aparıcı(lar) Korhan Abay
Məltəm Cumbul
Direktor Svante Stokselius
Kanal Türkiyə TRT
Keçirilən yer Abdi İpekçi Arena
İstanbul, Türkiyə
Qalib mahnı Ukrayna Ukrayna
"Wild Dances"
Seçki sistemi Hər bir ölkə ən çox səs toplayan on iştirakçıya 12, 10, 8, 7-1 xallar verirdi
İştirakçıların sayı 36
İlk dəfə iştirak edən ölkələr Albaniya Albaniya
Andorra Andorra
Belarus Belarus
Serbiya və Monteneqro Serbiya və Monteneqro
Yenidən iştirak edən ölkələr Danimarka Danimarka
Finlandiya Finlandiya
İsveçrə İsveçrə
Litva Litva
Şimali Makedoniya Makedoniya
Monako Monako
İştirakdan imtina edən ölkələr Olmayıb
Avroviziya Mahnı Müsabiqəsi
◄ 20032005 ►

2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin təşkil olunması ilə birlikdə bir çox ölkələr müsabiqəyə qoşulmuşdur. Bu Albaniya, Andorra, BelarusSerbiya və Monteneqronun Avroviziyada ilk iştirakları idi. Eyni zamanda Danimarka, Finlandiya, İsveçrə, LitvaMakedoniya bir illik, Monako isə iyirmi beş illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Müsabiqədə ümumilikdə 36 ölkə iştirak etmişdir və bu Avroviziya tarixindəki ən yüksək göstərici idi.

Avroviziya 2004-ün qalibi "Wild Dances" mahnısı ilə Ukrayna təmsilçisi Ruslana seçilmişdir. Ukrayna müsabiqənin yarımfinal mərhələsində ikinci yerdə qərarlaşsa da, finalda ölkə ən çox səs toplayaraq, müsabiqənin qalibi elan edilmişdir. Bu Ukraynanın Avroviziyada ilk qalibiyyəti idi.

Kipr-Türkiyə münasibətləri

2004-cü ilə kimi KiprTürkiyə Avroviziyada heç vaxt bir-birlərinə səs verməmişdirlər. Müsabiqə tarixində ilk dəfə İstanbulda keçirilən Avroviziya 2004-də iki ölkə səsvermədə bir-birinə xal vermişdir: Kipr Türkiyəyə 4 xal, Türkiyə isə Kiprə 1 xal vermişdir. Lakin bir neçə ölkənin etirazına səbəb olan məqam səsvermənin gedişatında bütün səsverən ölkələr öz səslərini açıqlamazdan əvvəl ölkə xəritələri ekranda nümayiş etdirildiyi halda Kipr nümayəndəsi səsləri açıqlayarkən Kiprin xəritəsinin göstərilməməsi idi. Buna səbəb Türkiyənin Kiprin şimal hissəsini müstəqil ölkə kimi tanıması idi. Xəritənin nümayiş etdirilməsi Kiprin ərazisinin bütöv şəkildə göstərilməsi demək idi və bu türk izləyicilərin etirazına səbəb ola bilərdi.

İştirakçı ölkələr

36 ölkənin iştirak etdiyi Avroviziya 2004 iyirmi iki ölkənin final uğrunda mübarizə apardığı yarımfinal mərhələsindən və iyirmi dörd ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. 2003-cü ildə müsabiqədə ilk onluğa daxil olan ölkələr və eyni zamanda "Böyük dördlük" ölkələri (Türkiyə, Belçika, Rusiya, Norveç, İsveç, Avstriya, Polşa, İspaniya, İslandiya, Rumıniya, İrlandiya, Almaniya, Böyük Britaniya və Fransa) müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdılar.

