2000-ci il problemi
Y2K problemi, Y2K qorxusu, minillik səhvi, Y2K xətası, Y2K səhvi, və ya sadəcə Y2K kimi tanınan 2000-ci il problemi — 2000-ci ildən sonra təqvim məlumatlarının formatlanması və saxlanması ilə bağlı ortaya çıxmış kompüter xətası. Bir çox proqramlar dörd rəqəmli illəri yalnız son iki rəqəmlə göstərirdi və bu da onu 2000-ci ili 1900-cü ildən fərqləndirməz hala gətirirdi. Kompüter sistemlərinin tarixləri düzgün ayırd edə bilməməsi kompüterdən asılı sənayelər üçün dünya miqyasında infrastrukturu çökdürmək potensialına malik idi.
Əsrin əvvəlinə (minilliyə) gedən illərdə ictimaiyyət tədricən Y2K xətasından xəbərdar oldu və ayrı-ayrı şirkətlər səhvin vurduğu qlobal zərərin aradan qaldırılması üçün 400 milyon ilə 600 milyard dollar arasında bir şeyin lazım olacağını proqnozlaşdırdılar.[1] Səhvlərin potensial təhlükələri ilə bağlı aydınlığın olmaması bəzilərini qida, su və odlu silah ehtiyatı toplamağa, ehtiyat generatorlar almağa və kompüterin yaratdığı apokalipsis ərəfəsində böyük məbləğdə pul çıxarmağa səbəb oldu.[2]
Yayılmış məlumatların əksinə olaraq, 2000-ci ildə bir neçə böyük səhv baş verdi. Y2K remediasiya səyinin tərəfdarları bunun ilk növbədə bir çox kompüter proqramçılarının və informasiya texnologiyaları mütəxəssislərinin qabaqlayıcı hərəkətləri ilə bağlı olduğunu müdafiə etdilər. Bəzi ölkələrdəki bəzi şirkətlər və təşkilatlar, problemi həll etmək üçün kompüter sistemlərini yoxlamış, təmir etmiş və təkmilləşdirmişdilər.[3][4] Birləşmiş Ştatlarda zərəri minimuma endirmək üçün səylər təşkil edən ABŞ prezidenti Bill Klinton Y2K-nı "21-ci əsrin ilk çağırışı uğurla qarşılandı"[5] kimi qeyd etdi və hadisə ilə bağlı retrospektivlər, adətən, gözlənilən fəlakətin qarşısını almaq üçün çalışan proqramçıları təriflədi.
İstinadlar
- Committee on Government Reform and Oversight. The Year 2000 Problem: Fourth Report by the Committee on Government Reform and Oversight, Together with Additional Views (PDF). U.S. Government Printing Office. 26 October 1998. səh. 3. 20 July 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 June 2021.
- Uenuma, Francine. "20 Years Later, the Y2K Bug Seems Like a Joke—Because Those Behind the Scenes Took It Seriously". Time Magazine. 30 December 2019. 30 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2021.
- Wired.
- Carrington, Damian. "Was Y2K bug a boost?". BBC News. 4 January 2000. 22 April 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2009.
- Loeb, Zachary. "The lessons of Y2K, 20 years later". The Washington Post. 30 December 2019. 2 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2021.
Xarici keçidlər
- Center for Y2K and Society Records,
- International Y2K Cooperation Center Records, 1998–2000
- Preparing for an Apocalypse: Y2K
- BBC: Y2K coverage
- In The Beginning there Was the Nerd
- The Surprising Legacy of Y2K
- The Yawn of a New Millennium
- CBC Digital Archives – The Eve of the Millennium
- How the UK coped with the millennium bug
- "Time running out for PCs at big companies"—CNN