2001 Nyu-York marafonu
2001-ci il Nyu-York marafonu (ing. 2001 New York City Marathon) — bazar günü, noyabrın 3-də ABŞ-ın Nyu-York şəhərində sayca 32-ci dəfə keçirilən illik marafon yarışı. Kişilərin elit yarışında efiopiyalı Tesfaye Cifar 2:07:43, qadınların yarışında isə 2:24:21 nəticə ilə keniyalı Marqaret Okayo qalib gəldi. Hər iki nəticə turnir üçün rekord nəticələr oldu. Tesfaye Cifar Nyu-Yorkda qalib gələn ilk efiopiyalı, Okayo isə qadınlar arasında qalib gələn ikinci keniyalı (Teqla Lorupedən sonra) oldu.[1]
32-ci Nyu-York marafonu | |
---|---|
Yer | Nyu-York, ABŞ |
Tarix | 3 noyabr |
Çempionlar | |
Kişilər | Tesfaye Cifar, Saul Mendoza |
Qadınlar | Marqaret Okayo, Françeska Porçellato |
Əlil arabası yarışlarında kişilər arasında amerikalı Saul Mendoza (1:39:25) və qadınlar arasında italiyalı Françeska Porçellato (2:11:57) qalib gəldilər. Əl velosipedi yarışında israilli Ziv Bar-Şira (1:27:49) və amerikalı Helene Hayns (1:46:22) qalib oldular.
Yarışı 16,810 kişi və 6,838 qadın olmaqla 23,648 idmançı başa vurdu.[2]
Yarış 11 sentyabr terror aktlarından sonra keçirildi, buna görə də yarışın istiqamət nöqtələri dəyişdirildi, bundan başqa kütləvi iştirak əvvəlki illərlə müqayisədə xeyli azalmışdı. Təhlükəsizliyi təmin etmək üçün 2,800-ə yaxın polis əməkdaşı iş başında idi, yarış yolları üstündə uçuş qadağası zonası yaradılmış və yarış iştirakçılarına yol boyu dayanan tamaşaçılardan su qəbul etməmək tövsiyəsi verilmişdir. Yarışın şüarı "Biz Birləşik Qaçırıq" (ing. United We Run) elan olunmuşdur və şəhərin meri Rudolf Culianiyə adətən kişilər arasında son çempion üçün nəzərdə tutulan 1 nömrəli önlük verilmişdir.[3]
Nəticələr
Kişilər arasında
Yer | Atlet | Ölkə | Vaxt |
---|---|---|---|
Tesfaye Cifar | Efiopiya | 2:07:43 | |
Yafet Kosgei | Keniya | 2:09:19 | |
Rocers Rop | Keniya | 2:09:51 | |
4 | Silvio Gerra | Ekvador | 2:10:36 |
5 | Hendrik Ramaala | CAR | 2:11:18 |
6 | Con Braun | Birləşmiş Krallıq | 2:11:24 |
7 | Con Kaqve | Keniya | 2:11:57 |
8 | Cozef Çebet | Keniya | 2:13:07 |
9 | Lahussin Mrikik | Mərakeş | 2:13:31 |
10 | Stefen Ndunqu | Keniya | 2:14:21 |
11 | Robert Ştefko | Slovakiya | 2:14:45 |
12 | Pol Kipsambu | Keniya | 2:15:06 |
13 | Skott Larson | ABŞ | 2:15:26 |
14 | Klint Verran | ABŞ | 2:17:20 |
15 | Alexandro Vilyanuyeva | Meksika | 2:17:45 |
16 | Kris Lundstrom | ABŞ | 2:18:08 |
17 | Kennet Çeruyot | Keniya | 2:18:20 |
18 | Şon Faund | ABŞ | 2:18:29 |
19 | Vorren Petterson | CAR | 2:18:56 |
20 | Keit Daulin | ABŞ | 2:19:10 |
— | Faustin Baha Sulle | Tanzaniya | Yarışı bitirəmmədi |
— | Cekson Kipnqok | Keniya | Yarışı bitirəmmədi |
— | Julius Kimutai | Keniya | Yarışı bitirəmmədi |
— | Şem Kororia | Keniya | Yarışı bitirəmmədi |
Qadınlar arasında
Yer | Atlet | Ölkə | Vaxt |
---|---|---|---|
Marqaret Okayo | Keniya | 2:24:21 | |
Süzan Çepkemei | Keniya | 2:25:12 | |
Svetlana Zaxarova | Rusiya | 2:25:13 | |
4 | Coys Çepçumba | Keniya | 2:25:51 |
5 | Ester Kiplaqat | Keniya | 2:26:15 |
6 | Lyudmila Petrova | Rusiya | 2:26:18 |
7 | Dina Kastor | ABŞ | 2:26:58 |
8 | Yelena Paramonova | Rusiya | 2:30:03 |
9 | Madina Biktagirova | Rusiya | 2:31:14 |
10 | Elana Meyer | CAR | 2:31:43 |
11 | Florense Barsosio | Keniya | 2:31:50 |
12 | Franka Fiakkoni | İtaliya | 2:32:57 |
13 | Milena Qlusac | ABŞ | 2:34:46 |
14 | Kolin De Rük | ABŞ | 2:35:31 |
15 | Jan Kuper | ABŞ | 2:39:58 |
16 | Monika Hostetler | ABŞ | 2:41:38 |
17 | Qordon Bakulis | ABŞ | 2:41:43 |
18 | Brünhild Sinstnes | Norveç | 2:41:58 |
19 | Rozana Qutierrez | ABŞ | 2:42:26 |
20 | Kelli Kordell | ABŞ | 2:42:28 |
— | Kristin Klifton | ABŞ | Yarışı bitirəmmədi |
— | Nutsa Olaru | Rumıniya | Yarışı bitirəmmədi |
İstinadlar
- Mackay, Duncan (2001–11-05). New York marathon runners pay tribute Arxivləşdirilib 2024-01-28 at the Wayback Machine. The Guardian. Retrieved 2020–05-21.
- New York City Marathon — Race Results Arxivləşdirilib 2024-01-28 at the Wayback Machine. Marathon Guide. Retrieved 2020–05-21.
- Fendrich, Howard (2001–11-04). Jifar breaks race record in his first New York City Marathon Arxivləşdirilib 2024-01-28 at the Wayback Machine. World Athletics. Retrieved 2020–05-21.