Yarımfinal

12 may tarixində baş tutan yarımfinal mərhələsində 22 ölkə iştirak etmişdir. Fransa, Polşa və Rusiyadan başqa bütün müsabiqədə iştirak edən ölkələrin yarımfinalda mübarizə aparan ölkələrə səs vermək hüququ var idi. Yarımfinal mərhələsi Fransa, Polşa və Rusiya telekanallarında yayımlanmamışdı.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 Finlandiya Finlandiya İngiliscə Yari Sillanpəə "Takes 2 to Tango" Tanqo üçün iki nəfər lazımdır 14 51
02 Belarus Belarus İngiliscə Aleksandra və Konstantin "My Galileo" Mənim Qalileom 19 10
03 İsveçrə İsveçrə İngiliscə Piero Esteriore və The MusicStars "Celebrate" Qeyd et 22 0
04 Latviya Latviya Latışca Fomins & Kleins "Dziesma par laimi" Xoşbəxtlik haqqında mahnı 17 23
05 İsrail İsrail İvritcə, İngiliscə David D'Or "Leha'amin" (להאמין) İnanmaq 11 57
06 Andorra Andorra Katalanca Marta Roure "Jugarem a estimar-nos" Sevgi oyunu oynayaq 18 12
07 Portuqaliya Portuqaliya Portuqalca Sofiya Vitoriya "Foi magia" Bu sehr idi 15 38
08 Malta Malta İngiliscə Culi və Ludviq "On Again... Off Again" Yenidən birlikdəyik... Yenidən ayrıldıq 8 74
09 Monako Monako Fransızca Maryon "Notre planète" Bizim planet 19 10
10 Yunanıstan Yunanıstan İngiliscə Sakis Ruvas "Shake It" Silkələ 3 238
11 Ukrayna Ukrayna İngiliscə, Ukraynca Ruslana "Wild Dances" Vəhşi rəqslər 2 256
12 Litva Litva İngiliscə Linas və Simona "What's Happened to Your Love?" Sənin sevginə nə oldu? 16 26
13 Albaniya Albaniya İngiliscə Anyeza Şahini "The Image of You" Sənin xəyalın 4 167
14 Kipr Kipr İngiliscə Liza Andreas "Stronger Every Minute" Hər dəqiqə ilə daha güclü 5 149
15 Şimali Makedoniya Makedoniya İngiliscə Toşe Proeski "Life" Həyat 10 71
16 Sloveniya Sloveniya İngiliscə Platin "Stay Forever" Əbədi qal 21 5
17 Estoniya Estoniya Vıroca Neiokõsõ "Tii" Yol 11 57
18 Xorvatiya Xorvatiya İngiliscə İvan Mikuliç "You Are the Only One" Sadəcə sən 9 72
19 Danimarka Danimarka İngiliscə Tomas Tordarson "Shame on You" Ayıb olsun sənə 13 56
20 Serbiya və Monteneqro Serbiya və Monteneqro Serbcə Jelko Yoksimoviç və Ad-Hoc Orchestra "Lane moje" (Лане моје) Mənim sevgilim 1 263
21 Bosniya və Herseqovina Bosniya və Herseqovina İngiliscə Deen "In the Disco" Diskotekada 7 133
22 Niderland Niderland İngiliscə Re-Union "Without You" Sənsiz 6 146

Final

Finalçılar:

  • "Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya);
  • Avroviziya 2003-də ilk onluğa daxil olan ölkələr;
  • Avroviziya 2004-ün yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.

15 may tarixində baş tutan yarımfinal mərhələsində 24 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Ukrayna təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.

Qalın hərflərlə yazılmış ölkələr 2005 Avroviziya Mahnı Müsabiqəsinin finalına birbaşa vəsiqə qazanmışdır.

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 İspaniya İspaniya İspanca Ramon "Para llenarme de ti" Səninlə dolu olsun 10 87
02 Avstriya Avstriya Almanca Tie Break "Du bist" Sən 21 9
03 Norveç Norveç İngiliscə Knut Anders Sörum "High" Yüksək 24 3
04 Fransa Fransa Fransızca, İspanca Conatan Serrada "À chaque pas" Hər addımla 15 40
05 Serbiya və Monteneqro Serbiya və Monteneqro Serbcə Jelko Yoksimoviç və Ad-Hoc Orchestra "Lane moje" (Лане моје) Mənim sevgilim 2 263
06 Malta Malta İngiliscə Culi və Ludviq "On Again... Off Again" Yenidən birlikdəyik... Yenidən ayrıldıq 12 50
07 Niderland Niderland İngiliscə Re-Union "Without You" Sənsiz 20 11
08 Almaniya Almaniya İngiliscə, Türkcə Maks "Can't Wait Until Tonight" Axşama kimi gözləyə bilmərəm 8 93
09 Albaniya Albaniya İngiliscə Anyeza Şahini "The Image of You" Sənin xəyalın 7 106
10 Ukrayna Ukrayna İngiliscə, Ukraynca Ruslana "Wild Dances" Vəhşi rəqslər 1 280
11 Xorvatiya Xorvatiya İngiliscə İvan Mikuliç "You Are the Only One" Sadəcə sən 12 50
12 Bosniya və Herseqovina Bosniya və Herseqovina İngiliscə Deen "In the Disco" Diskotekada 9 91
13 Belçika Belçika İngiliscə Xandee "1 Life" Bir həyat 22 7
14 Rusiya Rusiya İngiliscə Yuliya Saviçeva "Believe Me" İnan mənə 11 67
15 Şimali Makedoniya Makedoniya İngiliscə Toşe Proeski "Life" Həyat 14 47
16 Yunanıstan Yunanıstan İngiliscə Sakis Ruvas "Shake It" Silkələ 3 252
17 İslandiya İslandiya İngiliscə Younsi "Heaven" Cənnət 19 16
18 İrlandiya İrlandiya İngiliscə Kris Doran "If My World Stopped Turning" Əgər dünyam dönməzsə 22 7
19 Polşa Polşa İngiliscə, İspanca Blue Café "Love Song" Sevgi nəğməsi 17 27
20 Böyük Britaniya Böyük Britaniya İngiliscə Ceyms Foks "Hold On to Our Love" Sevgimizə tutun 16 29
21 Kipr Kipr İngiliscə Liza Andreas "Stronger Every Minute" Hər dəqiqə ilə daha güclü 5 170
22 Türkiyə Türkiyə İngiliscə Athena "For Real" Həqiqətən 4 195
23 Rumıniya Rumıniya İngiliscə Sanda "I Admit" Mən etiraf edirəm 18 18
24 İsveç İsveç İngiliscə Lena Filipsson "It Hurts" İncidir 5 170

Nəticələr

Yarımfinal

Səsvermə nəticələri
Cəmi Andorra Albaniya Avstriya Bosniya və Herseqovina Belçika Belarus İsveçrə Serbiya və Monteneqro Kipr Almaniya Danimarka Estoniya İspaniya Finlandiya Böyük Britaniya Yunanıstan Xorvatiya İrlandiya İsrail İslandiya Litva Latviya Monako Şimali Makedoniya Malta Niderland Norveç Portuqaliya Rumıniya İsveç Sloveniya Türkiyə Ukrayna
Finlandiya 5171673536238
Belarus 102125
İsveçrə 0
Latviya 23454262
İsrail 57351233212422362754
Andorra 1212
Portuqaliya 381247618
Malta 7456414105111627743412
Monako 10424
Yunanıstan 2388125510831012103475126212686471265812441210
Ukrayna 2561034781228866121087781010101210581077127688
Litva 262723183
Albaniya 16767651061871266875445312858267561
Kipr 149266612456171012283843125104313357
Makedoniya 7182851231451142636
Sloveniya 5131
Estoniya 5714121710121513
Xorvatiya 72810765513164178
Danimarka 5633345121026251
Serbiya və Monteneqro 263141212710121012108108101268147104121010101212712
Bosniya və Herseqovina 133101038771241075812101010
Niderland 14673212541528853364127552837263224

Final

Səsvermə nəticələri
Cəmi Andorra Albaniya Avstriya Bosniya və Herseqovina Belçika Belarus İsveçrə Serbiya və Monteneqro Kipr Almaniya Danimarka Estoniya İspaniya Finlandiya Fransa Böyük Britaniya Yunanıstan Xorvatiya İrlandiya İsrail İslandiya Litva Latviya Monako Şimali Makedoniya Malta Niderland Norveç Polşa Portuqaliya Rumıniya Rusiya İsveç Sloveniya Türkiyə Ukrayna
İspaniya 8712726728381313411252
Avstriya 945
Norveç 33
Fransa 40711041224
Serbiya və Monteneqro 2632712123712101071610103812377251106106578101212812
Malta 506311621264463311
Niderland 11632
Almaniya 932103102127414173168435
Albaniya 10654178543111062411210131746
Ukrayna 28010546510108651288257871212121268877121061210812
Xorvatiya 50310535115557
Bosniya və Herseqovina 9110756810442108107
Belçika 7115
Rusiya 671216842681010
Makedoniya 476811251743
Yunanıstan 25281225864712735766127510610710712627612746108
İslandiya 1622552
İrlandiya 77
Polşa 2724143715
Böyük Britaniya 291482342212
Kipr 170464823867375101241031054278443366114
Türkiyə 1953887123824121025126631253286128810856
Rumıniya 1831014
İsveç 170541224453121051238125868251210573232

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.